Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının daxili işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının daxili işlər nazirini qəbul edib

19.03.2013 [10:19]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri qəbul edib.
Daxili işlər naziri Mohaned Lanser Mərakeş Kralı VI Məhəmmədin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Mohaned Lanser “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 2006-cı ildə ölkəmizə səfər etdiyini xatırlayan qonaq ötən dövr ərzində paytaxtımızda böyük inkişafın şahidi olduğunu deyib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının və bir-birilərini daim dəstəkləməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev Kral VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 1173 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31