Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə başlanılacaq
18.11.2009 [01:20]
Azərbaycanın zəngin enerji resursları təkcə neft və qazla kifayətlənmir, respublikamız həm də külək, günəş, biokütlə və geotermal və digər enerji mənbələrinin, təbii ehtiyatların yerləşdiyi əsas bölgələrdən biri hesab olunur. Azərbaycanın geocoğrafi, ekoloji və iqlim şəraiti qeyd olunan enerji növlərinin istehsalı üçün əlverişli zəmin yaradır. ölkəmizdə alternativ və bərpa olunan enerji növlərinin istehsalı üçün münbit şərait mövcuddur və son illərdə hökumətin sənaye və enerji layihələri ilə bağlı hazırladığı mühüm layihələrin əsas istiqamətlərindən biri də məhz həmin mənbələrin öyrənilməsindən və tətbiqinə başlanmasından ibarətdir.
Prezident İlham Əliyevin Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin tətbiq olunması ilə bağlı imzaladığı Sərəncamda külək, günəş, biokütlə və geotermal enerji növlərinin istehsalına başlanması nəzərdə tutulur. Dövlət başçısı dünyada aktuallaşan bu məsələnin Azərbaycanda da prioritet olduğunu və bu istiqamətdə artıq ilkin tədbirlərin həyata keçirildiyini qeyd edərək, ekoloji baxımdan təmiz sayılan alternativ və bərpa olunan enerji istehsalına başlanmasının vacibliyini vurğulayıb. Milli enerji təhlükəsizliyinin genişləndirilməsinin təmin edilməsi üçün yeni enerji mənbələrinin yaradılması, külək, günəş, dağ çayları, biokütlə, geotermal su mənbələri hesabına alternativ və bərpa olunan enerji istehsalının öyrənilməsi və tətbiqinin təmin edilməsi məqsədi ilə müvafiq orqanlar qarşısında mühüm vəzifələr müəyyən edilib. Belə ki, Sənaye və Energetika Nazirliyi ilə “Azərenerji” Səhmdar Cəmiyyəti külək, günəş, biokütlə və geotermal enerjisinin istehsalı imkanlarının öyrənilməsi və tətbiqi üçün lazımi tədbirləri həyata keçirəcək. Qeyd edək ki, bu məqsədlə hər iki quruma Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılıb.
Xatırladaq ki, alternativ enerji mənbələrindən istifadə bu gün qloballaşan dünyada ən aktual məsələlərdən birinə çevrilib. Ən inkişaf etmiş dövlətlər öz enerji təhlükəsizliyini təmin etmək üçün həmin mənbələrin istifadəsinin gücləndirilməsini prioritet kimi qarşıya qoyublar. Yeri gəlmişkən, ABŞ prezidenti Barak Obama fəaliyyətinin ilk günündən etibarən alternativ ve bərpa olunan enerji mənbələrinə sərmayə yatırılmasının gücləndirilməsi ilə diqqəti cəlb edib. Amerikanın dövlət başçısı ölkənin neftdən asılılığının azaldılması və yanacaq istehlakının alternativ enerji mənbələri ilə əvəz edilməsi üçün iri sərmayədarlara müraciət edib. ABŞ-la yanaşı, Avropa Birliyi dövlətləri də bu gün digər enerji mənbələrinin tədqiqatını gücləndirib. Qeyd edək ki, hazırda Fransa, Almaniya, Finlandiya, İsveçrə, Norveç, İtaliya, Yunanıstan, eləcə də, Asiya ölkələrindən Yaponiya, Cənubi Koreya, Sinqapur bərpa olunan və ekoloji baxımdan təmiz sayılan enerji istehsalına energetika siyasətində əsas proqramlardan biri kimi üstünlük verirlər. Fransa və Cənubi Koreyada, eləcə də, digər ölkələrdə su və istilik elektrik enerjisi istehsalı ümumi enerji balansında çox az yer tutur. Bu dövlətlərin enerji istehsalında əsas yeri külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri tutur.
Sənaye və Energetika Nazirliyinin mütəxəssislərinin qənaətinə görə, Azərbaycanda alternativ enerji mənbələri üçün həddindən artıq əlverişli coğrafi və iqlim şəraiti mövcuddur. Respublikamızda mövcud olan 9 iqlim qurşağı və xüsusilə də, küləkli hava şəraitinin çox olması alternativ enerji növlərinin istehsalına böyük imkanlar yaradır. Azərbaycan külək və geotermal enerji mənbələrinə görə Avropa ölkələrindən də əlverişli iqlim şəraitinə malikdir. Abşeron yarımadasının iqlimi xüsusilə diqqəti cəlb edir. Respublikamızda il ərzində küləkli hava şəraitinin hökm sürməsi bu enerji mənbəyindən istifadənin perspektiv imkanlarını artırır.
Azərbaycanda alternativ və bərpa olunan enerji növlərinin istehsalı üçün münbit şəraitin mövcud olması xarici investorların da diqqətindən yayınmayıb və onlar bu sahədə ölkəmizlə əməkdaşlıq etmək niyyətlərini bildiriblər. Xüsusilə də, Cənubi Koreyanın nüfuzlu şirkətləri bununla bağlı Azərbaycan hökumətinə müraciət edib. Koreyalıların ölkəmizdə energetika layihələrinə marağı böyükdür və onlar külək enerjisi istehsalını daha prioritet sahə hesab edirlər. Artıq Asiya ölkəsinin investorları bununla əlaqədar bir neçə layihəni Sənaye və Energetika Nazirliyinə təqdim ediblər. Digər ölkələrin də bu sahəyə marağı böyükdür. Məsələn, bir neçə gün əvvəl Sloveniya prezidenti Danilo Türkün respublikamıza səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri də alternativ enerji mənbələrinin istismarında birgə əməkdaşlığın yaradılması ilə bağlı olub. Eyni zamanda, İsveçrə və Rumıniya da Azərbaycanla bu sahədə əməkdaşlığa böyük önəm verir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20

