Prezident İlham Əliyev Sloveniya Milli Şurasının sədrini qəbul edib
26.10.2018 [09:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkaya VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirib və onun səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Sloveniya Milli Şurasının sədri Aloyz Kovşka ölkələrimiz arasında hələ keçmişdən çox yaxşı əlaqələrin mövcud olduğunu deyib və bildirib ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlar var. O, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını və gələcəkdə bu istiqamətdə işlərin görüləcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı, öz növbəsində, Azərbaycan ilə Sloveniya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyib, əlaqələrimizin inkişafında prezidentlər səviyyəsində qarşılıqlı rəsmi səfərlərin önəmini qeyd edib və özünün Sloveniyaya rəsmi səfərini məmnunluqla xatırlayıb. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq sahələrinin müəyyənləşdirilməsinin əhəmiyyətinə toxunub və bu baxımdan qarşılıqlı ticarətin səviyyəsinin artırılmasının vacibliyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, hər iki ölkədən olan şirkətlər Azərbaycan ilə Sloveniya arasındakı mövcud yaxşı siyasi mühitdən faydalanaraq öz fəaliyyətlərini daha da genişləndirə bilərlər.
Sloveniyada səfərdə olarkən orada Mehdi Hüseynzadənin memorialını ziyarət etdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında humanitar əməkdaşlığın və eləcə də çox mühüm əhəmiyyət daşıyan turizmin inkişaf etdirilməsi üçün də yaxşı perspektivlərin olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23

