Dövlət başçısı İlham Əliyev Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib
16.10.2009 [09:49]
Dünən Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev idmançılarla görüşüb, rəmzi açılışı bildirən lenti kəsib, Olimpiya İdman Kompleksi ilə tanış olub.
Gənclər və idman naziri Azad Rəhimov məlumat verib ki, kompleks “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə “As Tikinti” MMC tərəfindən inşa olunub. Tikintisinə 2007-ci ilin yanvarında başlanmış kompleksin inşası üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 4,5 hektar torpaq sahəsi ayrılıb. Layihənin müəllifi gənc memar Vüqar Həsənovdur.
üçmərtəbəli əsas binanın ümumi sahəsi 19 min kvadratmetrdir. Binanın birinci mərtəbəsində ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılıb. Burada qarderob və kafe də yerləşir.
Dövlətimizin başçısı kompleksin böyük idman zalı ilə tanış olub. Məlumat verilib ki, idmanın müxtəlif növləri üzrə beynəlxalq səviyyəli yarışların da keçiriləcəyi zalın uzunluğu 48, eni 36 metrdir. Burada yarışları izləyəcək tamaşaçılar üçün 1730 oturacaq quraşdırılıb.
Prezident İlham Əliyev üzgüçülük hovu
zuna baxıb. Uzunluğu 36 metr, eni 24 metr olan hovuzun ətrafında 125 oturacaq var.
Kiçik idman zalına baxan dövlətimizin başçısına məlumat verilib ki, idmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zalda 200 tamaşaçı yeri quraşdırılıb. Bunlardan başqa, əsas binada idmançıların soyunub-geyinməsi, şərhçi və məşqçi otaqları və digər xidməti otaqlar var. Kompleksdəki oyun zallarında həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.
Binanın ikinci mərtəbəsində məşq zalları, inzibati otaqlar var. üçüncü mərtəbədə isə idmançıların istirahəti üçün otaqlar inşa olunub.
Açıq havada quraşdırılmış idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada 100 tamaşaçı yeri olan oxatma tiri, tennis kortu, mini futbol, basketbol və voleybol meydançaları var. Güllə atıcılığı üzrə qapalı tir də inşa olunub.
Olimpiya İdman Kompleksi qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunub, burada mühafizə və yanğınsöndürmə sistemi quraşdırılıb. Kompleksin ərazisində 2,4 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağaclar və gül kolları əkilib.
Bu kompleks Hövsanda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla da təchiz olunub.
İdmanın oxatma növü üzrə idmançıların çıxışını izlədikdən sonra Prezident İlham Əliyev mərasim iştirakçılarını təbrik edərək deyib: “Nə var, nə yox? Necədi işlər? Fərid Mansurov ikiqat dünya çempionu oldu, gərgin mübarizədə çox yaxşı nəticə göstərib. ümumiyyətlə, bizim güləş üzrə komandamız dünya miqyasında birinci yeri tutmuşdur. Həm Avropa çempionatında, həm də dünya çempionatında. Bu, böyük tarixi nailiyyətdir. İdmançılarımız bu ilin əvvəlindən beynəlxalq yarışlarda çox yaxşı nəticələr göstərmişlər. Avarçəkmə üzrə dünya çempionatında 3 medal. Güləş üzrə Avropa çempionatında, dünya çempionatında medallar. Cüdo üzrə gənclərdən ibarət komandamız Yerevanda Azərbaycan bayrağını ucaltdılar. Bu çox vacibdir, çünki Olimpiya oyunlarından sonra birinci il adətən yavaş keçir, bir növ durğunluq yaranır. İdmançılar daha çox istirahəti seçirlər. Amma bizdə tam əksinədir”.
Gənclər və idman naziri Azad Rəhimov: Ramil Quliyev atletikada üçüncü yerə çıxmışdır.
Prezident İlham Əliyev: Bəli, bəli. Yüngül atletikada bu da tarixi nailiyyətdir. Avropada birincidir. Əgər dünya çempionatında Avropa idmançıları arasında birinci olduğunu nəzərə alsaq, birincidir. İdman hərtərəfli inkişaf edir. çox şadam ki, idmançılar da yaxşı nəticələr göstərirlər. Belə gözəl komplekslərin tikilməsi gələcəkdə idmanın gücləndirilməsinə xidmət göstərəcəkdir. Uşaqlar, yeniyetmələr gəlib burada məşq edəcəklər. Hövsan böyük qəsəbədir. Böyük imkanlara malikdir. Ancaq burada idmanla məşğul olmaq üçün şərait yox idi. Həm idmançılar, həm də qəsəbə sakinləri belə gözəl kompleksdən istifadə edəcəklər. üzgüçülük hovuzunda gərək abonement sistemi, bölmələr təşkil olunsun. Rayon üçün böyük hadisədir. Bizdə indi belə gözəl komplekslər, eyni zamanda, qəsəbələrdə tikilir.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev idmançıları və rayon ictimaiyyətinin nümayəndələrini bir daha təbrik edib, onlara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45

