Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Belçikanın baş naziri Herman Van Rompey ilə görüşüb

Prezident İlham Əliyev Belçikanın baş naziri Herman Van Rompey ilə görüşüb

29.04.2009 [16:47]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Brüsseldə Belçika Krallığının Baş naziri Herman Van Rompey ilə görüşüb. Baş nazir Herman Van Rompey Azərbaycan Prezidenti İlham Əliyevi binanın önündə böyük səmimiyyətlə qarşılayıb. Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, siyasi əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub. Azərbaycan Prezidentinin Belçikaya səfərinin əlaqələrimizin daha da inkişafı baxımından əhəmiyyətinin vurğulandığı görüşdə qeyd olunub ki, qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. Bildirilib ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafı üçün də yaxşı imkanlar var. Görüşdə Azərbaycan ilə Belçika arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmli rolunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş:
Baxılıb: 1303 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30