/ / Prezident İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub
Prezident İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub
23.05.2013 [01:51]
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Sərgi Mərkəzində “WorldFood Azerbaijan-2013” XIX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2013” VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.
Kənd təsərrüfatı naziri İsmət Abasov dövlətimizin başçısına məlumat verib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun əsas sahələrindən olan aqrar bölmənin inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına, əhalinin rifahının yüksəlməsinə önəmli töhfəsini verməkdədir. Ən son texnologiyaların qida sənayesində tətbiqi bu sektorun inkişafı, istehsal olunan məhsulların keyfiyyəti və rəqabətə davamlılığı baxımından çox mühümdür. Bu baxımdan ölkəmizdə təşkil olunan sərgilər böyük əhəmiyyət kəsb edir və aqrar sahənin inkişafına müsbət təsirini göstərir.
Qeyd olunub ki, ənənəvi “WorldFood Azerbaijan-2013” və “Agrihort Azerbaijan-2013” sərgiləri ildən-ilə daha çox tərəfdaş toplayır, kənd təsərrüfatı məhsullarının istehsal və emal proseslərində yeni texnologiyaların tətbiqi ilə yanaşı, bu sahənin inkişafına və təkmilləşdirilməsinə, yerli və xarici iş adamları üçün işgüzar mühit yaratmaqla biznes əlaqələrinin qurulmasına və genişləndirilməsinə xidmət edir.
Vurğulanıb ki, builki sərgilərin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğu dövrə təsadüf etməsi bu tədbirlərin əhəmiyyətini daha da artırır. Azərbaycan iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatı və emal sənayesinin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət kənd təsərrüfatının davamlı inkişafı üçün əlverişli şərait yaradıb. Təşkil olunan hər iki sərgi bu inkişafın daha bir göstəricisidir.
Bildirilib ki, hər iki sərgi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilir. “WorldFood Azerbaijan-2013” sərgisində MDB ölkələri və Avropadan olan şirkətlər üstünlük təşkil edir. İştirakçıların ümumi sayının 38 faizini təşkil edən yerli şirkətlər də sərgidə böyük fəallıq göstərirlər. Bu il sərgidə Naxçıvan Muxtar Respublikası ayrıca pavilyonla çıxış edir. Bu pavilyonda Naxçıvanın məşhur mineral suyu, habelə xörək duzu, un və qənnadı məmulatları nümayiş etdirilir.
Budəfəki qida sənayesi sərgisində 30-dan çox ölkədən 180-dək şirkət iştirak edir. Sərginin ekspozisiya sahəsinin ötən ilə nisbətən 40 faiz artması bu tədbirə marağın ildən-ilə çoxaldığını göstərir.
Diqqətə çatdırılıb ki, qida sənayesi sərgisi ilə eyni məkanda keçirilən və artıq yeddinci dəfə təşkil olunan “Agrihort Azerbaijan-2013” sərgisi aqrar kompleksin aparıcı nümayəndələrini, habelə kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirir. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün, habelə istixana avadanlığı, suvarma sistemləri, toxumlar, gübrələr, heyvanlar və balıqlar üçün yemlər və s. məhsullar nümayiş etdirilir.
Azərbaycan Prezidenti sərgilərin pavilyonları ilə tanış olub.
ABŞ-ın Ət İxracı Federasiyasının stendi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, federasiya bütün dünyada Birləşmiş Ştatların ət məhsullarını təşviq edən, bu ölkənin qırmızı ət məhsulları üçün yeni imkanların yaradılması və mövcud beynəlxalq bazarların genişləndirilməsi ilə məşğuldur. Şirkət, habelə istehlakçıların ABŞ-da istehsal olunan ət məhsullarının keyfiyyət xassələri haqqında maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.
Bildirilib ki, Hollandiyanın “Royal Brinkman” şirkəti 1885-ci ildə yaradılıb. Əsasən bağçılıq və istixana təsərrüfatları üçün avadanlıq istehsalı ilə məşğul olan şirkət 125 ildir ki, dünyanın bu sahədə ən aparıcı qurumlarından biridir. Şirkətin dünyada 250-dən çox nümayəndəliyi var. Bu şirkətin nüfuz qazanmasının əsas səbəbi müştərilərini yüksək keyfiyyətli xidmət və məhsullarla təmin etməsidir.
Sərgidə ziyarətçilərə imkanlarını geniş çeşiddə təqdim edən müəssisələrdən biri də “AzFP Co LTD” MMC-dir. Müəssisənin “Milla” brendi ilə istehsal etdiyi 50 adda süd və dondurma məhsulları istehlakçıların rəğbətini qazanıb. Bundan başqa, şirkət polistirol və polipropilen kisələr, eləcə də birdəfəlik plastik qablar da hazırlayır. Gündəlik istehsal gücü 250 ton olan müəssisə qısa zamanda Azərbaycanın bütün bölgələrində geniş alıcı kütləsi toplayıb.
Bildirilib ki, İranda manna yarmasından hazırlanan makaronun ilk və ən böyük istehsalçısı olan “Zar Macaron” şirkəti də keyfiyyətli və yüksək səviyyəli məhsullar hazırlayır.
Prezident İlham Əliyev “Helmaks” şirkətinin stendi ilə də tanış olub.
Qeyd edilib ki, şirkət qaramalın və davarın kəsilməsi üçün yüksək səviyyəli texnika hazırlayır. “Helmaks” şirkəti dünyada ən müasir avadanlığın layihələndirilməsi və istehsalı üçün davamlı olaraq tədqiqat və təkmilləşdirmə işlərini həyata keçirir.
“Shebekinsky machine-building plant” ASC isə çörək və şirniyyat məmulatlarının hazırlanması üçün nəzərdə tutulan sobaların istehsalı sahəsində 70 illik təcrübəyə malikdir.
Prezident İlham Əliyev Latviyanın da pavilyonuna baxıb.
Diqqətə çatdırılıb ki, Latviya sərgidə üç şirkətlə təmsil olunur. Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin məqsədi daha çox xarici investisiyalar cəlb etməklə latviyalı sahibkarların həm daxili, həm də xarici bazarlarda rəqabətə davamlılığını artırmaq və biznesin inkişafını təşviq etməkdir. Latviyanın “Jaunpils Süd Zavodu” şirkəti pendir və kəsmik istehsalı ilə məşğuldur. Məhsul istehsalında heç bir konservantdan istifadə edilmir. Əsas ofisi Riqada yerləşən “Laima” şirkəti isə Latviyanın ən böyük şirniyyat istehsalçısıdır.
Dövlətimizin başçısı “Grand Motors” şirkətinin pavilyonunda da olub.
Diqqətə çatdırılıb ki, şirkət sərgidə kənd təsərrüfatı texnikası və avadanlığını təqdim edir. 2005-ci ildən fəaliyyətdə olan müəssisə əsasən tikinti və kənd təsərrüfatı texnikalarının idxalı və satışı sahəsində böyük təcrübəyə malikdir. Müəssisə, həmçinin İtaliyanın “New Holland” və “Maschio Gaspardo” şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəsidir.
Sərgidə təmsil olunan yerli şirkətlərdən biri də “ASPI AGRO” MMC-dir. Şirkət öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycanın şərabçılıq ənənələrinə əsaslanaraq üzümün yetişdirilməsindən yüksək keyfiyyətli məhsulların buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.
Almaniyanın “CLAAS Global Sales GMBH” şirkəti də sərgidə təmsil olunur. Şirkətin Azərbaycandakı təmsilçiliyi müştərilərə “CLAAS” markalı kənd təsərrüfatı texnikası təqdim edir. “CLAAS” şirkəti təxminən 100 ildir ki, məhsul yığımı dövründə müştərilərin işini asanlaşdıran kənd təsərrüfatı maşınları üçün yüksək texnologiyalı həll variantları işləyib hazırlayır. Müəssisə, həmçinin sahələrdə texnikaya yüksək keyfiyyətli xidmət göstərir və maşınları orijinal ehtiyat hissələri ilə təchiz edir.
İndoneziya sərgidə ayrıca pavilyonda təmsil olunur. Bu ölkənin pavilyonunda qənd, ədviyyat, çay, kofe, kakao, dəniz məhsulları və digər məmulatlar nümayiş etdirilir.
Sərgidə təmsil olunan yerli şirkətlərdən biri “Azərtoxum” MMC-dir. Cəmiyyətin fəaliyyətə başladığı gündən əsas hədəfi fermerləri yüksək reproduksiyalı toxumla təmin etməkdir. Müəssisənin illik istehsal gücü 250 min tondur. İstehsal prosesi əsasən dörd sahəni əhatə edir.
“Azəryem” MMC də müştərilərə ekoloji cəhətdən təmiz məhsullar təqdim edir.
Pavilyonlarla tanış olan dövlətimizin başçısına bildirilib ki, bütün Qafqaz regionunun qida sənayesində və kənd təsərrüfatında ən iri hadisə olan bu sərgilər müvafiq sahələrin inkişafına, iş adamları arasında işgüzar əməkdaşlığın genişlənməsinə, məhsul istehsalının təkmilləşdirilməsinə və istehsalatda modern texnologiyaların tətbiqinə imkan yaradacaq.
Prezident İlham Əliyev sərginin işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

