Azərbaycanda ilk dəfə olaraq məişət tullantıları zavodunun tikintisi başlayır
04.11.2009 [10:46]
Dünən paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsinin yaxınlığında Bakı bərk məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimi keçirilib.
Prezident İlham Əliyev mərasimdə iştirak edib. Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Məlumat verilib ki, dövlətimizin başçısının müvafiq sərəncam və göstərişlərinə əsasən ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”na əsasən ölkə ərazisinin qısa vaxt ərzində ekoloji cəhətdən təmiz məkana çevrilməsi məqsədi ilə müvafiq tədbirlər görülür. Bu məqsədlə dövlətimizin başçısının 2008-ci il 6 avqust tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin bazasında yaradılan “Təmiz şəhər” ASC məişət tullantılarının toplanması və emalı üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması prosesini həyata keçirir. Artıq ölkə ərazisində məişət tullantılarını emal edəcək zavodların inşasına start verilib. Bu emal zavodlarından biri də Balaxanı qəsəbəsində inşa olunacaq Bakı bərk məişət tullantılarının yandırılması zavodudur.
İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verib ki, zavodun tikintisini ətraf mühit, enerji istehsalı və maşınqayırma sahəsində dünyanın aparıcı şirkətlərindən biri sayılan Fransanın “CNİM” şirkəti həyata keçirir. Tikintinin subpodratçıları isə yerli şirkətlər və Türkiyənin “üSTAY” şirkətidir. 20 hektar ərazidə inşa olunacaq zavodda Bakı şəhəri üzrə ildə toplanan 1 milyon 200 min ton məişət tullantısının 42 faizi, yəni 500 min tonu emal olunacaq. Məişət tullantılarının 28 faizi müasir poliqonlara, 30 faizi isə təkrar emal prosesinə veriləcək. Bildirilib ki, zavodun tikinti işlərinin 3 il müddətində başa çatdırılması planlaşdırılır.
Emal prosesi bir neçə mərhələdə həyata keçiriləcək. Əvvəlcə məişət tullantıları yoxlamadan keçirilərək bunkerə boşaldılacaq. Sonra tullantılar zərərli qazların ətraf mühitə təsirinin azaldılması məqsədi ilə çeşidləmə prosesinə ötürüləcək. Tibbi tullantılar xüsusi konveyerlərə yerləşdiriləcək. Bu tullantıların min dərəcə istilikdə emalı həyata keçiriləcək. Yanğın təhlükəsinin qarşısının alınması məqsədi ilə zavodun emal stansiyalarının yaxınlığında su anbarları tikiləcək. Bundan əlavə, yarımstansiya, anbar, yağış sularının yığılması üçün xüsusi anbar da inşa olunacaq. Zavodda hər biri 33 ton/saat gücə malik 2 emal xətti fəaliyyət göstərəcək. Avropa standartlarına cavab verəcək zavodda ikipilləli tüstü-qaz təmizləmə sistemi fəaliyyət göstərəcək. Yandırılacaq tullantılardan ildə 231 min 500 meqavat elektrik enerjisinin alınması nəzərdə tutulur. Zavodun daxilində də ekoloji vəziyyəti tənzimləyən havalandırma və susoyutma turbinləri quraşdırılacaq. Avropa İttifaqının istismar və ekoloji tələblərinə tam cavab verən müasir texnologiyalar əsasında inşa edilən zavodda tullantıların yandırılmasından yaranan kül isə yol tikintisində istifadə olunacaq. Zavodun tikintisinə 400 nəfərə yaxın işçinin cəlb olunacağı bildirilib. Müəssisə istismara verildikdən sonra isə burada 95 nəfər işlə təmin ediləcək.
Qeyd olunub ki, 2012-ci ilin sentyabrında istifadəyə verilməsi planlaşdırılan zavodun tikintisinə 346 milyon avro vəsait ayrılıb. Zavod dövlət büdcəsi hesabına inşa olunacaq.
Prezident İlham Əliyevə Fransanın “CNİM” şirkətinin fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, şirkət Fransa, Böyük Britaniya, Belçika, Rusiya, çexiya və İspaniya da daxil olmaqla dünyanın 23 ölkəsində fəaliyyət göstərir. “CNİM” indiyədək 18 ölkədə 224 emal xətti, 310 tüstü qazlarını təmizləyən qurğu inşa edib. Hazırda şirkətin 3460 əməkdaşı müxtəlif ölkələrdə ətraf mühit, enerji istehsalı və nəqliyyat sahələrində çalışır.
Sonra yeni zavodun təməli qoyulub. Dövlətimizin başçısı gilizi təmələ buraxıb, özülə beton qarışığı tökən qurğunun düyməsini basıb.
Prezident İlham Əliyev inşaatçılarla görüşərək deyib: “Bu gün Bakıda çox əlamətdar hadisə baş verir. İlk dəfə olaraq Azərbaycanda məişət tullantıları zavodunun tikintisi başlayır. çox önəmli və əlamətdar hadisədir. Bu zavodun istifadəyə verilməsi nəticəsində Bakının və Abşeron yarımadasının ekoloji vəziyyətinin böyük dərəcədə yaxşılaşması nəzərdə tutulur. Azərbaycan dövləti ekologiya məsələlərinin həllinə çox böyük diqqət göstərir. üç il bundan əvvəl geniş ekoloji proqram qəbul edilibdir və uğurla icra olunur. Gələn il Azərbaycanda ekologiya ili elan edilibdir və müxtəlif tədbirlər görüləcəkdir. Kompleks tədbirlər nəticəsində qısa müddət ərzində Bakı və Abşeron yarımadası çox təmiz bölgəyə çevriləcəkdir. Həm ağacların əkilməsi, bu zavodun inşası, eyni zamanda, bölgələrdə, çaylarda təmizləyici qurğuların tikintisi, Bakının kanalizasiya sisteminin yeniləşməsi və başqa tədbirlər ölkə üçün mühüm vəzifəni icra etməyə imkan yaradacaqdır. Azərbaycan inkişaf edir. Biz bu gün böyük layihələr icra edirik. Bu layihə maliyyə resursları baxımından çox nəhəng layihədir. Bu layihə Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına icra ediləcəkdir. Mən çox şadam ki, məşhur Fransa şirkəti bu zavodun tikintisində əsas podratçı kimi iştirak edəcəkdir. Bu şirkət müxtəlif ölkələrdə, xüsusilə inkişaf etmiş ölkələrdə bir neçə belə böyük zavod tikib, onların böyük təcrübəsi vardır. Əminəm ki, bu zavod vaxtında və böyük keyfiyyətlə tikiləcəkdir. Zavodun tikintisi zamanı yüzlərlə iş yerləri açılacaqdır. Eyni zamanda, zavodun istismarı zamanı da iş yerləri açılacaqdır. Bir sözlə, zavodun tikintisi Azərbaycan üçün çox əlamətdar və yeni bir hadisədir. Ekologiya, insanların sağlamlığı, təmiz su, təmiz hava - bunlar hər bir inkişaf etmiş ölkəni fərqləndirən əlamətlərdir. Azərbaycan da inkişaf etmiş ölkələrin sırasına daxil olmaq istəyir və biz ilk növbədə Azərbaycan vətəndaşlarının sağlamlığını qorumalıyıq. Mən bu zavodun təməl daşının qoyulması münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm və inşaatçılara bu zavodun tikintisində çox keyfiyyətli iş görməyi arzulayıram. Bu tikintidə iştirak edəcək bütün insanları bir daha bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Bizim fransalı tərəfdaşlarımızı da bir daha salamlayıram. Deyə bilərəm ki, bu zavodun tikintisi, eyni zamanda, Fransa-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verəcəkdir. Bu əlaqələr yüksək səviyyədədir. Fransa şirkətləri Azərbaycanda böyük investisiyalar qoyur, eyni zamanda Azərbaycanda dövlət tərəfindən icra edilən layihələrdə də podratçı kimi fəal iştirak edirlər. Sizi bir daha təbrik edirəm. Sizə uğurlar arzulayıram”.
Sonra dövlətimizin başçısı zavodun tikintisi ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.
AzərTAc
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20

