/ / Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında ANLAŞMA MEMORANDUMU
29.08.2025 [21:20]
Azərbaycan Respublikasının Hökuməti və Amerika Birləşmiş Ştatlarının Hökuməti (bundan sonra – “İştirakçılar”) aşağıdakı razılaşmaları əldə ediblər:
I. Məqsəd
Bu Anlaşma Memorandumunun (bundan sonra – “Memorandum”) məqsədi İştirakçılar arasında strateji münasibətlərin möhkəmlənməsinə yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay müddətində hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasıdır.
İştirakçılar Strateji İşçi Qrupunda aşağıdakı üç sahəyə diqqət yönəltmək niyyətindədirlər:
Enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar;
Süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr;
Müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq.
II. Əməkdaşlıq sahələri
İştirakçılar aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir sıra sahələrdə əməkdaşlıq etmək niyyətindədirlər:
Enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi;
Müdafiə və terrorizmə qarşı mübarizə sahəsində daha möhkəm əməkdaşlığın qurulması;
Regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi;
Süni intellekt üzrə tərəfdaşlıqların və rəqəmsal infrastruktur sahəsində sərmayələrin inkişaf etdirilməsi.
III. Ümumi müddəalar
1. Müddət: Bu Memorandum İştirakçılar tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və bir il müddətində qüvvədə qalır. Memorandum İştirakçıların qarşılıqlı yazılı razılığı ilə uzadıla bilər. Hər bir İştirakçı istənilən vaxt bu Memorandumda iştirakını dayandıra bilər. İştirakı dayandıran tərəf digər İştirakçıya diplomatik kanallar vasitəsilə altmış (60) gün əvvəlcədən yazılı qaydada bildiriş verməlidir.
2. Layihələrin davam etmə müddəti: İştirakçılar tərəfindən başqa qərar verilmədiyi təqdirdə, bu Memoranduma xitam verilməsi iki İştirakçı arasında bu Memorandum çərçivəsində artıq başlanmış və tamamlanmamış layihələrə və fəaliyyətlərə təsir göstərmir.
3 .Dəyişikliklər: İştirakçılar qarşılıqlı yazılı qərarla bu Memorandumu dəyişdirə bilərlər.
4. Memorandumun təsiri: Bu Memorandum beynəlxalq hüquq və ya daxili qanun üzrə heç bir hüquq və öhdəlik yaratmır. İştirakçılar bu Memorandumun maliyyə öhdəliyi daşımadığını xüsusi olaraq qəbul edirlər. İştirakçılar öz əlahiddə və unikal missiya və mandatlarını, məsuliyyət və hesabatlılıqlarını qoruyub saxlamaq niyyətindədirlər. Bu Memorandum çərçivəsində İştirakçılar arasında əməkdaşlığın tərəfdaşlıq və ya digər hüquqi şəxs və ya qurum kimi təfsir edilməsi nəzərdə tutulmur. Hər bir İştirakçının bu Memorandumla bağlı çəkdiyi bütün xərcləri özü tərəfindən qarşılaması gözlənilir. İştirakçılar bu Memorandumu İştirakçılar arasında bu Memorandum imzalanmazdan əvvəl və ya sonra bağlanmış razılaşmalara xələl gətirmədən icra etmək niyyətindədirlər. Bu Memorandumda heç nəyin eksklüziv işçi münasibəti kimi təfsir edilməsi nəzərdə tutulmur.
5. Vaşinqton şəhərində 8 avqust 2025-ci il tarixində ingilis dilində iki orijinal nüsxədə imzalanıb.
Azərbaycan Respublikası
Hökuməti adından
Amerika Birləşmiş Ştatları
Hökuməti adından
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

