Heydər Əliyev Fondu tərəfindən Şəki şəhərində qarışıq tipli uşaq evi üçün yeni bina inşa edilib
30.10.2018 [09:30]
Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım uşaq evinin rəmzi açılışını bildirən lenti kəsdilər.
Son illər ölkəmizdə həyata keçirilən tədbirlər sırasında körpələrə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanda bu sahədə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilir. Bu vacib tədbirlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, bilikli, savadlı, geniş dünyagörüşünə malik gənc nəslin yetişdirilməsinə yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulub, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları və məktəblər tikilib.
Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğı Heydər Əliyev Fondunun da fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyənlərin gələcəyi, sağlamlıq imkanları məhdud və kimsəsiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin çox böyük əhəmiyyəti var.
Məlumat verildi ki, Şəki şəhər qarışıq tipli uşaq evinin Gənclər küçəsində yerləşən əvvəlki binası 1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ilədək bu məqsədlə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışıq tipli uşaq evi fəaliyyət göstərirdi. Uşaq evinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan və mövcud infrastruktur rahat məskunlaşmaya imkan vermədiyindən burada uşaqlara lazımi səviyyədə xidmət göstərmək mümkün deyildi. 2017-ci ildə Heydər Əliyev Fondunun nümayəndələri Şəki qarışıq tipli uşaq evinin binasının mövcud şəraiti ilə tanış olublar. Uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni binanın inşasına başlanılıb. Şəki şəhərində uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli bina inşa edilib.
Binanın layihələndirilməsi zamanı uşaq evində məskunlaşacaq uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili baxımından infrastrukturun qurulması əsas götürülüb. Eyni zamanda, tikinti prosesində Şəki şəhərinin memarlıq üslubunun qorunub saxlanılmasına diqqət yetirilib. Belə ki, binanın fasadı və hasar Şəki şəhərinin memarlıq üslubuna uyğun olaraq üzlük daşlarla üzlənib.
Bildirildi ki, uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və camaşırxana var. Burada, eyni zamanda, məktəbəqədər yaş qrupları üçün 20 yerlik uşaq bağçası da fəaliyyət göstərir.
Şəki qarışıq tipli uşaq evinin də yeni binasının Heydər Əliyev Fondu tərəfindən müasir səviyyədə inşa olunması bir daha sübut edir ki, Fond bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir. Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir.
Uşaq evinin ərazisində açıq havada min kvadratmetr sahəsi olan idman meydançası qurulub. O cümlədən uşaqların açıq havada istirahətini təmin etmək məqsədilə kölgəliklər və kiçik yaşlı uşaqlar üçün oyun meydançası yaradılıb. Ərazidə yaşıllıq zonası salınıb, müxtəlif meyvə ağacları və digər ağaclar əkilib. Binanın yerləşdiyi ətraf ərazi abadlaşdırılaraq asfalt və daş döşənib, işıqlandırma sistemi quraşdırılıb. Binada inzibati-təsərrüfat tələblərini ödəyən zirzəmi inşa olunub, daimi su, istilik və soyutma sistemi, generator, stabilizator, eləcə də yanğınxəbərverici və videomüşahidə sistemləri qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxElanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08

