Donald Tramp Prezident İlham Əliyevə təşəkkür etdi
27.01.2026 [08:10]
“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik”
Beynəlxalq siyasi mənzərənin sürətlə dəyişdiyi, qlobal güc mərkəzlərinin yenidən formalaşdığı bir mərhələdə ABŞ-Azərbaycan münasibətləri də yeni məzmun və strateji dərinlik qazanmaqdadır. Xüsusilə Donald Trampın ikinci dəfə ABŞ prezidenti kimi hakimiyyətə qayıdışı Vaşinqtonun Cənubi Qafqaza baxışında praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın yenidən ön plana çıxmasına səbəb olub. Bu yanaşma isə regional lider, etibarlı tərəfdaş və müstəqil siyasət yürüdən Azərbaycanla münasibətlərin güclənməsi üçün real zəmin yaradır. Tramp administrasiyasının ideoloji ritorikadan fərqli olaraq milli maraqlara söykənən xarici siyasət kursu Bakı-Vaşinqton xəttində uzun müddət kölgədə qalan potensialın üzə çıxmasına imkan verir. Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika dəhlizləri və terrorla mübarizə kimi sahələrdə Azərbaycanın oynadığı mühüm rol ABŞ üçün getdikcə daha aydın görünür. Eyni zamanda postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın sülh təşəbbüsləri və konstruktiv mövqeyi Vaşinqtonun regional maraqları ilə üst-üstə düşür. Bu mənada Trampın ikinci prezidentliyi dövrü ABŞ-Azərbaycan münasibətlərinin sadəcə davamı deyil, keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirilir. Qarşılıqlı maraqlara əsaslanan, bərabərhüquqlu və praqmatik əməkdaşlıq modeli ikitərəfli əlaqələrin gələcək trayektoriyasını müəyyənləşdirən əsas faktor kimi çıxış edir.
8 avqust görüşü: münasibətlərdə yeni mərhələ
2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş regionun və bütövlükdə dünyanın siyasi gündəliyində tarixi hadisə kimi qiymətləndirilir. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında aparılmış müzakirələr, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar yalnız Cənubi Qafqazda yeni reallıqların təsbit olunmasına xidmət etmir, eyni zamanda, qlobal təhlükəsizlik, inteqrasiya və tərəqqi üçün də mühüm nəticələr vəd edir. Ən əsası, bu sənədlər Azərbaycanın strateji mövqelərinin gücləndirilməsinə, Azərbaycan-ABŞ tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinə və regional əməkdaşlığın daha dayanıqlı əsaslarda qurulmasına təkan verir.
Bəli, münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün həm geostrateji, həm geoiqtisadi, həm də geosiyasi mənada yeni üfiqlər açır. Bu isə qlobal səviyyədə vacib nəticələr vəd edir. Nəzərə alsaq ki, artıq bir neçə ildir dünyada yeni siyasi nizamın formalaşdırılması istiqamətində aktiv prosesləri müşahidə edirik, Cənubi Qafqazda əbədi sülhün yaranması qütblərarası iqtisadi münasibətlərdə yeni bir cığır aça bilər. Şərq-Qərb kontenti üzrə ticari münasibətlərin ən vacib geocoğrafi nöqtəsi sayılan Cənubi Qafqazın sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxaraq yeni dividendlər yaradacaq. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın apardığı effektiv siyasi xətt bütün dünyada yüksək dəyərləndirilir. Bu sferada ABŞ-Azərbaycan münasibətləri diqqət çəkir -yeni bir trayektoriya qazanan ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir. Rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir.
Artıq rifah və sülh hökm sürür
ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirəcəklərini bildirib. “Keçən ilin avqust ayında imzaladığımız Sülh Sazişinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm”, - deyə qeyd edən ABŞ Prezidenti bildirib ki, bu pis müharibə onun başa vurduğu 8 müharibədən biri idi. Artıq rifah və sülh hökm sürür. “Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik. Ermənistanla sülhməramlı nüvə əməkdaşlığı üçün saziş imzalayacağıq. Böyük yarımkeçirici istehsalçılarımız üçün müqavilələrə imza atacağıq. ABŞ-da istehsal olunmuş müdafiə avadanlıqlarını, o cümlədən gödəkçə, qayıqlar və sairi Azərbaycana satacağıq”, - deyə Tramp vurğulayıb.
Davamlı yaxınlaşmalar, siyasi dialoqun inkişafı...
Vurğulandığı kimi, münasibətlər sisteminin yeni mərhələsində bir sıra amillər diqqəti cəlb edir - xüsusilə, Azərbaycan-ABŞ münasibətlərində artıq davamlı yaxınlaşmalar, siyasi dialoqun inişafı nəzərə çarpır. Prezident Trampın son bir ildə artıq bir neçə dəfə Prezident İlham Əliyevlə görüşməsi, fərqli kontekstlərdə müzakirələrin aparılıması, Cənubi Qafqazın yeni gələcəyinin formalaşdırılması istiqamətində Azərbaycanın irəli sürdüyü strateji yol xəritəsinin dəstəklənməsi, sülhün və sabitliyin qorunmasına xidmət edən yaxınlaşmaların təqdir olunması göstərir ki, Bakı-Vaşinqton əlaqələri sağlam və dinamik xarakter daşıyır. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur.
Azərbaycanın sülh təşəbbüsləri bütövlükdə Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya və başqa yaxın coğrafiyalar üçün mühüm inkişaf perspektivləri yaradır. Bu mənada apaılan siyasət, atılan addımlar beynəlxalq aləm tərəfindən ciddi izlənir - Zəngəzur (TRIPP) dəhlizi ideyası, Orta Dəhlizin dirçəldilməsi, enerji və yaşıl gündəlik layihələri və digər məqamlar Azərbaycanın sülh təşəbbüslərinin çoxşaxəli olduğunu ortaya qoyur.
ABŞ - Azərbaycan münasibətlərində beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq xüsusi bir xəttlə keçir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan əlaqələr hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Azərbaycan Prezidentinin yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalaması da təsadüfi deyil - bakı bu gün qlobal təhlükəsizliyin təminatında Vaşinqtonun ən yaxın strateji tərəfdaşlarından biridir.
Paralel olaraq “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Strateji İşçi Qrupunun yaradılması” Anlaşma Memorandumu iki ölkə arasında məzmun etibarı ilə yüksək olan tərəfdaşlığa yeni rəng qatır - bu sənədin imzalanması Bakı-Vaşinqton əlaqələrnid mühüm ştrixləri oratya çıxarır. Artıq iki iclası keçirilən işçi qrupunun əlaqələri Azərbaycan ilə ABŞ arasında əlaqələrin yaxın tərəfdaşlıq səviyyəsinə qalxdığını göstərir -ABŞ artıq Cənubi Qafqazda sabitlik, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində məhz Bakı ilə strateji koordinasiya aparmağı prioritet sayır. Eyni zamanda, iki ölkə arasındakı əməkdaşlıq institusional çərçivəyə salınır - başqa sözlə, münasibətlərin inkişaf imkanları artıq siyasi bəyanatlarla deyil, konkret planlar, yol xəritələri və hüquqi mexanizmlərlə idarə olunacaq.
ABŞ vitse-prezidenti Bakıya gəlir
Yeri gəlmişkən, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralda Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə də ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O bildirib ki, səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və TRIPP marşrutunu irəli aparmaqdır.
Qeyd edək ki, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Zəngəzur dəhlizinin (TRIPP) ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.
Qeyd edək ki, 2012-ci ildə ABŞ Dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər 4-6 iyun 2012-ci il tarixlərində baş tutub və indiyə qədər ABŞ-dan Azərbaycana ən yüksək ranqlı rəsmi səfərlərdən biri sayılır.
2024-cü ilin iyunun 28-də isə Prezident İlham Əliyev Bakıda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib. Xatırladaq ki, həmin vaxt dövlət katibi Antoni Blinken köməkçisinin Bakıya səfəri üçün prezident İlham Əliyevdən xahiş etmişdi....
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Yanvar 23:42
İqtisadiyyat
27 Yanvar 23:15
Dünya
27 Yanvar 22:57
YAP xəbərləri
27 Yanvar 22:44
İqtisadiyyat
27 Yanvar 22:31
Dünya
27 Yanvar 22:09
İqtisadiyyat
27 Yanvar 21:46
İdman
27 Yanvar 21:22
Dünya
27 Yanvar 21:10
Dünya
27 Yanvar 20:51
Sosial
27 Yanvar 20:38
Dünya
27 Yanvar 20:14
Dünya
27 Yanvar 19:40
Daxili siyasət
27 Yanvar 19:32
Hadisə
27 Yanvar 19:18
Dünya
27 Yanvar 18:17
Dünya
27 Yanvar 17:26
Xəbər lenti
27 Yanvar 16:55
YAP xəbərləri
27 Yanvar 16:38
YAP xəbərləri
27 Yanvar 16:32
Sosial
27 Yanvar 15:52
Sosial
27 Yanvar 15:24
Siyasət
27 Yanvar 15:05
Xəbər lenti
27 Yanvar 14:56
Dünya
27 Yanvar 14:33
Dünya
27 Yanvar 14:25
Dünya
27 Yanvar 13:31
Dünya
27 Yanvar 13:12
Dünya
27 Yanvar 12:45
Sosial
27 Yanvar 12:42
Turizm
27 Yanvar 12:41
Siyasət
27 Yanvar 12:32
Dünya
27 Yanvar 12:29
Sosial
27 Yanvar 12:29
Siyasət
27 Yanvar 12:28
İqtisadiyyat
27 Yanvar 12:22
Elm
27 Yanvar 12:21
İqtisadiyyat
27 Yanvar 12:20
Hadisə
27 Yanvar 12:20
Gündəm
27 Yanvar 12:18
Sosial
27 Yanvar 12:07
Gündəm
27 Yanvar 11:58
Siyasət
27 Yanvar 11:52
Gündəm
27 Yanvar 11:38
İqtisadiyyat
27 Yanvar 11:36
YAP xəbərləri
27 Yanvar 11:28
Sosial
27 Yanvar 11:23
İqtisadiyyat
27 Yanvar 11:18
İqtisadiyyat
27 Yanvar 11:17
Sosial
27 Yanvar 10:49
İqtisadiyyat
27 Yanvar 10:33
Analitik
27 Yanvar 10:14
Elanlar
27 Yanvar 10:04
Siyasət
27 Yanvar 09:51
Hadisə
27 Yanvar 09:43
Analitik
27 Yanvar 09:38
Sosial
27 Yanvar 09:13
Dünya
27 Yanvar 08:57
Sosial
27 Yanvar 08:30
Sosial
27 Yanvar 08:30
Sosial
27 Yanvar 08:28
Ədəbiyyat
27 Yanvar 08:25
Gündəm
27 Yanvar 08:10
Dünya
26 Yanvar 23:15
Dünya
26 Yanvar 22:49
Dünya
26 Yanvar 22:24
Dünya
26 Yanvar 21:57
Dünya
26 Yanvar 21:20
Sosial
26 Yanvar 20:45
Dünya
26 Yanvar 19:51

