Azərbaycan Rumıniyanın ən yaxın strateji tərəfdaşına çevrilir
02.10.2009 [15:20]
Azərbaycanla Rumıniya arasında uzun illərdir ki, davam edən münasibətlər ən yüksək inkişaf mərhələsinə çatıb. Tərəflərin siyasi-iqtisadi əlaqələrə təkan verən mühüm addımlar atması təmasların dinamikliyini daha da dərinləşdirib və münasibətlərin məntiqi nəticəsi olaraq Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın möhkəm təməli qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri zamanı ölkələr arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması isə perspektiv əlaqələrin ən yüksək zirvəyə çatmasına stimul vermiş olacaq. Xatırladaq ki, Rumıniyanın strateji tərəfdaşlıqla bağlı indiyə kimi cəmi iki ölkə - ABŞ və Fransa ilə sazişləri var idi və onların sırasına Azərbaycanın da əlavə olunması respublikamızın rəsmi Buxarest üçün böyük önəmə malik olmasının ən bariz təzahürü kimi səciyyələndirilə bilər. Beləliklə, ABŞ və Fransa kimi Azərbaycanın da Rumıniyanın ən yaxın siyasi, iqtisadi strateji tərəfdaşı olması ölkəmizin dünyada yüksək nüfuza malik olduğunu təsdiqləyir.
İki ölkəni siyasi-iqtisadi münasibətlərlə yanaşı, bir-birinə tarixi-mədəni tellər də sıx bağlayır və bu gün Rumıniya regionda ölkəmizə ən yaxın olan dost dövlət kimi qiymətləndirilir. Bunun nəticəsidir ki, hər iki ölkənin dövlət başçıları daimi olaraq qarşılıqlı səfərlər edirlər. Azərbaycanın dövlət başçısının ən çox səfər etdiyi dövlətlərdən biri də məhz Rumıniyadır.
Qeyd etdiymiz kimi, Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir və hər il prezidentlərin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər əlaqələrin dinamiklik və keyfiyyət baxımından daha da zənginləşiməsi üçün təkan rolunu oynayır. Rumıniya birmənalı olaraq özünün enerji təhlükəsizliyinin təminatını Azərbaycanın timsalında görür. Respublikamızın regionda strateji mövqeyinin möhkəmlənməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətə çevrilməsi Rumıniyanın diqqət mərkəzindədir və rəsmi Buxarest regionun enerji və karbohidrogen ehtiyatlarından yararlanmaq üçün Azərbaycanla tərəfdaşlıq münasibətlərini yeni mərhələyə keçirmək niyyətindədir. Rumıniya TransXəzər, Odessa-Brodı-Plotsk-Qdansk və NABUCCO layihələrinə böyük önəm verərək bu marşrutlarda yaxından iştirak etmək niyyətini dəfələrlə bəyan edib. Prezident Trayan Besesku açıq şəkildə Rumıniyanın Azərbaycanın neft və qaz ehtiyatlarını əldə etməklə yanacağa olan ehtiyacını etibarlı şəkildə təmin etmək niyyətini xatırladıb. Yeri gəlmişkən, 2010-ci ildə Azərbaycan qazı Avropa İttifaqının bazarına çıxarıla bilər ki, burada da əsas alıcılardan birinin məhz Rumıniyanın olacağı gözlənilir. ümumiyyətlə, Azərbaycanın müəllifi olduğu hər bir enerji marşrutu, o cümlədən, Xəzər-Qara dəniz-Mərkəzi Avropa enerji dəhlizi Rumıniyanın strateji planlarına daxildir. Rumıniya üç ay əvvəl Ankarada imzalanmış NABUCCO ilə bağlı hökumətlərarası sazişin müəlliflərindən biri olub və eyni zamanda, bu ölkənin “Transqaz” şirkəti qaz konsorsimunun 6 üzvündən biridir. Rəsmi Buxarest NABUCCO layihəsi ilə yanaşı, digər bir layihənin - Konstansa-Triest layihəsinin reallaşmasında da maraqlıdır. Azərbaycan hər iki layihəyə dəstək verir.
Onu da qeyd edək ki, Avropa İttifaqının üzvü olan Rumıniya Avrasiya məkanında strateji mövqeyə malikdir. Avropa İttifaqının enerji siyasətini əks etdirən yeni geoiqtisadi xəritəsində Rumıniya xüsusi yeri ilə seçilir. Buna görə də, Mərkəzi Avropanın əsas nəqliyyat-kommunikasiya qovşağında yerləşən Rumıniya ilə sıx ticari və iqtisadi əlaqələrin möhkəmlənməsi ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyır. Avropa bazarlarına yanacaq resurslarının nəqlində Rumıniyanın liman və nəqliyyat infrastrukturundan da yararlanmaq niyyətində olan respublikamız artıq bu istiqamətdə mühüm işlər görməyə başlayıb. Həmin ölkənin liman infrastrukturunda yeni layihənin icrasına başlanılıb ki, bu da xam neftin Konstansa limanı ilə nəqlini nəzərdə tutur. Bu liman ərazisində mövcud olan emal infrastrukturu ölkəmiz üçün çox cəlbedici sayılır. Belə ki, respublikamız birbaşa xam nefti Konstansadakı zavodlarda emal etməklə həm yanacağın emal xərclərinin azaldılmasına, həm də region ölkələrinə satış imkanlarının genişlənməsinə nail olmuş olur. Eyni zamanda, Azərbaycan emal olunmuş neft məhsullarını Triest limanı vasitəsilə Avropa ölkələrinə - Avstriya, Macarıstan, Bolqarıstan, Fransa, İtaliya, Yunanıstan, Albaniya, Malta və digər ölkələrə ixrac edəcək.
Azərbaycanla Rumıniyanı bir-birinə bağlayan sıx tellər təkcə neft və qazla bağlı deyil. Maşınqayırma, yüngül sənaye, texnologiyalar, elektrotexnika, tibb, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın miqyasının iləbəil genişlənməsi siyasi-iqtisadi təmaslara dərin baza yaratmış olur. Son illərdə tərəflər arasında ticarət münasibətləri genişlənərək 30 milyon dolları keçib. Bununla belə, tərəflər ticarət dövriyyəsinin həcmini artırmaq üçün yeni layihələrin reallaşmasını vacib sayırlar. Hər iki ölkə azad ticarət münasibətlərinin yaradılması, liberal vergi-gömrük rejiminin təmin edilməsi, münbit rəqabət və qarşılıqlı əməkdaşlıq mühitinin genişləndirilməsi tədbirlərini prioritet istiqamətlərdən hesab edir. Azərbaycan Rumıniya ilə mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində birgə əməkdaşlıq etməklə regionda təhlükəsizlik dəhlizinin genişlənməsinə töhfə vermiş olacaq. Eləcə də, bu gün qloballaşan dünyanın ən böyük problemlərindən biri olan ekoloji tarazlığı bərpası və ətraf mühitin qorunması ilə bağlı tədbirlər hər iki ölkənin başlıca prioritetlərindən birini təşkil edir.
Rəsmi Buxarest Azərbaycanın Avropaya inteqrasiyası üçün öz köməyini də təklif edir. Rumıniya hökuməti hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi yaxın illərdə ölkəmizin bu qurumun tamhüquqlu üzvünə çevrilməsinə səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54

