/ / Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
27.10.2015 [09:19]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əlaqələrin inkişafı istiqamətində yeni addım olacağına və əməkdaşlıqla bağlı imkanların araşdırılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı deyib ki, ölkəmizin dostu olan Akira Amarinin Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsi və Azərbaycanda gedən işlərlə yaxından tanış olması önəmlidir. Prezident İlham Əliyev nümayəndə heyətinin tərkibində böyük şirkətləri təmsil edən iş adamlarının olmasını da məmnunluqla qeyd edib. Dövlətimizin başçısı Yaponiya şirkətlərinin ölkəmizdə uzun illər çox uğurla fəaliyyət göstərmələrinin, xüsusilə energetika sektoruna böyük sərmayələr yatırılmasının və eyni zamanda, Yaponiya kreditləri hesabına Azərbaycanda bir çox mühüm layihələrin icra olunmasının əhəmiyyətini vurğulayıb.
İqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə nazir, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amari Prezident İlham Əliyev ilə sonuncu dəfə 2006-cı ilin martında dövlətimizin başçısının Yaponiyaya səfəri zamanı görüşdüyünü məmnunluqla xatırlayıb. O, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi özünün ölkəmizə 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində sanki yeni bir şəhərə düşdüyünü vurğulayıb, bütün bu nailiyyətləri Prezident İlham Əliyevin uğurlu rəhbərliyinin nəticəsi kimi dəyərləndirib. Yaponiya Baş nazirinin müavini, keçmiş Baş nazir Taro Asonun ölkəmizə səfərinə toxunan Akira Amari deyib: “Taro Aso Azərbaycana səfərindən sonra mənimlə görüşdü və Azərbaycanın nə qədər inkişaf etdiyini, Yaponiya ilə əlaqələrə nə qədər böyük önəm verdiyini bildirdi. Mən Azərbaycan ilə Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bir daha dərk etdim”.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın enerji, neft-kimya, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

