34 il öncə, bu gün...
16.12.2025 [11:42]
Naxçıvanda tarixi qərar verildi!
Həmrəylik, milli birlik bayramı
Niyə məhz 31 dekabr?
Bəs nə üçün 50 milyonluq dünya azərbaycanlılarının həmrəylik günü kimi məhz ilin son günü - dekabrın 31-i müəyyənləşdirilib? Uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə bu tarixin seçilməsi böyük rəmzi məna daşıyır. Sirr deyil ki, azərbaycanlılar tarix boyunca bir çox haqsızlıqlara, təzyiqlərə, soyqırımlarına məruz qalıblar. Məhz imperialist güc mərkəzlərinin məkrli planlarının nəticəsidir ki, zaman-zaman tarixi torpaqlarımız zəbt olunub, bizim iradəmizdən kənarda ana Vətən bölünüb. Ancaq biz qəlbimizdə Vətən, torpaq sevgisi son dərəcə böyük olan bir xalqıq. Yadellilərin planları nə qədər məkrli, iblis xislətli olsa da, bizim qan yaddaşımızdan torpaq sevgisini, yurd həsrətini, bir-birimizə olan mənəvi bağlılığı silə bilməyib.
Ötən əsrin səksəninci illərinin sonlarına doğru keçmiş ittifaq məkanında adi olmayan proseslər gedirdi. Xalqların özünüdərk, özünütəsdiq hissləri güclənmişdi. Azərbaycan da milli azadlıq hərəkatının bu və ya digər şəkildə açıq müstəviyə keçdiyi respublikalar sırasında yer alırdı. Beləliklə, keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü də məhz xalqımızın birləşmək istəyini simvolizə edir.
Heydər Əliyevin həyat yolu - hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyi
Zamanında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi ideyasını gündəmə gətirən və müvafiq qərarın qəbul olunmasına nail olan Heydər Əliyevin həm keçmiş sovet, həm də Azərbaycanın müstəqilliyi dönəmində fəaliyyəti və Onun keçdiyi mənalı, zəngin həyat yolu hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Siyasət dahisi olan Heydər Əliyev SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində təmsil olunurdu. Həmin dövrdə milyonlarla azərbaycanlı Moskvadan verilən xəbər saatlarında mavi ekranların qarşısında əyləşərək Heydər Əliyevin çoxşaxəli və məhsuldar fəaliyyətini iftixar hissi ilə izləyirdi.
Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə hansısa bir səbəbdən xaricdə yaşayan azərbaycanlıların ana Vətənlə əlaqələrinin qurulmasına, soydaşlarımız arasında milli-mənəvi bağların möhkəmlənməsinə çalışır və bunu rejimin ideoloji çərçivələrini nəzərə almaqla ilk növbədə bizi birləşdirən dəyərlərə - milli mədəniyyətimizə, dilimizə sonsuz qayğı göstərməklə edirdi.
İş elə gətirdi ki, sonrakı mərhələdə dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması missiyasının praktiki müstəvidə reallaşdırılması da Heydər Əliyevin üzərinə düşdü. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına öz müsbət təsirini göstərdi. Bu təşəbbüs Azərbaycanın dövlət siyasətinin yeni bir istiqamətinə çevrildi. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
50 milyonluq dünya azərbaycanlılarının Prezidenti
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Öz növbəsində Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev dünya azərbaycanlıları arasında həmrəyliyin gücləndilməsinə, onların ana Vətənlə əlaqələrinin genişlənməsinə güclü siyasi iradə göstərir. Dövlətimizin başçısı 22 il bundan əvvəl Azərbaycan Prezidenti kimi ilk dəfə and içərkən 50 milyonluq dünya azərbaycanlılarının Prezidenti olduğunu qürurla bəyan edib. Ötən dövrdə dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda baş tutan növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni bir başlanğıcın əsasını qoydu və ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək, bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Dövlət başçımızın təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.
Şuşada dünya azərbaycanlılarının Zəfər qurultayı
Dünya azərbaycanlılarının 2001-ci ildə Bakıda keçirilən birinci qurultayında Heydər Əliyev əminliklə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu missiyanı xalqımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmağa nail oldu. Artıq müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Şanlı Azərbaycan Bayrağının ölkənin bütün ərazisində əzəmətlə dalğalanması dünya azərbaycanlılarında sonsuz qürur hissi yaşadır.
Eyni zamanda, soydaşlarımız son dərəcə qürurludurlar ki, uzun işğal illərindən sonra dünya azərbaycanlılarının V qurultayı azad Şuşada keçirildi. 22 aprel 2022-ci ildə baş tutan qurultayın açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev Şuşadan dünya azərbaycanlılarını salamlayıb. Qurultay çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi”, “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzularında panel icaslar da təşkil olunub. “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”, - deyə Prezident İlham Əliyev dünya azərbaycanlılarına xitabən bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06

