Milli Məclis "Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında" qərar qəbul edib
18.03.2009 [13:48]
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda “Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. öncə Novruz bayramı münasibətilə millət vəkillərini təbrik edən spiker Oqtay Əsədov bildirib ki, bu bayram ərəfəsində amnistiya elan olunması ilə bağlı xeyirxah təşəbbüs Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb. Oqtay Əsədovun sözlərinə görə, amnistiya elan olunması haqqında qərar layihəsi parlamentin müvafiq komissiyasında baxılıb və plenar iclasa tövsiyə olunub.
Sənəd haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov ətraflı məlumat verib. O, bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Milli Məclisə müraciət edərək amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib və Novruz bayramı münasibətilə Amnistiya elan olunması haqqında qərar layihəsini müzakirəyə təqdim edib: “Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq qərar layihəsi Milli Məclisin sədri tərəfindən Hüquq siyasəti və dövlət quruculuğu komissiyasına göndərilib. Sənədə komissiyada baxılıb və komissiya üzvləri çıxış edərək qanunvericilik texnikası baxımından sənədin mükəmməl hazırlandığını, bu növ qərarların indiyə qədər mövcud təcrübəsinə əsaslandığını qeyd edərək yekdilliklə bu qərar layihəsini parlamentin müzakirəsinə tövsiyə ediblər”.
Komissiya sədri vurğulayıb ki, Heydər Əliyev Fondu mövcud olduğu müddət ərzində həm ölkə daxilidə, həm də xaricdə bir sıra humanitar tədbirlər həyata keçirib. “Təxminən bir il əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya təşəbbüsü də məhz millət vəkili Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüşdü. çünki humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarından biridir. Bu gün müzakirəyə çıxarılmış növbəti amnistiya qərarı da bu humanist əməllərin məntiqi davamıdır. Belə bir təşəbbüsün məhz Heydər Əliyev Fondu tərəfindən irəli sürülməsi də təbiidir. Vaxtilə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanist siyasət nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa olundu. Həmin vaxtdan ölkəmizdə Heydər Əliyevin təşəbbüsü ilə 7 Amnistiya Aktı və 32 əfv fərmanı qəbul olunub və minlərlə insanlar azadlığa buraxılıblar. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulub, 1998-ci ildə isə ölüm cəzası birdəfəlik ləğv olunub və ölkəmiz Şərqdə ölüm cəzasını ləğv edən dövlətə çevrilib. O dövrdə Azərbaycanda həm cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparılıb, həm də cinayət etmiş insanlara humanistlik göstərilib. Belə bir düşünülmüş siyasət Azərbaycanda qısa zamanda ictimai-siyasi sabitliyin bərqərar olmasına öz töhfəsini verdi” deyə o, vurğulayıb.
Ə.Hüseynov qeyd edib ki, Novruz bayramı münasibətilə amnistiya layihəsinin hazırlanması, həmçinin, Heydər Əliyev Fonduna edilən çoxsaylı müraciətlərin, xüsusilə məhkum qadınların müraciətlərinin araşdırılması, o cümlədən, cinayətkarlığın dinamikasının və ciddi statistik təhlillərin nəticəsində meydana çıxıb. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən Amnistiya Aktının tətbiqinə dair müəyyən proqnozlar da edilib. Aparılan təhlillərə əsasən təxminən 10 min şəxsin Amnistiya Aktının təsiri altına düşməsi ehtimal olunur. “Bu isə bütövlükdə məhkumların 35 faizi deməkdir. Amnistiya tətbiq olunması ehtimal edilən qadınlara münasibətdə isə bu rəqəm 60 faizdir. Bundan başqa, Mehriban xanım Əliyevanın Milli Məclisə təqdim etdiyi müraciətində də göstərilir ki, təxminən 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad olunması gözlənilir. Bu isə belə növ cəza çəkənlərin 12 faizi deməkdir. Əgər biz bu sıraya digər 1200 məhkumun cəzasının azaldılacağını da əlavə etsək, amnistiya qərarının nə qədər geniş olduğunu görmüş olarıq. Bu rəqəmlər, eyni zamanda, Amnistiya Aktı layihəsinin çox ciddi analizlər nəticəsində hazırlandığını göstərir”.
Ə.Hüseynov bir məsələyə də xüsusi diqqət yetirib: “Sözsüz ki, cinayət hüququ siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası və onun qarşısının alınması cəzaçəkmə müəssisələrində məhkumların sayının azalmasına gətirib çıxaran çox müsbət bir amildir. Məsələn, statistik göstəricilərə görə, 1992-ci ildə əhalinin hər 100 min nəfərinə nisbətdə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların sayı 390 olmuşdusa, 1993-cü ildən həyata keçirilən humanizm siyasəti nəticəsində bu rəqəm getdikcə azalıb, sonuncu Amnistiya Aktından sonra 200 nəfərdən aşağı olub. çox əhəmiyyətli indiqator olan bu göstərici nəticəsində biz MDB ölkələrini qabaqlayaraq Şərqi Avropa dövlətləri ilə bir səviyyəyə çatmışıq. Bu baxmdan da qəbul olunacaq yeni Amnistiya Aktı müstəsna əhəmiyyət daşıyır və bu müsbət göstərici qorunub saxlanılacaq, təxminən hər 100 min nəfərə nisbətdə məhkumların sayı 190 civarında olacaq”.
Milli Məclisin komissiya sədri qərar layihəsinin 3 hissədən ibarət olduğunu bildirib. Qərarın birinci hissəsi amnistiya tətbiq ediləcək şəxslərin dairəsini özündə əks etdirir. Qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, məcburi köçkünlər və qaçqınlar, Xocalı soyqırımında əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları və s. humanizmə ehtiyacı olan insanlardır. Qərarın ikinci hissəsində amnistiya tətbiqinə məhdudiyyətlər müəyyənləşdirilib. Ə.Hüseynovun sözlərinə görə, belə məhdudiyyətlər amnistiya qərarlarına xas olan haldır: “Ağır və xüsusilə ağır cinayətlərə, korrupsiya cinayətinə görə, cinayətin xarakterindən asılı olaraq, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə məhkum olunmuş şəxslərə amnistiyanın tətbiqinə məhdudiyyətlər qoyulur”.
Qərarın üçüncü hissəsi isə amnistiyanın tətbiqi qaydalarını özündə əks etdirir. Amnistiya Aktının tətbiqi müddətinin 4 ay müəyyən olunmasına gəlincə, Ə.Hüseynov bunu amnistiyanın tətbiq dairəsinin geniş olması ilə əsaslandırıb. “İnanırıq ki, millət vəkili Mehriban xanım Əliyevanın əmin-amanlıq və mərhəmət rəmzi olan Novruz bayramı münasibətilə irəli sürdüyü bu amnistiya təşəbbüsü bütün millət vəkilləri tərəfindən dəstəklənəcək. Eyni zamanda, biz əminik ki, Amnistiya Aktı vətəndaşlarımızın vətənə və xalqa sədaqət, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcək və onların haqq və ədalətə inamını daha da möhkəmləndirəcək” deyə komissiya sədri vurğulayıb.
Millət vəkilləri “Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsini müzakirəsiz qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

