Parça Xələc seçiciləri Referendum Aktına səs verəcək
12.03.2009 [16:09]
Martın 11-də “Yeni Azərbaycan” təşviqat qrupu “Güclü dövlət naminə” şüarı altında keçirilən təbliğat kampaniyasını davam etdirib. Növbəti görüş Salyan seçiciləri ilə reallaşıb. Rayonun Parça Xələc kəndində seçicilər qarşısında çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkilləri martın 18-də keçiriləcək ümumxalq səsverməsinə çıxarılan məsələlər haqqında danışıblar. çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Salyan rayon şöbəsinin sədri Rəşad Cəbrayılov layihədə göstərilən əlavə və dəyişikliklərin Azərbaycanın inkişafının, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, qüdrətlənməsinə xidmət etdiyini bildirib. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını diqqətə çatdıran natiq yeni əsrdə sürətli inkişaf dinamikasına malik Azərbaycanın qanunvericiliyində də təkmilləşməyə ehtiyac yarandığını önə çəkib.
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili, Əkrəm Abdullayev keçirilən görüşlərin əsasən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı maarifləndirmə işinə xidmət göstərdiyini önə çəkib. Millət vəkili, Konstitusiyanı bütün qanunların təməl bazası adlandırıb: “Bu əlavə və dəyişikliklər hər bir insanın taleyinə təsir edəcək. Azərbaycan Konstitusiyası 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və xalq tərəfindən qəbul olunub. Mütərəqqi müddəaları özündə əks etdirən Ana Qanunumuzda ən əsas yeri insan hüquq və azadlıqları tutur. Azərbaycan inkişaf etdikcə bu hüquq və azadlıqların çərçivəsi genişlənir, yeni-yeni məsələlər meydana çıxır və bütün bu yeniliklərin Konstitusiyaya əlavə edilməsi üçün referendum keçirilməsinə ehtiyac yaranır. Əsas müzakirə obyektinə çevrilən Konstitusiyanın 101-ci maddəsinin beşinci bəndi ilə bağlı düzəliş Azərbaycan vətəndaşlarının hüquqlarının artırılması istiqamətində atılan addımdır. Bildiyiniz kimi, təklif olunan əlavə və dəyişikliklərdə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. Bir sıra Avropa ölkələrinin də təcrübəsində belə bir məsələ nəzərdə tutulur. Hətta demokratiyanın beşiyi sayılan ABŞ-da XX əsrin birinci yarısının sonuna qədər belə bir qadağa olmayıb. Bu gün ali icraedici orqanların başında dayanan şəxslərin ard-arda dəfələrlə bu postu tutması praktikası olan dövlətlər mövcuddur. Eyni zamanda, fövqəladə hallarda, müharibə vəziyyətində prezidentin və parlamentin səlahiyyət müddətinin uzadılması olduqca əhəmiyyətli bir məsələdir. Bu, Azərbaycanın hüquq sisteminin möhkəmlənməsinə də öz töhfəsini verəcək. Digər tərəfdən, bu düzəliş həm də seçən və seçilən vətəndaşların hüquqlarının qorunmasına xidmət göstərəcək. Belə bir dəyişiklik hər iki tərəfin öz iradələrini nümayiş etdirməyə imkan yaradacaq”.
“Yeni Azərbaycan” təşviqat qrupunun vəkili, millət vəkili Arif Rəhimzadə də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında danışıb: “Məsələn, 12-ci maddədə hər bir vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu göstərilir. Prezidentimiz İlham Əliyev hər zaman bir məsələni xüsusi vurğulayır ki, mən çalışıram ki, Azərbaycanda bir nəfər də olsun yoxsul insan qalmasın. Bu maddə məhz bu prioritetin həyata keçirilməsini sürətləndirir. Bundan başqa, ailə-dövlət münasibətlərində yeni müddəaların əlavəsi, uşaqların hüquq və azadlıqları ilə bağlı məsələlərin Konstitusiyaya daxil olması olduqca böyük hadisədir. Biz bununla genefondumuz sayılan uşaqların yaşayış səviyyəsini, o cümlədən, gələcəyinin təminatını gücləndirmiş oluruq. Bununla yanaşı, Azərbaycan Konstitusiyasına iqtisadiyyatın sosialyönümlü olması ilə bağlı müddəanın da əlavə olunması nəzərdə tutulub. Təbii ki, bu da Azərbaycanın iqtisadi inkişafının ortaya çıxardığı zərurətdir. Bundan başqa, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərdə bəzi dini azadlıqlarla bağlı məqamlar da yer alır. Burada əsas məqsəd insanların inanc azadlıqlarının daha mütəşəkkil şəkildə qorunmasına şərait yaratmaqdır. Məsələn, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılmasını qadağan edən maddə son dövrlərdə rastlaşdığımız situasiyalar nəticəsində meydana çıxıb. O cümlədən, maddə 48-ə təklif edilən əlavə insanların dini inanc hüquqlarının artırılmasına xidmət edir. Artıq bu məsələnin Konstitusiyada yer alması insanların tolerant ölkə olan Azərbaycanda hüquqlarının daha da genişlənməsinə yol açacaq. Bunlardan başqa, təqsirləndirilən şəxslərin hüquqları, məlumat azadlığı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı müddəalar, o cümlədən, Milli Məclisin müharibə dövründə səlahiyyətinin artırılması ilə bağlı maddələr olduqca vacib xarakterə malik əlavə və dəyişikliklərdir”.
Tədbirin sonunda çıxışçılar seçiciləri maraqlandıran sualları cavablandırıblar.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

