Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev “Lazard Avropa” şirkətinin vitse-prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev “Lazard Avropa” şirkətinin vitse-prezidenti ilə görüşüb

22.01.2016 [10:27]

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycan ilə “Lazard Avropa” şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Dövlətimizin başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
“Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas bildirib ki, Azərbaycan yüksək reytinqə malikdir. O qeyd edib ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.
Söhbət zamanı Azərbaycan ilə “Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edilib, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1010 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30