WUF13-ə görə vergi güzəştləri qüvvəyə minir
25.02.2026 [11:45]
Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilib. Yeni dəyişikliklər bir neçə istiqaməti nəzərdə tutur. Dəyişikliklərin ən mühüm istiqamətlərindən biri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştlərinin tətbiqi ilə bağlıdır. Belə ki, WUF13-lə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə vergi güzəşti tətbiq ediləcək.
Vergi azadolmaları hansı sahələri əhatə edəcək?
* WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin vergidən azad olunması;
* Qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi) üzrə azadolma);
* Qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin (mənfəət vergisindən azad edilməsi;
* Müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalının ƏDV-dən azad olunması
VM-nə dəyişikliklərin parlamentin plenar iclasında yaxın günlərdə müzakirəyə çıxarılaraq qəbul olunması gözlənilir. Bu dəyişikliklər təsdiqləndikdən sonra yuxarıda qeyd etdiyimiz hər bir istiqamət üzrə vergi güzəşt və azadolmaları bir il müddətinə qüvvədə olacaq.
Biznes üçün əlavə imkanlar
WUF13-ün yüksək səviyyədə təşkili üçün təşkilat komitəsi ilə yanaşı, infrastruktur, təminat və təchizat, qonaqları yerləşdirmə, tədbirlərin təşkili, xidmət, turizm və digər sahələrin hazırlıqlılığının çevik və etibarlı olması zəruridir. Bu işlər üçün müxtəlif avadanlıqların, mal-materialŞ, xammal təchizatlarının, eləcə də, xidmət infrastrukturunun əlavə təminatlarının yaradılmasına ehtiyac var. Bütün bunların təminatı daha çox özəl sektorun və rezidentlərin üzərinə düşür. Onlar tədbirin yüksək səviyyədə keçirilməsi üçün tələb olunan avadanlıq, mal və xidmətlərin təqdim edilməsi, işlərin görülməsi və s. fəaliyyətlərə əlavə xərclər çəkməlidir. Bu baxımdan həmin xərclərin icrası zamanı biznesə müəyyən dövlət dəstəyinə ehtiyac yaranır. Hökumət bunu nəzərə alaraq özəl sektor təmsilçilərinin qeyd edilən fəaliyyət sahələrindən əldə etdikləri gəlirləri vergidən azad etməklə onlarda daha böyük stimullar yaratmaq niyyətindədir. Eləcə də WUF13 Forumu zamanı intellektual mülkiyyət və qeyri-maddi aktivlərdən istifadəyə də tələbatlar yaranır. Həmin mülkiyyət üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilələr imzalanmaldır. Bu isə vergi öhdəlikləri yaradır. Hökumət bu amili də nəzərə alaraq qeyri-rezident hüquqi şəxsləri mənfəət vergisindən azad etməyə qərar verir. Bu baxımdan, vergi güzəştlərini sənaye innovasiyasına və texnoloji inkişafa dəstək üçün iqtisadi tətil kimi qiymətləndirmək olar.
Beləliklə, qeyd edilən fəaliyyət sahələrində çalışan sahibkarların Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq dövründə və tədbir müddətində göstərdikləri iş və xidmətlərdən əldə etdikləri gəlirlər vergidən azad olunmaqla, onların dövriyyə imkanlarını yaxşılaşdıracaq.
ƏDV ilə bağlı yeni güzəştlər
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin digər istiqaməti bir sıra qiymətli mədəniyyət nümunələrinin idxal vergisindən azad olunması ilə bağlıdır. Belə ki, incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Vergi qanunvericiliyindəki yeni dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad edilib. Bu vergi güzəşti 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
İnternetlə alış-verişdən ƏDV tutulacaq
Vergi Məcəlləsi, “Banklar haqqında”, “Gömrük tarifi haqqında” qanunlarda dəyişikliklərin digər bir istiqaməti isə elektron ticarətdə vergi tənzimləri və gəlirlərə nəzarətlə bağlıdır. Yenilənmiş sənədlərə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 min dolların manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınacaq. Bu maddədə qeyd olunan dövriyyəsi 10 min dolların manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.
Beləliklə, dəyişikliyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınmaqla ƏDV ödəyəcək. Həmin şəxslərin uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

