Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın keçmiş Prezidenti Haynts Fişeri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın keçmiş Prezidenti Haynts Fişeri qəbul edib

25.04.2017 [08:59]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Avstriya Respublikasının keçmiş Prezidenti Haynts Fişeri qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırlayıblar. Dövlətimizin başçısı İlham Əliyev və keçmiş Prezident Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd edib.
Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edilib.

Paylaş:
Baxılıb: 963 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30