/ / Prezident İlham Əliyev Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanada keçirilən təntənəli mərasimdə iştirak edib
Prezident İlham Əliyev Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanada keçirilən təntənəli mərasimdə iştirak edib
11.09.2015 [16:32]
Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanadakı Müstəqillik sarayında keçirilən təntənəli mərasimdə iştirak edib.
Təntənəli mərasim Qazaxıstanın dövlət himninin səsləndirilməsi ilə başladı.
Sonra Prezident Nursultan Nazarbayev mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Almazbek Atambayevi, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı və Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyevi salamladı.
Qazax xanlığının 550 illik yubileyinin ölkəsində geniş qeyd edildiyini vurğulayan Prezident Nursultan Nazarbayev xanlığın yaranma tarixindən danışdı. Qeyd etdi ki, əsası 1465-ci ildə qoyulan Qazax xanlığı sonrakı dövrdə daha da qüdrətlənərək Qazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formalaşmasında, qorunmasında və inkişafında mühüm rol oynayıb.
Qazaxıstan Prezidenti vurğuladı ki, ölkə müstəqilliyə qovuşduqdan sonra qədim dövlətçilik ənənələrinə malik olan türkdilli xalqların tarixi, o cümlədən Qazax xanlığı ilə bağlı sanballı tədqiqat əsərləri yazılıb, tarixi şəxsiyyətlərin adları əbədiləşdirilib.
Qazaxıstanın müstəqilliyə qovuşmasından sonrakı dövrdən danışan Nursultan Nazarbayev ölkəsinin son illərdə sürətlə inkişaf etdiyini, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.
Prezident Nursultan Nazarbayev türkdilli xalqların ortaq kökə və tarixə malik olduğunu bildirərək türkdilli dövlətlər və xalqlar arasında birliyin, həmrəyliyin, əməkdaşlığın vacibliyini vurğuladı, ulu türk elinin ortaq vətənimiz olduğunu söylədi.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

