/ / Prezident İlham Əliyev Belarusun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Belarusun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
05.09.2015 [11:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin etimadnaməsini qəbul edib.
Səfir Gennadi Axramoviç fəxri qarovul dəstəsinin qarşısından keçib.
Gennadi Axramoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Diplomat Gennadi Axramoviç ölkəmizə gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını deyib.
Xoş sözlərə görə səfirə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan xalqının da Belarus xalqına böyük rəğbət bəslədiyini vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrə toxunan Prezident İlham Əliyev dövlət başçıları və ayrı-ayrı qurumların rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edib.
Xalqlarımızı bir-birinə yaxınlaşdıran çoxlu sayda dəyərlərin olduğunu qeyd edən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə inkişaf etməsinin önəmini diqqətə çatdırıb.
Münasibətlərimizin daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirən Prezident İlham Əliyev bu əlaqələrin möhkəmləndirilməsi baxımından səfirliyin rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı Gennadi Axramoviçin diplomatik fəaliyyəti dövründə fəal çalışacağına, yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Fövqəladə və səlahiyyətli səfir Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğulayıb. Gennadi Axramoviç Azərbaycana səfir kimi təyinatını qəbul edərkən ölkəsinin Prezidenti Aleksandr Lukaşenkodan əlaqələrimizin mövcud baza üzərində əhəmiyyətli və dinamik şəkildə daha da inkişaf etdirilməsi ilə bağlı çox dəqiq göstərişlər aldığını bildirib. Səfir ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

