İki qardaş ölkə - Türk dünyasının Gücü!
29.07.2025 [11:01]
Azərbaycanla Türkiyə bölgədəki proseslərlə bağlı koordinasiyalıfəaliyyət göstərir
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dilvə dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləriilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarasıəməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariznümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzəradət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıqmünasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir.
XİN başçıları nələri müzakirə edib?
Bu səmimi, qırılmaz əlaqələr iki ölkənin siyasi, iqtisadi, hərbi vəhumanitar sahələrdə sıx əməkdaşlığı ilə yanaşı, ortaq mədənidəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində dəözünü göstərir. Azərbaycan və Türkiyə geosiyasi baxımdanmühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində stratejitərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türkdünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcəkinkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakımünasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq vəqarşılıqlı etimada əsaslanır. Xüsusən də hər iki ölkəninhumanitar fəlakətlər zamanı bir-birinə dəstəyi, qarşılıqlı yardımıvə mənəvi həmrəyliyi bu münasibətlərin nə qədər dərin vəsarsılmaz olduğunu bir daha sübut edir. Məhz bu qardaşlıq vəbirlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütündünyada nümunəvi dövlətlərdən birinə çevirib.
Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, ocümlədən regional proseslərlə bağlı koordinasiyalı şəkildəəməkdaşlıq edirlər. Bu baxımdan, bir neçə gün öncə Azərbaycanxarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin XİN başçısıHakan Fidan arasında telefon danışığı xüsusi vurğulanmalıdır. Telefon söhbətində Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Bununla yanaşı, regionalvə beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlikproblemləri nəzərdən keçirilib. Azərbaycan-Türkiyəqardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütünsəviyyə və platformalarda uğurla davam etdirildiyiməmnunluqla qeyd edilib.
C.Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşmaprosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə carivəziyyət və perspektivlər, habelə mövcud maneələr və onlarınhəlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb. Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şuşa Bəyannaməsi münasibətlərimizin zirvəsini təşkil edir
Qeyd edək ki, ölkələrimiz arasında enerji, nəqliyyat və ticarətsahələrində qurulan əlaqələr də münasibətlərin əsassütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerjivə infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neftkəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri AzərbaycanınAvropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəniregionda mühüm enerji tranzit mərkəzinə çevirib. Buəməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regionalmövqeyini gücləndirib. Bununla yanaşı, hərbi sahədə dətərəfdaşlıq möhkəm təməl üzərində qurulub. TürkiyəAzərbaycanın müdafiə potensialının artırılması üçün hərbitəlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı dahayüksək səviyyəyə çatdırıb. Xüsusilə 2020-ci ildə baş vermişİkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanınərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi ikiölkə arasındakı siyasi və hərbi münasibətləri daha damöhkəmləndirib. 2021-ci ilin iyun ayında liderlər tərəfindənimzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isəmünasibətlərimizin zirvəsini təşkil edir.
Beynəlxalq müstəvidə qarşılıqlı dəstək
Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik sahəsindəqurulan əməkdaşlıq yalnız iki ölkənin milli maraqlarıçərçivəsində deyil, bütövlükdə, regionun sabitliyinin, təhlükəsizliyinin təmin olunması baxımından da xüsusi önəmdaşıyır. Bu tərəfdaşlıq əsrlər boyu qardaş xalqlarmızın ortaqiradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasirdövrdə yeni məzmun və mahiyyət qazanıb. İki dövlət müxtəlifbeynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, NATO vəİslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq edərək, regionalvə qlobal təhlükəsizlik təşəbbüslərində birgə mövqe sərgiləyir. Xüsusilə Azərbaycanın 30 il davam edən işğala son qoyduğuİkinci Qarabağ müharibəsi dövründə Türkiyənin göstərdiyibirmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını vəqardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi. Bununlayanaşı, hərbi əməkdaşlığın praktiki istiqaməti də daimgenişlənməkdədir. Ölkəmizin müxtəlif bölgələrində keçirilənhərbi təlimlərdə Azərbaycanın və Türkiyənin SilahlıQüvvələrinin birgə iştirakı hər iki ordunun döyüş hazırlığının artırılmasına, koordinasiyanın güclənməsinə və regional təhlükəsizliyin təmininə mühüm töhfə verir. Bu təlimlər yalnızikitərəfli səviyyədə deyil, həm də NATO ilə əməkdaşlıqçərçivəsində aparılan işlərin gücləndirilməsi baxımından daxüsusi əhəmiyyətə malikdir.
Bundan əlavə, müdafiə sənayesi sahəsində birgə layihələr, müasir silah sistemlərinin tədarükü və texniki təchizatın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qardaşölkələrimizin müdafiə qabiliyyətinin daha da artırılmasınaxidmət edir. Bu əməkdaşlıq Azərbaycanın və Türkiyənin regional təhlükəsizlik məsələlərindəki həmrəyliyinigücləndirməklə yanaşı, eyni zamanda, Cənubi Qafqaz və OrtaAsiya regionlarında sülhün, sabitliyin təmin olunmasındamühüm rol oynayır.
Bütövlükdə, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, ocümlədən Yaxın Şərqdə artan gərginlik, xüsusilə Suriyadayaranmış vəziyyət iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təminolunması üçün birgə diploimatik fəaliyyət həyata keçirir. Bubaxımdan, iki ölkənin XİN başçılarının telefon danışığındaaparılan müzakirələr böyük əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

