Dünya Azərbaycana və onun Liderinə böyük etimad göstərir
12.02.2025 [08:14]
XII Qlobal Bakı Forumu keçiriləcək
Azərbaycan növbəti dəfə mühüm beynəlxalq platformaya ev sahibliyi edəcək. Belə ki, bu il martın 13-15-də respublikamızda XII Qlobal Bakı Forumu keçiriləcək. Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul təşkil edib. Qəbulda dünya ölkələrinin Azərbaycandakı diplomatik nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Tədbirin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov çıxış edərək, XII Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verib. O, Forumun əsas mövzularından, qlobal çağırışlar fonunda aparılacaq müzakirələrdən və dünyanın müxtəlif ölkələrindən gələcək ali səviyyəli qonaqlardan bəhs edib.
Bütün dünyanı birləşdirən platforma
Artıq ənənəvi qaydada keçirilən Qlobal Bakı Forumu çox doğru olaraq bütün dünyanı birləşdirən səmərəli platforma qismində dəyərləndirilir. Qısa müddətdə böyük populyarlıq qazanan forum Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.
Qlobal Bakı Forumu çox səmərəli platformadır. Forumun proqramı hər zaman kifayət qədər geniş olur. Son illərdə bura daxil edilən məsələlər Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edib. Eyni zamanda, forumda dünya gündəliyinin aktual məsələləri ətrafında da müzakirələr aparılır. Prezident İlham Əliyev ötən il martın 14-16-da baş tutan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında platformanın önəminə diqqət çəkərək vurğulayıb: “Hesab edirəm ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir”.
Forumun Nizami Gəncəvinin adını daşıyan beynəlxalq mərkəz tərəfindən təşkil olunması da diqqətçəkən məqamdır. Bu, həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətin, ehtiramın ifadəsi anlamında qəbul olunur. Nizami Gəncəvi əsərlərində humanizm, xeyirxahlıq kimi bəşəri səciyyə daşıyan dəyərlər aşılamağa çalışıb və bunu bədii lövhələrdə dolğun və təsirli formada əks etdiririb. Onun yaradıcılığı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Yaxşı haldır ki, xalqımız əsrlər ötdükdən sonra da böyük Nizaminin irsini unutmur, özünün tarixdən gələn ənənələrini və dəyərlərini qoruyaraq yaşadır.
Müsbət reallıqlar və beynəlxalq birliyin dərin rəğbəti
Belə mötəbər forumun Azərbaycanda hər il uğurla baş tutması heç də təsadüfi deyil. Bu gün Azərbaycan bütün dünyada yüksək nüfuza malik ölkə kimi tanınır. Respublikamızın, xalqımızın milli maraqları qətiyyətlə qorunur. İqtisadi mütəqilliyinə nail olan respublikamız siyasi qərarlarını da tam müstəqil şəkildə qəbul edir. Bu qərarlar hansısa güc mərkəzlərinin paytaxtlarında deyil, məhz Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi əsasında verilir. Ölkəmizlə heç bir güc mərkəzi diktat dili ilə danışmır və danışa da bilməz. Prezident İlham Əliyev mötəbər beynəlxalq təşkilatların tribunalarından dəfələrlə bəyan edib ki, Azərbaycanın özünün milli maraqlarını qorumağa gücü və iradəsi var. Ötən illərin təcrübəsi dövlət başçımızın ifadə etdiyi fikirlərin təsdiqinə çevrilib. Hər inkişaf mərhələsində ölkəmizin potensialı və qlobal çağırışlar nəzərə alınmaqla yeni prioritetləri müəyyənləşdirilir. Sonra isə milli güc səfərbər edilərək qarşıya qoyulan hədəflərə doğru inamlı addımlar atılır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu formul sayəsində Azərbaycan zirvələrə yüksəlib, dünyanın sayılıb seçilən ölkələrindən birinə çevrilib. Qısa müstəqilliik tarixində ən böyük uğurumuz, heç şübhəsiz ki, 44 günlük müharibədə qazandığımız şanlı Qələbə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda suverenliyimizin tam təmin edilməsidir. Bu Qələbələr sayəsində ölkəmiz düşməni kapituyasiyaya məruz qoydu və özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi. Milli maraqlarını belə qətiyyətlə qoruması Azərbaycana bütün dünyada ləyaqətli dövlət imici qazandırıb.
Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir. Dünyada ölkəmizə və onun Lideri İlham Əliyevə böyük inam formalaşıb. Dövlətimizin başçısı bütün qlobal əməkdaşlığa, beynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfələr verən Lider kimi tanınır və qəbul olunur. Uğurlu inkişaf, öz siyasətində daim xoş məramdan çıxış etməsi, möhkəm daxili sabitlik, hər cəhətdən nümunəvi olan multikultural mühit, təhlükəsizlik amili beynəlxalq birliyin nəzərlərini Azərbaycana yönəldir. Mötəbər beynəlxalq tədbirlərə, nüfuzlu idman yarışlarınına, son olaraq BMT-nin COP29 konfransına ev sahibliyi hüququnun ölkəmizə həvalə edilməsi ondan xəbər verir ki, dünya Azərbaycana inanır və böyük etimad göstərir.
Dünya gündəliyinin aktual məsələləri Bakıda müzakirə olunacaq
Qlobal Bakı Forumunun mövzuları bir qayda olaraq dünyada narahatlıqla izlənilən ən aktual çağırışları əhatə edir. XII Qlobal Bakı Forumunun gündəliyi də kifayət qədər geniş olacaq. Qəbulda COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai forumun əsas mövzularından biri olan iqlim dəyişikliyi və onun qlobal təsirləri barədə danışıb, Azərbaycanın bu sahədə gördüyü işləri vurğulayıb. O, Xəzər dənizinin dünyanın ən böyük gölü olduğunu, 1800-dən çox heyvan növünü və planetin göl sularının 40 faizdən çoxunu özündə cəmləşdirdiyini, lakin hazırda onun ekoloji vəziyyətinin təcili müdaxilə tələb etdiyini bildirib. Nigar Arpadarai, həmçinin milyonlarla balığın Xəzər dənizinə buraxıldığını və su israfının qarşısını almaq üçün yeni layihələrin həyata keçirildiyini qeyd edib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq dialoq və sülh təşəbbüslərindəki rolunu yüksək qiymətləndirib, BMT-nin qlobal məsələlərə yanaşmasını vurğulayaraq deyib: “Biz çoxtərəfliliyin əhəmiyyətini, qlobal çağırışların həmrəylik şəraitində həllinin vacibliyini başa düşürük. Bugünkü müzakirələr bizə xatırlatmadır ki, qlobal geosiyasət dəyişməyə davam etdikcə, hamımızın saxlamalı olduğumuz prinsiplər var və biz onları qorumalıyıq. Hər şeydən əvvəl insan həmrəyliyinin, beynəlxalq hüquqa hörmətin vacibliyini qeyd etmək lazımdır”.
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya iki ölkə arasındakı münasibətlərin inkişafına toxunaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq əməkdaşlığa verdiyi töhfələri qeyd edib.
Tədbir XII Qlobal Bakı Forumunun təbliğat videosunun nümayişi ilə başa çatıb. Videoçarxda dünyanın müxtəlif ölkələrindən ekspertlərin, siyasətçilərin və beynəlxalq təşkilat rəhbərlərinin Forumun əhəmiyyətinə dair fikirləri yer alıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusunda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 300-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

