Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibinin müavinini qəbul edib
24.05.2013 [14:50]
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO baş katibinin müavini Qabor İklodini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Özünün Brüsselə, NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərlər zamanı aparılan müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan-NATO əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması işinə təhsil, təcrübə mübadiləsi və digər sahələrdə də kömək edə bilər.
NATO baş katibinin müavini Qabor İklodi “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda Bakıda keçirilən konfransın önəmini vurğulayıb. NATO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edən qonaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə, ölkəmizin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, NATO-nun Əfqanıstandakı 2014-cü ildən sonrakı missiyasında Azərbaycanın iştirakı ilə bağlı mövqeyini də yüksək qiymətləndirib.
Görüşdə enerji təhlükəsizliyi, nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

