/ / Ağdərənin Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq
Ağdərənin Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq
21.08.2025 [20:57]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, kənddə 140 fərdi ev olub, onlardan da 30-u yararsız, 110-u isə qismən yararlı olub. 26 fərdi ev artıq əsaslı bərpa edilib. Bu il oktyabrın sonunadək daha 26 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 58 fərdi ev təmir və bərpa olunacaq. Bu il avqustun 15-də 26 ailə, ümumilikdə 89 nəfər doğma Kolatağ kəndinə qayıdıb.
Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, bir transformator və 1 kilometr uzunluğunda mövcud elektrik xətti təmir olunub, artezian quyusu bərpa edilib, 26 ev su ilə təmin olunub. Sentyabrda kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. İndiyədək 10 min 600 poqonometr yeni qaz xətti çəkilib və əlavə olaraq 2800 poqonometr hissənin çəkilişi nəzərdə tutulub. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün müasir istirahət parkı salınıb. Burada bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı yaradılıb.
Kolatağ kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir və Qarabağ silsiləsinin yamacında yerləşir. Kənd Qarabağ müharibəsinin başlandığı ilk günlərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
x x x
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakini Baxşalı Hətəmovun evində oldular.
Prezident İlham Əliyev: Salaməleyküm.
Mehriban xanım Əliyeva: Salam, xoş gördük.
Qadın sakin: Salam, bizim evimizdir.
Prezident İlham Əliyev: Necəsiniz? Neçə gündür gəlmisiniz?
Baxşalı Hətəmov: Bu gün beşinci gündür.
Prezident İlham Əliyev: Bəli, hələ bir həftə olmayıb. Buranın adı sovet vaxtı da Kolatağ idi?
Baxşalı Hətəmov: Bəli.
Qadın sakin: Salam, xoş gördük.
Prezident İlham Əliyev: Salaməleyküm. Ay, nə gözəl baladır.
Mehriban xanım Əliyeva: Adı nədir?
Qadın sakin: Zeynəb.
Mehriban xanım Əliyeva: Zeynəb neçə aylıqdır?
Qadın sakin: 15 günlükdür.
Prezident İlham Əliyev: 15 gün?
Mehriban xanım Əliyeva: 15 günlük, maşallah. Sənin adın nədir? Nə qəşəng qızsan sən. Gəl mənim yanıma.
Baxşalı Hətəmov: Cənab Prezident, nömrə çəkən gün anadan olub.
Prezident İlham Əliyev: Harada anadan olub?
Baxşalı Hətəmov: Ayaq Qərvənd qəsəbəsində.
Prezident İlham Əliyev: Orada qalırdınız?
Baxşalı Hətəmov: Bəli.
Prezident İlham Əliyev: İndi isə gözəl, mənzərəli bir əraziyə köçmüsünüz. Burada yaşamaq üçün hər şey var.
Baxşalı Hətəmov: Çox gözəldir, çox sağ olun, Allah Sizə dəyməsin, cənab Prezident.
Prezident İlham Əliyev: Buranın həyətyanı sahəsi də kifayət qədər genişdir. Bu qızın neçə yaşı var?
Baxşalı Hətəmov: İki yaşı var.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi, xoşbəxt yaşayın.
Baxşalı Hətəmov: Allah Sizin canınızı sağ eləsin.
Mehriban xanım Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.
Baxşalı Hətəmov: Çox sağ olun.
Prezident İlham Əliyev: Gözəldir, əsl cənnətdir.
Baxşalı Hətəmov: Həqiqətən cənnətdir.
Prezident İlham Əliyev: Salamat qalın.
x x x
Daha sonra dövlətimizin başçısı və birinci xanım kənd sakini Rəfayət Musayevin evinə gəldilər.
Prezident İlham Əliyev: Salaməleyküm. Xoş gəlmisiniz.
Qadın sakin: Salam.
Prezident İlham Əliyev: Qayanın adı nədir?
Rəfayət Musayev: Sağsağan qayası.
Prezident İlham Əliyev: Yəqin ki, oraya yol da var.
Rəfayət Musayev: Meşə yoludur.
Prezident İlham Əliyev: Haradan, Xocalıdan?
Rəfayət Musayev: Əsas Xocalı ərazisinə düşür.
Prezident İlham Əliyev: Hə, Xocalı ərazisi.
Qadın sakin: Salam, çox sağ olun cənab Prezident, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Salam. Artıq bir neçə gündür buradasınız? Neçə gündür? Bir həftə olar?
Rəfayət Musayev: Bir həftədir.
Prezident İlham Əliyev: Bir həftə. Burada həyatınız necə keçir?
Rəfayət Musayev: Çox gözəl, çox yaxşı.
Prezident İlham Əliyev: Ev də gözəldir. Gözəl təmir olunub.
Rəfayət Musayev: Bəli, çox gözəldir.
Qadın sakin: Təbiəti də gözəldir.
Prezident İlham Əliyev: Bəli, gözəldir, cənnət kimi bir yerdir.
Qadın sakin: Havası da təmizdir, çox qəşəngdir.
Prezident İlham Əliyev: Havası da təmizdir, hər tərəf dağdır, meşədir, çay da axır. Su da var. Hər şey var.
Rəfayət Musayev: Hər şey var, hər şey qaydasındadır.
Prezident İlham Əliyev: İndi bağ da, bostan da salacaqsınız.
Rəfayət Musayev: İnşallah gələn il gələndə görəcəksiniz. Arı təsərrüfatı ilə, arıçılıqla məşğulam.
Prezident İlham Əliyev: Bəli, arıçılıq çox yaxşıdır. Neçə arı ailəsi saxlayırsan?
Rəfayət Musayev: 250 arı ailəsidir, 300-ə yaxın da damazlıq təsərrüfatdır.
Prezident İlham Əliyev: Çox gözəl, təbrik edirəm sizi.
Rəfayət Musayev: Çox sağ olun.
Mehriban xanım Əliyeva: Sağ olun. Uğurlarınız çox olsun.
Prezident İlham Əliyev: Bir daha təbrik edirəm. Sağ olun.
Qadın sakin: Allah köməyiniz olsun. Çox sağ olun.
Rəfayət Musayev: Çox sağ olun, Allah Sizdən razı olsun.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35

