Sülh prosesində tam liderlik...
27.02.2026 [11:53]
Bütün təşəbbüslər Azərbaycan tərəfindən verilib
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Sülh prosesi yeni iqtisadi-siyasi nizamın mühüm ştrixlərindən birinə çevrilə bilər - məhz imzalanacaq sülh Cənubi Qafqazın yeni dönəmdə stabil və sabit məkan kimi inkişafına yol açacaq, ümumən bölgənin qlobal layihələrdəki iştirakını daha da irəliyə daşıyacaq. Bir sözlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu, Bakının diqtəsi ilə həyata keçən sülh layihəsinin prioritet istiqamətləri bütövlükdə Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir.
Nəticə isə uzaqda deyil - ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması, ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistana Azərbaycanın neft məhsullarının ixracına başlanılması, eləcə də bu ölkəyə daşımalara icazənin verilməsi prosesin mühüm bir yol qət etdiyini deməyə əsas verir. Nəticə etibarı ilə, Ermənistan tərəfi də artıq sülh anonsları səsləndirir - bu, rəsmi İrəvanın artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul etməsi kimi dəyərləndirilə bilər. Görünən budur ki, İrəvan yaranan siyasi-iqtisadi reallıqların sülhü və əməkdaşlığı aktuallaşdırdığını anlayır - belə bir iqtisadi platforma isə indiki zamanda Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona yaratdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır. Bunun üçün isə sülhün həm əbədi, həm də dayanıqlı olması üçün son addımlar atılmalıdır.
Azərbaycanın formalaşdırdığı sülh gündəliyi
Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Azərbaycan inkişaf edir və sülh istiqamətində ciddi addımlar atır, artıq böyük nəticələr göz önündədir. Nazir qeyd edib ki, ölkə öz hüquqlarını və ərazi bütövlüyünü bərpa edərkən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu qətiyyətli mövqe nümayiş etdirib. Onun sözlərinə görə, post münaqişə dövründə də sülh gündəliyinin formalaşdırılması və irəli aparılması istiqamətində əsas təşəbbüslər məhz Azərbaycan tərəfindən irəli sürülüb: “Bütün dünya gördü ki, sülh prosesində tam liderlik və bütün təşəbbüslər yenə də Azərbaycan tərəfindən edilib. Bu istiqamətdə ciddi addımlar atılır, böyük nəticələr göz önündədir”.
Bakı Cənubi Qafqaz üçün yeni bir gələcək qurur
Vurğulandığı kimi, qalib dövlət olan Azərbaycanın son 4 ildə təşəbbüskarı olduğu sülh prosesi bu gün geocoğrafiyamız üçün mühüm bir mərhələnin əsasını qoyub. Bakı revanşist ritorikadan çıxış etməyərək Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret strateji yol xəritəsi təqdim etdi - 2022-ci ildən etibarən aparılan sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və region üçün uzunmüddətli təhlükəsizlik arxitekturası formalaşdırmağa yönəlib. Bunun nəticəsidir ki, artıq regionumuz yeni dövrdə həm siyasi, həm iqtisadi cəhətdən ən stabil gələcək vəd edən regionlardan biri kimi xarakterizə olunur. Bu gün dünyanın əsas inkişaf meyarları sayılan iqtisadi inkişaf və qlobal layihələrin reallaşdırılması üçün əsas şərt sabitlik və təhlükəsizlikdir. Tarix göstərir ki, davamlı investisiya mühiti yalnız siyasi risklərin minimuma endirildiyi məkanlarda formalaşır. Azərbaycan məhz bu reallığı nəzərə alaraq post müharibə dövründə sülh gündəliyini prioritet elan edib - bütövlükdə bölgə üçün həm sülh təşəbbüsləri, həm də iqtisadi maraqlar bir-birini tamamlayır. Azərbaycanın liderliyi ilə ortaya çıxan sülh prosesi modeli təhlükəsizlik və hüquqi baza formalaşdırır, iqtisadi inteqrasiyanı dərinləşdirir.
Bu model təkcə region üçün deyil, qlobal miqyasda da müsbət presedent kimi qiymətləndirilir. Bunun nəticəsidir ki, ötən ilin avqustunda Vaşinqtonda baş tutan Sülh Zirvəsi prosesin yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Bu görüş Bakının təşəbbüsü ilə ortaya çıxan sülh gündəliyinin qlobal təsdiqi, Azərbaycanın siyasi iradəsinin dəstəklənməsi idi. Qeyd olunduğu kimi, sülh sazişi layihəsinin paraflanması tərəflərin prinsipial məsələlərdə yaxınlaşdığını göstərdi. Hazırkı situasiya hətta Ermənistan üçün də yeni imkanlar vəd edir. Regional inteqrasiya, nəqliyyat xətlərinin açılması, Zəngəzur dəhlizinin (TRİPP) reallaşması və iqtisadi əməkdaşlıq platformalarının genişlənməsi Ermənistan iqtisadiyyatında ciddi canlanma yarada bilər. Azərbaycanla ticarət əlaqələrinin qurulması, enerji və neft məhsullarının ixracı reallığı da bu yeni mərhələnin nəticələri kimi qiymətləndirilə bilər. Beləliklə, Vaşinqton Zirvəsi və sonrakı diplomatik addımlar göstərir ki, Bakının əsasını qoyduğu sülh prosesi artıq yeni mərhələyə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti qarşıdurmadan əməkdaşlığa keçiddir və bu keçidin əsas təşəbbüskarı da məhz Azərbaycandır.
Konstitusiya dəyişikliyi zərurəti...
Azərbaycanın siyasi iradəsi əsasında indiyə qədər uğurlu yol qət edən sülh prosesinin son nəticəyə qədəm qoyması üçün isə Ermənistan real addımlar atmalıdır. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların aradan qaldırılması kimi bir addım zəruri xarakter daşıyır. Əgər tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırsa, bu prinsip əsas qanunvericilikdə də öz əksini tapmalıdır. Daimi sülh üçün həm də hüquqi baza möhkəm olmalıdır. Konstitusiya dəyişiklikləri, normativ sənədlərin uyğunlaşdırılması və cəmiyyətin sülhə hazırlanması bu prosesin ayrılmaz hissəsidir. Əks halda, imzalanacaq sənəd uzunömürlü olmaya bilər. Bu baxımdan sülh müqaviləsi regionun gələcəyi üçün həlledici sənəd olacaq. O, yalnız iki ölkə arasında münasibətləri tənzimləməyəcək, həm də Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyən edəcək. Beləliklə, indi əsas məsələ sülh prosesini hüquqi cəhətdən rəsmiləşdirmək və geridönməz etməkdir. Əgər Ermənistan həqiqətən də ən yaxın zamanda sülh müqaviləsini imzalamaqda maraqlıdırsa, o zaman institusional səviyyədə (parlamentdə və ya Konstitusiya Məhkəməsində) konkret addımlar atmalı, Konstitusiyasında dəyişikliklər etməli, ərazi iddialarını aradan qaldırılmalıdır. Bu addımlar atılarsa, sülh sənədi formal deyil, real təminata çevriləcək.
Tədbirlərdə iştirak nəzərdə tutulmur...
Qeyd edək ki, jurnalistələrə açıqlamasında Azərbaycanın XİN başçısı Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək Sammitində müxtəlif səviyyələrdə təmsilçiliyimizin planlaşdırılmadığını deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayı üçün belə bir səfər nəzərdə tutulmayıb.
Paralel olaraq nazir Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Ermənistanın dəvət etməsi ilə bağlı hazırda məlumatının olmadığını deyib. Nazir bildirib ki, tədbirin özünün müəyyən edilmiş formatı mövcuddur və iştirakçı ölkələrin dəvət olunması da məhz həmin prosedurlar çərçivəsində həyata keçirilir. “Təbii ki, tədbirin özünün formatı var və həmin format kontekstində hansı ölkələrin dəvət olunması nəzərdə tutulubsa, buna uyğun da prosedur həyata keçiriləcək. Eyni zamanda tədbir çərçivəsində ilk dəfə liderlər sammiti də təşkil olunacaq. Əlbəttə, burada bütün dünya liderləri iştirak etməyəcək. Bu istiqamətdə dəstəyə ehtiyac olan ölkələr dəvət olunub. Ermənistanın WUF13-ə dəvət olunması ilə bağlı məndə məlumat yoxdur”, - deyə XİN başçısı qeyd edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10

