/ / Prezident İlham Əliyev XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
Prezident İlham Əliyev XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
16.05.2019 [09:51]
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan dövlətimizin başçısına sərgilərlə bağlı məlumat veriblər.
Bildirilib ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim olunur. Burada, eyni zamanda, qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla təmsil olunur.
Prezident İlham Əliyevə Aqrar Məşğulluğun Artırılması Layihəsi barədə məlumat verilib.
Dövlətimizin başçısı sərgidə “Azersun”, “Grow Group Azərbaycan”, CASE, “Grimme”, “Agro Dairy”, CLAAS, “John Deer”, “Rostselmaş”, “Cahan Tobacco”, “Lindsay”, “Geoflow”, METAK, GİLAN, İMAGRO, “Agronaft”, “Prior Leasing” şirkətlərinin, Gəncə avtomobil zavodunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Belarusun, İtaliyanın, Türkiyənin, Niderlandın, Gürcüstanın stendləri ilə tanış olub. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olunur.
Sərgidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi də fəal iştirak edir. Ümumilikdə isə sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), AZPROMO, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq agentlər şəbəkəsi sərgilərin təşkilatçısıdır.
Bu il “WorldFood Azerbaijan” sərgisi 25 illik yubileyini qeyd edir və bu sahənin regionda hərəkətverici qüvvəsinə çevrilib. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 40-dan artıq ölkəsini təmsil edən 2137 şirkəti bir araya gətirib. Nəticədə bu şirkətlərin çoxu Azərbaycanda uğurlu biznes qurub.
Ənənəvi olaraq, sərgidə “Made in Azerbaijan” brendi altında geniş çeşiddə qida, o cümlədən ət və süd məhsulları, çay, bal, şirələr və milli istehsalçıların digər məhsulları təqdim olunur. Burada, eyni zamanda, suvarma sistemləri, istixanalar və heyvandarlıq təsərrüfatları üçün avadanlıqlar, yem və toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya qurğuları və digər avadanlıqlar nümayiş olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının da bir çox istiqamətləri üzrə böyük işlər görülüb, dövlətimizin başçısı tərəfindən mühüm qərar və sərəncamlar, həmçinin konkret sahələr üzrə Dövlət proqramları qəbul olunub. Bütün bunlar bir daha göstərir ki, kənd təsərrüfatının inkişafı ölkəmizdə prioritet sahələrdən biri kimi müəyyənləşib. Bu sahələrə göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına geniş imkanlar yaranıb. Aqrar sahəyə qoyulan investisiyaların həcmi də ildən-ilə artır.
Ölkəmizdə taxıl tədarükü istiqamətində də çox mühüm işlər görülüb. Ötən il 3,3 milyon ton taxıl tədarük olunub ki, bu da 2017-ci illə müqayisədə 13 faiz çoxdur. Bu il də artım gözlənilir. Belə ki, bu il ölkə üzrə 1 milyon 47 min 500 hektar sahədə yazlıq və payızlıq taxıl əkilib.
Həyata keçirilən bütün bu layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, bu sahədə çalışanlara və fermerlərə göstərilən dövlət qayğısı ilə şərtlənir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq fermerlər müasir kənd təsərrüfatı texnikası ilə təchiz edilir, onlara subsidiyalar, yanacaq, gübrə güzəştli şərtlərlə verilir, fermerlər torpaq vergisindən başqa, bütün vergilərdən azad olunublar. Bütün bunlar kənd təsərrüfatının inkişafı üçün icra edilən tədbirlərin kompleks şəkildə davam etdirildiyini göstərir.
Kənd təsərrüfatı texnikasının ucuzlaşması isə bazarın liberallaşmasının, azad rəqabət mühitinin yaradılmasının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən aqrar texnologiyalar bazarında aparılan liberallaşma siyasəti şirkətlərin bu sahəyə marağını daha da artırıb.
Dövlətimizin başçısı “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

