Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Minsk və Slutsk Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filaretin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Minsk və Slutsk Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı Filaretin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

06.11.2009 [10:04]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Minsk və Slutsk  Mitropoliti, Belarus üzrə Patriarx Ekzarxı  Filaretin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mitropolit Filaretin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayan  dövlətimizin başçısı  Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” Beynəlxalq konfransda qonağın iştirakının  önəmini qeyd edib. Prezident İlham Əliyev Mitropolit Filaretin ölkəmizə səfərinin, həmçinin  konfransda aparılacaq müzakirələrin xalqlarımız arasında münasibətlərin inkişafı və eləcə də dinlərarası dialoqun möhkəmlənməsi baxımından faydalı olacağına əminliyini bildirib.
ölkələrimiz arasında mövcud olan qədim dostluğun yeni inkişafa kömək edəcəyini vurğulayan Mitropolit Filaret münasibətlərimizin möhkəm əsaslara malik olduğunu qeyd edib.

Paylaş:
Baxılıb: 1418 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30