Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə mane ola bilməz
20.11.2012 [00:46]
Prezident İlham Əliyev: Biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik
Azərbaycan dünya xəritəsində nadir ölkələrdəndir ki, cəmi 21 il ərzində, yəni, bir dövlətin formalaşması və inkişafı üçün çox qısa zaman çərçivəsində böyük inkişafa nail olub, üstəlik, həqiqi müstəqil siyasət yeridən suveren ölkə statusunu qoruyub saxlaya bilib. Bildiyimiz kimi, müasir qloballaşma dövründə transmilli korporasiyaların, dövlətüstü qurumların gücləndiyi, dövlətlərarası siyasi, iqtisadi asılılığın artdığı bir zamanda milli dövlətlərin müstəqil siyasət yürütməsi daha da çətinləşir. Lakin ölkəmizin təcrübəsində dövlətin siyasi, iqtisadi, hərbi müstəqilliyini təmin etməsinin və sərbəst inkişafının şahidi oluruq. Azərbaycan daxili və xarici siyasətində balansı qoruyan, beynəlxalq əməkdaşlığın tələbləri ilə milli maraqları uzlaşdıra bilən az sayda ölkələrdəndir. Ölkəmizin uğurlarına həm daxili, həm də xarici mühit və faktorlar prizmasından yanaşmaq mümkündür.
Müstəqilliyinin ilk illərində çox ağır sınaqlarla üz-üzə qalan Azərbaycan Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi, sosial islahatlarla inkişaf yoluna qədəm qoydu. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesinin sürətlə irəliləməsi, buna paralel olaraq sosial-siyasi sabitliyin təmin olunması davamlı inkişafa zəmin yaratdı. Ulu öndərin əsasını qoyduğu siyasi xəttin uğurla davam etdirilməsi sayəsində respublikamız yüksək makroiqtisadi göstəricilərə nail olub, sosial rifah artıb, həyata keçirilən abadlıq və yenidənqurma işləri ölkənin simasını tamamilə dəyişdirib.
Azərbaycan həm də beynəlxalq iqtisadi əlaqələrini durmadan genişləndirir. Xarici əlaqələrin genişləndirilməsi, ilk növbədə, ölkənin beynəlxalq siyasi, iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafına töhfədir. Bununla, Azərbaycan beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır. Qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatının möhkəm dayaqlar üzərində inkişaf etdiyini təsdiqlədi.
Eyni zamanda, Azərbaycan ərazisinin 20 faizi işğal altında olan bir ölkə kimi hərbi müdafiə gücünü də durmadan artırmaqdadır. Şübhə yoxdur ki, ölkəmiz istər iqtisadi, istərsə də hərbi cəhətdən regional gücə çevrilib.
Eyni fikirləri Azərbaycanın siyasi nüfuzu ilə də bağlı söyləmək olar. Respublikamız BMT, Aİ, Avropa Şurası, AŞPA, İƏT, UNESCO başda olmaqla ən müxtəlif beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, bu qurumlar çərçivəsində bir çox dövlətlərlə əlaqələrini daha da genişləndirir.
Beynəlxalq əməkdaşlığın genişlənməsinin, ölkənin siyasi nüfuzunun artmasının ən önəmli cəhətlərindən biri Azərbaycan həqiqətlərinin daha sürətlə yayılmasıdır. Məlumdur ki, sürətli inkişaf sayəsində sosial-iqtisadi problemlərin öhdəsindən gələn Azərbaycan bütün səylərini ərazi bütövlüyünün təmin olunmasına yönəldib. Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi Azərbaycan ictimaiyyətinin ən böyük arzusu, ölkə rəhbərliyinin isə qarşıya qoyduğu birinci dərəcəli məsələdir.
O da məlumdur ki, erməni təbliğat maşının fəaliyyəti, işğalçı Ermənistanın havadarlarının səyləri nəticəsində bu münaqişə ilə bağlı həqiqətlər bir müddət dünya ictimaiyyətinə qaranlıq qalıb. Lakin artıq hər il dünyada daha çox insan Azərbaycanın məruz qaldığı hərbi təcavüz faktı, Ermənisatının işğal siyasəti ilə bağlı həqiqətləri öyrənir. Bu prosesdə Azərbaycan dövlətinin diaspor siyasəti, QHT-lərin aktiv fəaliyyəti ilə yanaşı, ölkəmizin xarici siyasi, iqtisadi əlaqələrinin, müxtəlif dövlətlərlə dostluq münasibətlərinin də böyük rolu var. Bu baxımdan təsadüfi deyil ki, son bir il ərzində Pakistan, Meksika və Kolumbiya Xocalı qətliamını soyqırımı kimi tanıyıb, Meksikanın paytaxtı Mexiko şəhərindəki meydanların birinə “Xocalı” adı verilib, orada Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Azərbaycanın beynəlxalq müstəvidə ən böyük diplomatik qələbələrindən biri şübhəsiz, 2011-ci ildə ölkənin 155 dövlətin dəstəyi ilə BMT TŞ-yə üzv seçilməsi oldu. Əlbəttə ki, Azərbaycanın siyasi, iqtisadi gücünün artması, regional güc mərkəzinə çevrilməsi ölkəmizin qlobal miqyasda mövqelərini möhkəmləndirir. Lakin sirr deyil ki, mövcud vəziyyət Azərbaycanın düşmənlərini, anti-Azərbaycan dairələri ciddi narahat etməkdədir. Ölkəmizin müstəqil şəkildə, heç bir xarici yardıma ehtiyacı olmadan inkişafını qəbul edə bilməyən belə qüvvələr təxribatlar törətməklə Azərbaycanı öz yolundan uzaqlaşdırmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdəki nitqində Prezident İlham Əliyev erməni lobbisi, islamafob siyasi dairələr və imperialist mərkəzlərin Azərbaycana qarşı düşmən mövqedə dayanan əsas qüvvələr olduğunu bildirib.
Lakin ölkəmizin inkişaf səviyəsi, hakimiyyətin siyasi iradəsi və xalqın iqtidara olan dəstəyi Azərbaycana qarşı yönələn bütün təzyiq mexanizmlərinin və təxribatların iflasa uğrayacağını deməyə əsas verir. Dövlət başçısının qeyd edilən mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın bundan sonra da heç bir təzyiq mərkəzinin göstərişlərinə tabe olmayacağını, eləcə də, ölkə rəhbərliyinin bu məsələdə qətiyyətli mövqeyini bir daha ortaya qoydu: “Çünki üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik. Çünki bizim, yenə də deyirəm, güclü dayaqlarımız vardır. Bu da Azərbaycan xalqıdır”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52

