Doqquzuncu liman
31.05.2025 [11:13]
Laçın Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun nəqliyyat və logistika imkanlarını gücləndirəcək
Azərbaycan dövləti torpaqlarımız erməni işğalından azad edildikdən sonra dərhal nəhəng bərpa və quruculuq işlərinə start verdi və ötən 4 ildən artıq müddətdə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş iri nəqliyyat, rabitə, kommunikasiya, sosial infrastrukturlar yaradıldı, şəhər, qəsəbə və kəndlər salındı. Hazırda yeni mərhələyə daxil olan bu quruculuq tədbirləri sayəsində Böyük Qayıdışın ən ümdə hədəfi olan minlərlə insanın öz doğma yurduna geri dönüşü təmin edilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri sırasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı azad ərazilərdə inşa edilmiş ilk hava limanı kimi təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq, inteqrasiya və inkişaf simvoluna çevrilib. Hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Torpaqlarımız işğaldan azad edildkdən cəmi bir il sonra istifadəyə verilən liman beynəlxalq status və IATA kodu (FZL) alıb. Füzuli aeroportu dünyada ən sürətlə tikilən hava limanlarından biri kimi tarixə düşüb.
Dəniz səviyyəsindən ən hündür zirvədə
2022-ci il oktyabrın 20-də açılışı edilən Şərqi Zəngəzurun hava qapısı hesab olunan Zəngilan Beynəlxalq Hava Limanı azad ərazilərdə ikinci nəhəng nəqliyyat infrastrukturu olmaqla, Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Liman Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Cari il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın dəniz səviyyəsindən ən hündür zirvədə yerləşən möhtəşəm nəqliyyat abidəsi sayıla bilər. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.
Şərqi Zəngəzurun nəhəng logistika şəbəkəsi formalaşır
Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək. Liman ərazisində geniştutumlu 1,5 milyon ton yük qəbuletmə imkanına malik karqo terminalının inşası isə bu bölgəyə beynəlxalq yüklərin daşınması və ya tranzitini təmin edəcək ki, nəticədə Şərqi Zəngəzurda nəhəng logistika şəbəkəsi də formalaşmış olacaq.
Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanı kimi mühüm iqtisadi-siyasi və hərbi məna daşıyır. Bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək hava limanı Ermənistanla mürəkkəb relyefdə yerləşməklə müdafiə xarakterli təchizatların tez və genişhəcmli miqyasda çatdırılması baxımından strateji əhəmiyyətə malikdir.
Zəngəzur dəhlizinə daha bir addım
Azad ərazilərdə istifadəyə verilən beynəlxalq tipli hava limanları respublikamızın digər bölgələri ilə rahat və operativ əlaqələrin qurulması, daha sıx nəqliyyat bağlantılarının təmin edilməsi, bu ərazilərin inkişafı, o cümlədən turizm imkanlarının artması üçün də mühüm əhaəmiyyət kəsb edir. Hava limanları xarici ölkələrlə asan və qısamüddətli nəqliyyat bağlantılarının qurulması, xarici turistlərin daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə gəlməsinə, Şuşa, Laçın, Kəlbəcər və digər şəhərlərimizi ziyarət etməsinə imkan verəcək. Hava limanlarının beynəlxalq status daşıması isə onların regional və qlobal nəqliyyat-logistika əhəmiyyətini əks etdirməklə, geoiqtisadi imkanlarının genişlənməsinə səbəb olacaq.
Ümumilikdə, azad ərazilərimizdə müasir standartlara cavab verən hava limanlarının inşası, o cümlədən Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın qlobal miqyasda nəqliyyat-logistika qüdrətini də nümayiş etdirir. Respublikamız hazırda 9 beynəlxalq tipli hava limanına sahib olmaqla region dövlətləri sırasında ən böyük nəqliyyat landşaftına malik olduğunu təsdiqləyir.
Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkə olsa da, Mərkəzi Asiya ilə müxtəlif logistika-kommunikasiya xətləri ilə dərin bağlantılar qurur. Orta Dəhlizdə qurulan möhkəm körpülər digər coğrafiyaları sıx birləşdirməklə, həm də bütün tərəfdaş dövlətləri birgə nəqliyyat habında qovuşdurmağa xidmət edir. Orta Dəhlizin yeni qovşağına çevrilən Zəngəzur dəhlizi də bu nəhəng nəqliyyat şəbəkəsinə inteqrasiya olunmaqdadır. Bu baxımdan Laçın Beynəlxalq Hava Limanı həmin dəhlizin bir hissəsi olmaqla, bölgədə çoxşəbəkəli logistika və nəqliyyat qovşaqlarının vahid inteqrasiyasında mühüm rol oynayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40

