Türkdilli dövlətlər arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub
06.10.2009 [09:39]
Sammitin xüsusi önəm kəsb etdiyini qeyd edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, zirvə görüşünün bütövlükdə türk dünyası, o cümlədən, Azərbaycan üçün böyük əhəmiyyəti var. Onun fikrincə, eyni dilə, tarixə, mədəniyyətə, adət-ənənəyə malik olan dövlətlərin birgə fəaliyyət göstərmək, öz imkanlarını birləşdirmək istəyi təqdirəlayiq haldır. Belə praktikanın yalnız türkdilli dövlətlərdə olmadığını deyən millət vəkilinin sözlərinə görə, fransız, portuqal, ingilisdilli dövlətlərin də analoji birlikləri var. Türkdilli ölkələr də bu təcrübədən çıxış edərək münasibətləri daha da genişləndirirlər.
“Təsadüfi deyil ki, hər zirvə görüşündən sonra iqtisadi əlaqələr genişlənir, mədəni əməkdaşlıq böyük vüsət alır. Eləcə də elm, təhsil, səhiyyə sahəsində birgə əlaqələr qurulur”, - deyən A.Mirzəzadə əlavə edib ki, beynəlxalq müstəvidə də birgə fəaliyyət artıq türkdilli ölkələr üçün başlıca əməkdaşlıq istiqamətlərindən birini təşkil edir. Azərbaycanın bu sahədə qazancının çox böyük olduğunu qeyd edən millət vəkili bildirib ki, türk dünyasının nüfuzunun qalxması Azərbaycanın da uğurları deməkdir. Digər tərəfdən isə, Azərbaycan bu birlikdə, şübhəsiz ki, özünün problemlərinin həllini də görür. A.Mirzəzadənin sözlərinə görə, “Dağlıq Qarabağ probleminin həllində türkdilli ölkələrin dəstəyi bizim üçün çox vacibdir. Belə ki, ilk gündən bu dövlətlər Ermənistanın işğalçılıq siyasətini pisləyiblər, Türkiyə Ermənistanla əlaqələrini tamamilə kəsib, digər dövlətlərin də əlaqələri minimaldır. Eyni zamanda, Dağlıq Qarabağ məsələsində türkdilli dövlətlərin dəstəyi bizə daha prinsipial və qətiyyətli hərəkətlər etməyə imkan verir”.
“çox maraqlı məqamdır ki, dövlət başçıları növbəti zirvə görüşünü ölkə paytaxtında deyil, Azərbaycanın bir əyalətində keçirdilər. Bu tədbirin keçirilməsi Ermənistan tərəfindən blokadada saxlanan Naxçıvana mənəvi dəstəyin verilməsidir. Bu, həmçinin, türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan bölgəsinin mədəniyyəti, imkanları ilə yaxından tanış olması deməkdir. Bir sözlə, IX zirvə görüşünün hazırlanıb keçirilməsi Azərbaycanın türkdilli ölkələrin birliyinə olan münasibətini göstərir və çox təqdirəlayiqdir ki, artıq hər il zirvə toplantısının keçirilməsi ənənəvi xarakter alıb. Bu amil ölkələrin bir-birinə daha da yaxınlaşmasına müsbət təsir göstərəcək”, - deyə millət vəkili vurğulayıb.
Sözügedən tədbirin əhəmiyyətini qiymətləndirən tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib ki, türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü bu ölkələr arasında çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımdır: “Naxçıvanda baş tutmuş türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü ölkələrarası münasibətlərdə yeni səhifə açır”.
Professorun fikrincə, zirvə görüşünün yekun nəticələrindən aydın olur ki, türkdilli ölkələr arasında təşkil ediləcək növbəti zirvə toplantıları münasibətləri daha da inkişaf etdirəcək: “Bu münasibətlər siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələri daha geniş əhatə edəcək. Digər tərəfdən, türkdilli dövlətlərin daha da yaxınlaşması regional miqyasda həyata keçirilən əməkdaşlığı daha da gücləndirəcək”.
M.Qasımlı Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasını da yüksək qiymətləndirib. Professor qeyd edib ki, onsuz da bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində kifayət qədər addımlar atılıb: “Əvvəl Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılıb. Bu Assambleya daimi orqana malik bir qurumdur. Əməkdaşlıq Şurasının yaradılması isə, qeyd etdiyim kimi, münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı deməkdir. Perspektivdə bu, türkdilli dövlətlər arasında qarşılıqlı münasibətləri tənzimləyən daimi orqanın yaradılmasına gətirib çıxaracaq”.
Zirvə görüşünün məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların intensivləşdiyi ərəfəyə təsadüf etməsi və Naxçıvanda keçirilməsi faktı üzərində dayanan Musa Qasımlı vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər tarixi Azərbaycan torpaqlarında yaradılmış bəzi ölkələrə açıq mesaj idi: “Görüşün Naxçıvanda keçirilməsi Azərbaycan üçün mühüm beynəlxalq siyasi-hüquqi əhəmiyyət kəsb edir. Bu yöndə Azərbaycanın atdığı addımlar isə milli maraqların tam ödənilməsinə istiqamətlənib”.
Nardar BAYRAMLI,
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

