Konstitusiya dəyişiklikləri gənclər üçün önəmlidir
14.03.2009 [15:51]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə dünən Mingəçevir şəhərində martın 18-də keçiriləcək referendumla əlaqədar gənclərlə görüş keçirilib. Mingəçevir şəhər stadionunda 3000 nəfərdən artıq gəncin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Mingəçevir şəhər şöbəsinin sədri Cavanşir Yusubov referenduma hazırlıqla bağlı məlumat verib. O, bildirib ki, “Yeni Azərbaycan” təşviqat qrupunun Mingəçevir şəhər şöbəsi bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaq. Hazırda YAP Mingəçevir şəhər təşkilatının 5100 nəfər üzvü olduğunu deyən C.Yusubovun sözlərinə görə, onların da 40 faizini gənclər təşkil edir. Gənclərin böyük əksəriyyəti isə “Yeni Azərbaycan” təşviqat qrupunun Mingəçevir şəhər şöbəsinin fəal təmsilçiləridirlər. O, əmin olduğunu deyib ki, bütövlükdə Mingəçevir gəncləri Referendum Aktına səs verəcəklər.
Mingəçevir gənclərini salamlayan “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Gənclər Birliyinin sədri Ramil Həsənov onları martın 18-də keçiriləcək referendumda fəal olmağa çağırıb. Səlahiyyətli nümayəndə qeyd edib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər Azərbaycanın inkişafı ilə bağlıdır. Ona görə də, inkişafı görmək istəyən bütün vətəndaşlar, o cümlədən, gənclər referenduma çıxarılan məsələləri dəstəkləməlidirlər: “Yeniləşən Azərbaycan naminə, güclü dövlət naminə gənclərimiz bu dəyişikliklərə səs verməlidirlər. çünki Konstitusiya islahatları bizim xoşbəxt gələcəyimiz naminə edilir”.
R.Həsənov referendumla bağlı respublikanın müxtəlif bölgələrində də YAP Gənclər Birliyinin gənclərlə görüşlər keçirdiyini xatırladıb və deyib ki, bütün görüşlər zamanı referenduma çıxarılan məsələlər onlara izah olunur.
YAP Gənclər Birliyinin şura üzvü Seymur Orucov son illər ölkəmizin qazandığı uğurlardan bəhs edib. Onun fikrincə, ötən ilin ən mühüm hadisəsi 15 oktyabr prezident seçkiləri idi. çünki bu seçkidə xalqımız birmənalı şəkildə cənab İlham Əliyevə etimad göstərdi. Bu gün referendumun keçirilməsi vətəndaşların tələbidir. çünki xalqımız ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamlı olmasını istəyirlər. S.Orucov ötən il dekabrın 26-da parlament tərəfindən referendum keçirilməsi haqqında qəbul edilmiş qərarı da böyük hadisə kimi xarakterizə edib. O, qeyd edib ki, dövlətin məqsədi vətəndaşların hüquq və azadlıqlarını ən yüksək səviyyədə qorumaqdır. Sosialyönümlü iqtisadiyyat məsələsinə gəlincə, bu, o deməkdir ki, dövlət sosialyönümlüdür. “Xalqın iradəsinin ən yüksək ifadəsi referendumdur” deyə o, vurğulayıb.
YAP Gənclər Birliyinin sədr müavini Bəxtiyar Əsgərov çıxışında bildirib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanda demokratiyanın inkişafına xidmət edir. Həmçinin, ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq aləmə sürətli inteqrasiyası Konstitusiya islahatlarını zəruri edir. İlk milli Konstitusiyanın 1995-ci ildə qəbul olduğunu xatırladan B.Əsgərov Əsas Qanunun müəllifinin ulu öndər Heydər Əliyev olduğunu vurğulayıb: “1993-cü ildə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı, müstəqil Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Məhz ulu öndərimizin sayəsində ölkəmiz parçalanmaq təhlükəsindən qurtuldu, Azərbaycanda hüquqi və demokratik dövlət yaradıldı. Bu gün Konstitusiya dəyişikliyinin əleyhinə olan müxalifət partiyaları yenə Azərbaycanın 1992-ci ilin çətin vəziyyətinə qaytarmaq istəyirlər. Amma Azərbaycan xalqı heç vaxt buna yol verməyəcək”.
YAP Gənclər Birliyinin şöbə müdiri Yusif Babanlı çıxış edərək Konstitusiya dəyişikliklərinin gənclər üçün də önəmli olduğunu bildirib. O, deyib ki, hazırda gənclərimiz dövlətin qayğısı ilə tam əhatə olunublar. Konstitusiya islahatları bütün ölkə vətəndaşları kimi gənclərin də layiqli gələcəyi naminə həyata keçirilir.
Millət vəkili Aydın Abbasov çıxış edərək referendumu tarixi hadisə kimi dəyərləndirib. O, bildirib ki, ölkənin davamlı inkişafı naminə bu dəyişikliklərə getmək vacibdir. Konstitusiya dəyişiklikləri müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edir. Təbii ki, bu gün ölkəmizin inkişafında gənclərimizin də özünəməxsus rolu var. Bu gün gənclərimizin dövlətimizin simvolu olan bayrağımızı dünyada zirvələrə ucaldırlar. Təbii ki, bundan hər birimiz qürur duyuruq. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər sırasında dövlət rəmzlərinə hörmət və ehtiram da xüsusi yer tutur. “Bəzən müxalifətdən olanlar deyir ki, nə üçün indi təklif olunan düzəlişlər 1995-ci ildə nəzərdə tutulmamışdı. çünki Konstitusiya o dövrlə səsləşirdi”.
O, müxalifətin iddialarının əsassız olduğunu deyib. A.Abbasov vurğulayıb ki, Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər vətəndaşların sosial müdafiəsinin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət edir. Onun fikrincə, gənclər referendumda fəal iştirak etməli və dövlətimizin daha da güclənməsinə öz töhfələrini verməlidirlər.
YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Vüqar Cəfərov çıxış edərək gənclərin Referendum Aktını dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, Mingəçevir gənclərinin əksəriyyəti referenduma çıxarılan məsələlərlə tanışdırlar. Onlar prezident seçkilərində olduğu kimi, referendumda da öz sözlərini deyəcəklər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

