Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / TÖPA-nın Bakı sammitinin iştirakçıları Heydər Əliyev Fondunda olublar

TÖPA-nın Bakı sammitinin iştirakçıları Heydər Əliyev Fondunda olublar

29.09.2009 [10:52]

Türkdilli ölkələrin Parlament Assambleyasının  Bakıda keçiriləcək sammitinin iştirakçıları dünən Heydər Əliyev Fondunda olublar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Fond Ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi,  mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə türkdilli ölkələrlə əlaqələrə böyük önəm verdiyi xüsusi vurğulanıb.
Qonaqlar ümummilli liderin arxivindən götürülmüş şəxsi eksponatlarla da tanış olublar. Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif ordenlər və medallar Fondun ziyarətçilərinin marağına səbəb olub. ümummilli liderin Naxçıvanda və Moskvada işlədiyi dövrlər, Ulu öndərin neft strategiyası barədə də ətraflı məlumat verilib.
Ekspozisiya ilə tanışlıqdan sonra qonaqlar Fonda xatirə hədiyyələri təqdim ediblər.

Paylaş:
Baxılıb: 1368 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30