Azərbaycan-Rumıniya əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir
29.09.2009 [10:54]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfərə yola düşüb. Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Henri Koande adına Buxarest Beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rumıniyanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.
Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - “Kotroçen” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Həmin gün Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - “Kotroçen” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olub. Görüşdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından danışılıb. Münasibətlərimizin Avropa İttifaqı çərçivəsində genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Həyata keçirilən yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb. Enerji sahəsində davam edən əməkdaşlığımızın geniş perspektivləri olduğu bildirilib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rumıniya Prezidentinin iqamətgahında - “Kotroçen” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü başa çatdıqdan sonra, dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Rumıniya Prezidenti Trayan Besesku dövlətimizin başçısını salamlayaraq deyib: “Cənab Prezident, əvvəlcə mənim dəvətimi qəbul etdiyinizə və ölkəmizə rəsmi səfərə gəldiyinizə görə Sizə və nümayəndə heyətinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, bu günə qədər iki ölkənin hökumətləri çox yaxşı iş aparmışdır və bundan məmnunam. Bunun nəticəsində ölkələrimiz arasında bu gün bir neçə vacib sənəd imzalanacaqdır. Mən Sizə, Sizin həyat yoldaşınıza və nümayəndə heyətinizə bir daha ölkəmizə “Xoş gəlmisiniz” deyirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqpərvərliyə görə təşəkkür edərək deyib: “çox sağ olun, cənab Prezident. İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirirəm. Mən şox şadam ki, yenidən sizin gözəl ölkənizdəyəm və bu gün imzalanacaq sənədlər ikitərəfli münasibətlərimizin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir. Mən çox şadam ki, Rumıniya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir, yüksək səviyyədədir və gələcək inkişaf üçün də çox gözəl imkanlar vardır. Onu da qeyd etmək istəyirəm ki, mən son 4-5 ildə beşinci dəfədir ki, Rumıniyadayam və bu, özlüyündə çox gözəl göstəricidir”.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”ni Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru, “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Boqdan Mazuru, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın rabitə və informasiya cəmiyyəti naziri Qabriel Sandu, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Dan Kırlan imzalayıblar.
Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - “Kotroçen” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun iştirakı ilə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olub. Əvvəlcə prezidentlər bəyanatla çıxış ediblər.
Rumıniya Prezidenti Trayan Besesku dəvəti qəbul etdiyinə görə bir daha Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, bu səfər 4 ildən çox dövr ərzində birgə görülən işlərin bir növ yekunudur. İki ölkə arasında əlaqələr getdikcə daha geniş spektri əhatə edir, - deyən Rumıniya dövlətinin başçısı enerji sahəsində əməkdaşlığın xüsusilə genişləndiyini müsbət hal kimi dəyərləndirib. Rumıniyanın dondurulmuş münaqişələrə, o cümlədən Dağlıq Qarabaq münaqişəsinə münasibətini açıqlayan Trayan Besesku ölkəsinin bu münaqişələrin dinc yolla, beynəlxalq hüquq normaları və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bir daha bəyan edib.
Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev imzalanan sənədlərin əlaqələrin gələcək inkişafı üçün yaxşı zəmin yaratdığını qeyd edib. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın uğurlu olduğunu, Azərbaycan qazının Avropa İttifaqı bazarlarına nəql edildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq prinsiplərin və ərazi bütövlüyünün rəhbər tutulması ilə bağlı mövqeyinə görə Rumıniya Prezidentinə minnətdarlığını bildirib.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
Tərəflər əmin olduqlarını bildiriblər ki, ölkələrimizin iqtisadi əlaqələri bundan sonra da inkişaf edəcək.
Sərgi salonu ilə yaxından tanış olan Mehriban xanıma məlumat verilib ki, 1987-ci ildən fəaliyyət göstərən bu sənət ocağında Rumıniyanın tanınmış dizaynerlərinin, moda ustalarının, rəssamların və digər sənətkarların əl işləri nümayiş olunur. Eyni zamanda, yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərən salonda teatr tamaşaları, kinofilmlər və müxtəlif mərasimlər üçün kostyumlar hazırlanır. Salonun zəngin ekspozisiyasına qədim və yeni ev əşyaları, çantalar, ayaqqabılar, bəzək ləvazimatı, aksesuarlar daxildir.
çay süfrəsi arxasında söhbət zamanı Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, o cümlədən incəsənəti haqqında danışıb.
Mehriban xanım yaradıcılıq evinin xatirə kitabına ürək sözlərini yazıb. Azərbaycanın birinci xanımına yaradıcılıq evinin kataloqları hədiyyə edilib. Rumıniya Prezidentinin xanımı Mariya Besesku sərgi salonu ilə tanışlıq zamanı Mehriban xanım Əliyevanı müşayiət edib.
Məktəbli qızlar Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim ediblər. Şagirdlər Azərbaycanın və Rumıniyanın dövlət himnlərini oxuyublar. Heydər Əliyev Fondunun prezidenti məktəblilərlə xatirə şəkli çəkdirib. Sonra Mehriban xanım Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə təşkil edilmiş kompyuter otağına baxıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi Lulia Haşdeu adına Milli Kollecə 30 kompyuter dəsti və bir proyektor hədiyyə edib. Kompyuterlərin hamısının internetə çıxışı var. Kompyuter otağı Azərbaycana aid əyani vəsaitlə təmin edilib.
Məktəbin kollektivini kompyuter otağının istifadəyə verilməsi münasibətilə təbrik edən Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Mehriban xanım Əliyeva deyib ki, Fondun dəstəyi ilə Azərbaycanda 300-dən çox məktəb binası tikilib. Lulia Haşdeu adına Milli Kollecdə yaradılmış kompyuter otağı Heydər Əliyev Fondunun beynəlxalq sahədə fəaliyyətinin daha bir göstəricisidir.
Mehriban xanım Əliyeva diqqətə çatdırıb ki, bu, Heydər Əliyev Fondunun Rumıniyada təhsillə bağlı həyata keçirdiyi sonuncu layihə deyildir. Fondun təşkilatçılığı ilə yaxın vaxtlarda bir neçə rumın məktəbli Azərbaycana səfər edəcək, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olacaq. ölkəmizə səfər edəcək məktəblilər arasında Lulia Haşdeu adına Milli Kollecin şagirdləri də var. Eyni qaydada, bir neçə azərbaycanlı məktəbli Rumıniyaya səfər edəcək.
Təhsil ocağının kollektivi adından Mehriban xanım Əliyevaya xatirə hədiyyəsi təqdim edilib.
Göstərdiyi dəstəyə görə Mehriban xanım Əliyevaya minnətdarlıq edən məktəbin direktoru və Rumıniya Təhsil Nazirliyinin nümayəndəsi Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndiriblər. Məhz Heydər Əliyev Fondunun dəstəyi nəticəsində Lulia Haşdeu adına Milli Kollec Buxarestdə ən müasir kompyuter sinfi olan məktəbdir.
Onlar ümidvar olduqlarını bildiriblər ki, Heydər Əliyev Fondu Rumıniyada təhsillə bağlı layihələrini davam etdirəcək. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Buxarestə yenidən səfər etməyindən məmnunluğunu bildirək, qonaqpərvərliyə, xoş münasibətə görə təşəkkür edib. Azərbaycanın birinci xanımı əmin olduğunu bildirib ki, dost ölkələrimiz və xalqlarımız arasında əlaqələr bundan sonra da inkişaf edəcək.
Mehriban xanıma bir daha minnətdarlıq edən məktəblilər deyiblər ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış kompyuter otağı onların təhsildə yeni-yeni uğurlar qazanmalarına kömək edəcək.
Kollektiv Mehriban xanımı səmimiyyətlə yola salıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 11:13
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17

