Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi istifadəyə verilib
27.05.2015 [09:21]
Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi - “Dalğa Beach-Aqua Park” istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 26-da “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.
Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir.
Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verilib. Qeyd edilib ki, “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola biləcəklər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların mənalı istirahəti üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər əyləncə qurğuları yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib. “Dalğa Beach-Aqua Park”ın Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılıb. Bu isə Disco Klubda müxtəlif səpkili əyləncəli şou və proqramları təşkil etməyə imkan verir.
Qonaqların istirahətinin mənalı təşkili üçün ərazidə hər şey yüksək zövqlə tərtib olunub. Rəngarəng yaşıllıq guşələri, hovuzların əlverişli arxitektura ilə salınması istirahət üçün buraya üz tutanlarda gözəl əhval-ruhiyyə yaradacaq. İstirahət mərkəzinə gələnlərə buradakı restoranlarda Azərbaycan və dünya mətbəxinin nümunələri, həmçinin dəniz məhsullarından hazırlanmış müxtəlif çeşidli yeməklər təklif olunacaq. Yeni istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri də burada daimi fəaliyyət göstərən və orijinallığı ilə seçilən su attraksionunun olmasıdır.
Dövlətimizin başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da olublar. Bu iaşə obyekti xidmətin orijinal təşkili ilə yanaşı, Bakının köhnə mayaklarının arxitektura üslubunda tikilməsi ilə də diqqəti cəlb edir. Buradan Xəzərə açılan mənzərə istirahətə gələnlərdə xoş ovqat yaradacaq.
İstirahət mərkəzində 26 min kvadratmetr sahəsi olan çimərlik zonası da var.
“Dalğa Beach-Aqua Park” kompleksində VIP-house da inşa olunub. Burada müştərilərin rahatlığını tam təmin etmək məqsədilə hərtərəfli şərait yaradılıb. VIP-house-un pəncərələrindən Xəzər dənizinə və istirahət mərkəzinə gözəl mənzərə açılır.
Təmiz hava və füsunkar dəniz mənzərəsinə malik “Dalğa Beach-Aqua Park” yerli və xarici turistlərin sevimli əyləncə və istirahət məkanına çevriləcək. Bu obyektin istifadəyə verilməsi Bakının turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından da mühüm əhəmiyyət daşıyır. Belə müasir infrastrukturla təchiz edilən ailəvi istirahət məkanının “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində açılması bu yarışlarla bağlı paytaxtımıza gələn turistlərdə ölkəmiz haqqında yaranacaq təəssüratları daha da zənginləşdirəcək.
Xəbər lenti
Hamısına baxElanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39

