Azərbaycan-Bolqarıstan münasibətləri yeni mərhələyə qədəm qoyur
17.11.2009 [09:55]
Bolqarıstan hökuməti Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətə çevrilməsini nəzərə alaraq ölkəmizlə təmasları intensivləşdirmək niyyətindədir. Rəsmi Sofiya regionda baş verən son prosesləri nəzərə alaraq özünün enerji və karbohidrogen ehtiyatları ilə təmin olunmasında ölkəmizi ən etibarlı tərəfdaş hesab edir. Bolqarıstanın respublikamızla yanacaq nəqli ilə bağlı göstərdiyi səylər öz mühüm nəticəsini verib. Prezident İlham Əliyevin ötən həftə bu ölkəyə səfəri zamanı enerji sahəsində əməkdaşlığa dair imzalanmış saziş Azərbaycan qazının Bolqarıstana ixracını nəzərdə tutur.
Dövlət Neft Şirkəti ilə Bolqarıstanın “Bulqartransqaz” şirkəti arasında imzalanmış sazişə əsasən yaxın müddətdə Azərbaycan qazı bu ölkəyə ixrac olunacaq. Bolqarıstana həcmi 1 milyard kubmetr sıxılmış formada olan qaz çatdırılacaq. Beləliklə, respublikamız ilk dəfə olaraq yanacağı sıxılmış formada Qara dənizdən tankerlər vasitəsilə daşıyaraq Bolqarıstanın Varna limanındakı ərazidə yerləşən qaz sisteminə ötürəcək. Qeyd etmək yerinə düşər ki, maye qazın bu cür nəqlini Norveç, Liviya, Rusiya kimi ölkələr bir neçə ildir həyata keçirir. Beləliklə, Azərbaycan Avropaya qazın nəqlində əsas, tranzit xətlərindən biri kimi, Gürcüstan-Qara dəniz - Bolqarıstan marşrutuna da üstünlük verəcək.
Bolqarıstanla Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq təkcə bu ölkəni yanacaq resursları ilə etibarlı şəkildə təmin etməyəcək, eyni zamanda, respublikamızın diversifikasiya siyasətinin həyata keçirilməsi nəticəsində, digər Şərqi Avropa ölkələri də neft və qaz ehtiyatlarını əldə etmiş olacaqlar. İki ölkə arasında imzalanmış sazişin əsas elementlərindən biri təchizatın şaxələndirilməsidir ki, bu Azərbaycan qazının digər Avropa ölkələrinə də çatdırılmasından ibarətdir. Azərbaycan Bolqarıstana 1 milyard kubmetr həcmində təbii qaz nəql etdikdən sonra həmin kəmərin daha bir marşruta şaxələndirilməsinə - Yunanıstanın qazpaylayıcı sisteminə birləşdirilməsinə çalışacaq. Bu layihə, eyni zamanda, “Cənub dəhlizi”nin reallaşmasını sürətləndirmiş olacaq. Azərbaycan yaxın perspektivdə Bolqarıstanın Burqas limanından Yunanıstanın Aleksandrapolis limanına da qaz ötürə bilər. Bundan sonra yanacağın İtaliya və Avstriyaya, eləcə də, TransAdriatik çoxşaxəli qaz xətti vasitəsilə bir çox ölkələrə nəqlinin reallaşması mümkün sayılır. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı yeni mərhələdə inkişaf etdirən Azərbaycan enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi siyasətinə uyğun olaraq Şərqi və Mərkəzi Avropanın bir çox ölkələrini yanacaqla təmin etməyi planlaşdırır. Beləliklə, ölkəmiz Avropa regionunda qaz sistemlərinin birləşdirilməsinə töhfə verməklə öz mövqeyini möhkəmləndirmiş olacaq.
Bolqarıstanla Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin dərinləşməsi və hər iki ölkə arasında faydalı əməkdaşlıq üçün əsaslı təməllərin yaradılması, birgə yeni layihələrin həyata keçirilməsini zəruri edir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi onların mövcud iqtisadi potensialını əks etdirmədiyindən biznes qurumlarının iştirakı ilə ikitərəfli təmasların gücləndirilməsi vacib hesab olunur. Bolqarıstan ölkəmizin maşınqayırma, kənd təsərrüfatı, mebel sənayesi, metallurgiya, turizm, yüngül və yeyinti sənayesi, məişət mallarının birgə istehsalı üçün müəssisələrin yaradılması və bank sektorunda əməkdaşlıq istiqamətlərini təklif edir. Eyni zamanda, Azərbaycanın qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya texnologiyaları sahəsində əməkdaşlıq nəzərdən keçirilir. Tərəflər biznes forumlarının keçirilməsinin intensivləşdirilməsini də vacib sayır və hər iki ölkənin biznes strukturları arasında bir çox iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsini dövlətlərarası əməkdaşlığın ümumi inkişafına mühüm töhfə verəcəyini düşünürlər.
Bolqarıstan prezidenti Georgi Pırvanovla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan səmərəli danışıqlar ölkələr arasında siyasi-iqtisadi əlaqələrin dərinləşməsinə və respublikamızın Avropa İttifaqına sıx inteqrasiyanın daha da möhkəmlənməsinə təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

