Prezident XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib
08.05.2025 [16:23]
Prezident İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
"Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram.
Builki Zirvə Toplantısı əlamətdar hadisə – Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş insanlarını birləşdirərək qlobal və regional əməkdaşlığın genişləndirilməsinə, sülhün, sabitliyin qorunmasına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfə verən mühüm platformalardan birinə çevrilmişdir.
Mərmərə Qrupu Vəqfinin və onun rəhbəri hörmətli Akkan Suverin Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsində xidmətlərini xüsusi vurğulamaq istərdim.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəaliyyətini daim yüksək qiymətləndirmiş və təşəbbüslərini dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantıları keçirilməyə başlamış və həmin ildə Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəxri sədri seçilmişdir.
Mərmərə Qrupu Vəqfinin qurulmasının 40 illiyi münasibətilə təsis edilən 16 mükafat arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə “Türk Dünyası Mükafatı”nın yer alması bizim üçün böyük şərəfdir. Ümummilli Liderin adına ithaf edilən mükafata dünyaşöhrətli alim, Nobel mükafatı laureatı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü – Əziz Sancarın layiq görülməsi xüsusi məmnunluq doğurur.
Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilmisində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır. Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.
Avrasiya İqtisadi Zirvə Toplantısının builki iclası “Yaşana bilən bir dünya üçün dialoq” mövzusuna həsr olunub. Hansı sahədə olursa olsun, istər dövlətlərarası münasibətlərdə, istərsə də insanlararası təmaslarada dialoq mühüm sabitləşdirici faktor və körpü olaraq çıxış edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz eyni zamanda qlobal müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.
Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Hesab edirəm ki, hazırda bu bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.
Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar, beynəlxalq münasibətlər sistemində artan parçalanma və gərginlik dövründə dünyada sülh, əmin-amanlıq və dinc birgəyaşayışın təmin olunmasında dialoqun rolu danılmazdır. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına, keçən ilin noyabrından etibarən isə COP29-a sədrlik edərək Qlobal Cənub ilə Qlobal Şimal arasında uzun illərdən bəri formalaşmış etimadsızlıq mühitinin aradan qaldırılması, onlar arasında dialoq körpüsünün qurulması və qarşılıqlı anlaşmanın bərqərar olması uğrunda səylərini əsirgəmirdi. Məhz Azərbaycanın tutduğu balanslaşdırılmış mövqe COP29-da qlobal iqlim fəaliyyətinə müsbət təkan verən və çoxtərəfliliyin təntənəsi olan “Bakı sıçrayışı”nın əldə edilməsini şərtləndirdi.
İnanıram ki, builki Avrasiya İqtisadi Zirvə Toplantısı iqtisadiyyat, enerji, rəqəmsallaşma, süni intellekt, səhiyyə, ətraf mühit və digər aktual mövzular və yeni əməkdaşlıq imkanları ətrafında faydalı müzakirələrin aparılması, ideyaların və təcrübələrin mübadiləsi, səylərin əlaqələndirilməsi üçün əhəmiyyətli platforma olacaqdır.
Bir daha Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin bütün üzvlərini yubiley münasibətilə təbrik edir, Vəqfin fəaliyyətinə bundan sonra da müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Zirvə Toplantısının işinə uğurlar arzulayıram".
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

