Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılmaqdadır
27.10.2009 [09:17]
Azərbaycanın iqtisadi inkişafı bir çox sahələrdə olduğu kimi hərbi-sənaye sektorunda da davamlı islahatların həyata keçirilməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Son illərdə respublikamızın maliyyə imkanlarının artması müdafiə sənayesinə böyük həcmdə maliyyə vəsaitlərinin yönəldilməsinə imkan verib. Respublikamızda yeni sahə olsa da, hərbi sənaye bölməsində qısa müddət ərzində mühüm işlər görülüb və əldə olunan nəticələr gözlənildiyindən də yüksək səviyyədə inkişaf meyillərindən xəbər verir. Prezident İlham Əliyev Azərbaycanda çox güclü hərbi sənaye kompleksinin yaradılmasını qeyd edərək bu istiqamətdə daha böyük layihələrin həyata keçiriləcəyini bildirib.
Bu gün respublikamızda hərbi-sənaye təyinatlı məhsulların istehsalı üçün strateji müəssisələr mövcuddur. Onların son illərdə maddi-texniki bazasının yenidən qurulması, modernləşdirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi müasir silah, sursat və digər avadanlıqların hazırlanması üçün əlverişli baza yaratmış olur. “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri və “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk” zavodları bu gün hərbi müdafiə sənayesinin əsas sütunları kimi dəyərləndirilə bilər. Bu müəssisələrdə əməkdaşlığın sahələri aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyiantalı məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir, həm də ən yeni nəsil modern texnologiyalar tətbiq olunur. Son illərdə “İstiqlal” tipli snayper tüfənginin, digər atıcı silahların, “İnam” və “Qürur” adlı tapançaların yeni modellərinin hazırlanması ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə yüksək səviyyədə nail olmağa imkan verir. Son dövrlərdə silah arealına daxil olan , “İnam” və “Qürur” tapançaları hava temperaturunun ən aşağı olduğu şəraitlərdə belə tətbiq oluna bilər. Bu tapançalar hərbi-texniki göstəricilərinə görə, keçmiş sovet istehsalı olan “TT” və “Makarov” modellərindən üstün hesab olunur. ölkəmizin istehsal etdiyi “Matador” və “Morodor” tipli zirehli texnikanın ilk nümunələri də hərbi parametrlərinə görə xüsusi üstünlüyə malikdir. Eləcə də, digər müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin istehsal məhsulları ilə rəqabət aparmaq imkanlarına malikdir.
Xatırladaq ki, bu il aprelin 27-30-u tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən və dünyanın müxtəlif ölkələrindən 463 şirkətin təmsil olunduğu IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF-2009) Azərbaycanın 27 adda müdafiə təyinatlı məmulatları nümayiş etdirilib. Respublikamızın təqdim etdiyi “İstiqlal” snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazları xarici şirkətlərdə dərin maraq yaradıb. 3 km məsafədə hədəfi dəqiqliklə vurmağa imkan verən bu unikal silah bəzi böyük dövlətlərin anoloji silahını geridə qoyur. 20 kq çəkisi olan “İstiqlal” snayperi hətta -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir və yağmur, palçıq, qar, toz təsirinə qarşı davamlılığı ilə fərqlənir. Artıq bir sıra dövlətlər “İstiqlal” snayperinin öz hərbi kontingentlərində istifadə olunması üçün Azərbaycana sifariş vermək niyyətlərini bəyan ediblər.
Xarici ölkələrin müdafiə strukturlarının rəhbərlərinin Azərbaycana səfərlərinin artması bu istiqamətdə strateji əməkdaşlıq münasibətlərinin qurulmasını şərtləndirir. Pakistan, çexiya, Türkiyə, Cənubi Koreya, Belarus, Ukrayna, İordaniya və digər dövlətlərin hökumət nümayəndələri respublikamıza səfərləri zamanı müdafiə sənayesində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsini təklif ediblər. Onu da qeyd edək ki, artıq həmin ölkələrin bəziləri ilə bu sahədə birgə layihələr reallaşdırılmaqdadır. Məsələn, Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq qurulub. Bir neçə ildir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan “Alov” zavodunda Belarus hökuməti ilə birgə optik cihazlar və naviqasiya sistemləri istehsal edilir. Həmçinin, Türkiyə ilə də hərbi sənaye sektorunda bir sıra layihələr gerçəkləşib. Türkiyənin məşhur “Aselsan”, “Roketsan” və digər şirkətləri ilə bu sahədə əməkdaşlıq layihələri nəzərdən keçirilir. ölkəmiz Türkiyə ilə birgə helikopter istehsalına başlamağı da nəzərdə tutur. Bundan başqa, Pakistanla müdafiə sənayesi məhsulları istehsalına dair anlaşma əldə olunub. Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığın istiqamətləri müəyyənləşib və hökumətlərarası komissiya yaradılıb. Ukrayna ölkəmizlə hərbi texnikanın bərpası və modernləşdirilməsi sahəsində kömək göstərəcək. Tərəflər zirehli tank və aviasiya texnikası, artilleriya sistemləri, radiolokasiya stansiyaları və zenit-raket komplekslərinin yaradılmasını həyata keçirəcək. Bundan başqa, Ukrayna Azərbaycanda kiçik döyüş gəmilərinin istehsalını da planlaşdırır.
Müdafiə Sənayesi Nazirliyi Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müxtəlif zavod və istehsalat birliklərində 454 adda müdafiə təyinatlı məmulatların istehsalını planlaşdırır. Proqram çərçivəsində 2016-cı ilə qədər müdafiə sənayesinin inkişafı ilə bağlı ən modern müdafiə təyinatlı məhsulların istehsalı nəzərdə tutulur. Sənəddə paytaxtla bərabər, bölgələrdə də hərbi sənaye müəssisələrinin yaradılması ilə bağlı layihələr nəzərdə tutulub və yaxın illərdə Gəncə, Xaçmaz eləcə də digər şəhər və rayonlarda müxtəlif təyinatlı hərbi məhsulların istehsalı planlaşdırılıb. Bu faktorlar hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycanın bir neçə ildən sonra regionda və xarici bazarlarda hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınmasına səbəb olacaq. Eyni zamanda Azərbaycan hərbi-müdafiə qabiliyyətinə, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsinə görə də bölgədə aparıcı dövlətə çevriləcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23

