Tehrandan zəng
04.04.2026 [08:12]
Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.
İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.
Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.
Azərbaycanın xoş mərama və humanizm prinsipinə əsaslanan dəyişməz siyasəti
Hazırda dünya çətin bir dönəmdən keçir. Şərqi Avropada, Yaxın Şərqdə uzanan dəhşətli müharibələrin, qlobal iqlim dəyişmələrinin ağır fəsadları ayrı-ayrı ölkələrin, milyonlarla insanın həyatında çox ciddi şəkildə hiss olunur. Belə kədərli mənzərə fonunda ehtiyacı olan dövlətlərə, dara düşən insanlara kömək göstərilməsi, yardım əli uzadılması həyati zərurətə çevrilib.
Azərbaycan da müharibənin dəhşətlərini yaşayan ölkədir. Respublikamız otuz il ərzində Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalıb. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi düşmənin nəzarəti altına keçmişdi və 1 milyondan artıq soydaşımız öz ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdı. Həmin insanlar vaqonlarda, qəzalı tikililərdə, çadırlarda yaşayırdılar. Bu, əsl humanitar fəlakət idi.
Buna görə də dövlətimiz və cəmiyyətimiz dünyanın ayrı-ayrı bölgələrində yaşanan humanitar böhranlara həssas yanaşma sərgiləyir. Bu gün biz qürur duyuruq ki, güclü Azərbaycanın dünyanın ayrı-ayrı regionlarını əhatə edən yardım proqramları uğurla icra edilir və bundan milyonlarla insan faydalanır.
Son dövrlərdə dünyanın üzləşdiyi humanitar böhranlarla əlaqədar çağırışlar fərqli olsa da, Azərbaycanın xoş mərama və humanizm prinsiplərinə əsaslanan siyasəti dəyişməz qalıb. Deyə bilərik ki, Azərbaycan hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında yer almağa tələsir. 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə dünyanın 200-dək ölkəsini öz cənginə alan yeni növ koronavirus pandemiyası dövrünü xatırlayaq. Həmin böhranlı dönəmdə Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq həm geniş məzmunlu xüsusi sosial proqramlar həyata keçirməklə öz vətəndaşlarını və iqtisadiyyatını qorudu, həm də beynəlxalq səviyyədə humanitar missiya həyata keçirdi. Belə ki, qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmayıb. Respublikamız əksəriyyəti Qoşulmama Hərəkatının (QH) üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Təbii ki, bu, ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib.
Uzanan müharibə ilə əlaqədar Ukraynada yaşanan humanitar fəlakət hər kəsə bəllidir. Aktiv döyüş əməliyyatlarının getdiyi bölgələrin milyonlarla sakini doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Ölkənin infrastruktur təminatında, xüsusilə də enerji təchizatında vəziyyət kritik dərəcədə ağırdır. Yaranmış çətin durumda Azərbaycan kənarda qalmır. Belə ki, müharibə başlayandan bəri ölkəmizin Ukraynaya yardımı davamlı hal alıb.
Suriyaya dəstək Azərbaycanın humanitar missiyasının daha bir ifadəsidir. Artıq Suriyada yeni dönəm başlayıb. Respublikamız Suriyaya dəstəyini ilk ifadə edən dövlətlər sırasında yer alır. Bu dəstək müxtəlif istiqamətləri əhatə edir. O cümlədən, ölkəmizdən Suriyaya qaz ixracına da start verilib.
Qonşu İrana yardımlar davam etdiriləcək
Azərbaycan və İran qonşu olmaqla yanaşı, həm də dost ölkələrdirlər. Bu iki dövlətin qarşılıqlı münasibətləri hansısa keçici maraqlardan yaranmayıb. Bunu bir sıra təbii amillər, o cümlədən həm tarixdən gələn ənənələr, həm də bugünkü reallıqlar şərtləndirir.
Hər şeydən əvvəl Azərbaycanla İranın coğrafi bağlılığı var. Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla məhz bu ölkə ilədir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, daşımalarda xərcləri azaldır, vaxtı qısaldır, təhlükəsizliyi təmin edir.
İran həm də o dövlətdir ki, dünya üzrə müstəqil Azərbaycanın hüdudlarından kənarda ən çox azərbaycanlı məhz burada yaşayır. Onlar ta qədimdən İran tarixinin formalaşmasında, bu dövlətin inkişafında mühüm rol oynayıblar. Bu gün də İranın ictimai-siyasi və mədəni həyatında soydaşlarımızın rolu böyükdür.
Eyni zamanda, son illərdə Azərbaycanla İranın ayrı-ayrı layihələrdə birgə iştirakı kifayət qədər uğurlu olub. İki ölkənin qarşılıqlı əlaqələrində, təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. İki ölkə Araz çayı vasitəsilə bənzərsiz su diplomatiyası həyata keçirir. Hazırda icra mərhələsində olan layihələr tamamlandıqdan sonra ölkələrimiz arasında əlaqələrin genişlənməsinə daha münbit zəmin yaranacaq.
Bu kimi reallıqları nəzərə almaqla Azərbaycan qonşu və dost ölkənin müharibə səbəbindən üzləşdiyi çətinliklərə biganə qalmır. Məlumdur ki, fevralın 28-dən başlayan İran - ABŞ -İsrail müharibəsi bu ölkədə mülki infrastruktura ciddi ziyan vurur, təchizatı çətinləşdirir. Belə vəziyyətdə Azərbaycan özünün humanizm və qonşuluq siyasətinə sadiqliyini nümayiş etdirir. Xatırladaq ki, Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib. Eyni zamanda, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq respublikamızdan qonşu ölkəyə humanitar yardımlar göndərilir. Respublikamızdan İrana ilk dəfə humanitar yardım martın 10-da yola salınnıb. Göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.
Bundan sonra Azərbaycandan Novruz bayramı ərəfəsində qonşu ölkəyə 5 yük avtomobili (TIR) vasitəsilə növbəti humanitar yardım yola salınıb.
Bu humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxil idi. Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub. Eyni zamanda, Azərbaycan bir neçə dəfə Rusiyadan gələn humanitar yardımın İrana göndərilməsinə imkan yaradıb. Telefon söhbəti zamanı dövlətimizin başçısının bildirdiyi kimi, qonşu ölkəyə respublikamızdan humanitar yardımlar göndərilməsi bundan sonra da davam etdiriləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

