/ / YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətləri ilə görüş keçirilib
YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətləri ilə görüş keçirilib
08.05.2024 [18:57]
Mayın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətlərini qəbul edib.
Qonaqları salamlayan YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın istər Vyetnam, istərsə də Laosla xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. Xalqlarımız arasındakı münasibətlərin təməlinin hələ SSRİ dövründə qoyulduğunu diqqətə çatdıran Tahir Budaqov Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyətinə diqqəti cəlb edib. O, həm Vyetnam, həm də Laosdan olan çox sayda tələbənin SSRİ dövründə Azərbaycanda ali təhsil aldıqlarını, onlardan bir çoxunun ölkələrinə qayıtdıqdan sonra yüksək vəzifələrdə çalışdıqlarını və ictimai-siyasi həyatda fəal rol oynadıqlarını, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiklərini söyləyib.
Tahir Budaqov vurğulayıb ki, qarşılıqlı səfərlər dövlətlərarası əməkdaşlığın dərinləşməsinə təkan verir. YAP Sədrinin müavini 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfərinin bu kontekstdə xüsusi önəm daşıdığını bildirib.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Yeni Azərbaycan Partiyasının hakim partiyalar olan Vyetnam Kommunist Partiyası (VKP) və Laos Xalq İnqilab Partiyası (LXİP) ilə əlaqələri möhkəm təməllər üzərində inkişaf etməkdədir. O, 2022-ci ilin noyabrında LXİP nümayəndə heyətinin Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirində və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) YAP-ın ev sahibliyi ilə keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında iştirakının, eləcə də VKP nümayəndə heyətinin ICAPP-ın sözügedən xüsusi konfransına onlayn formatda qatılmasının, 2022-ci il noyabrın 24-də ölkəmizə səfəri çərçivəsində VKP nümayəndə heyəti ilə keçirilən görüşün, həmçinin VKP-nin dəvəti ilə YAP nümayəndə heyətinin 2023-cü il 19-24 noyabr tarixlərində Vyetnama səfərinin və bu çərçivədə partiyalar arasında əməkdaşlıq sazişinin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, YAP-ın həm VKP, həm də LXİP ilə imzaladığı əməkdaşlıq sazişindən irəli gələn vəzifələrin icra olunması qarşılıqlı faydalı işbirliyinin inkişafına xidmət edir.
Vyetnam nümayəndə heyətinin rəhbəri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası sədrinin müavini, Vyetnam Sosialist Respublikası Elmlər Akademiyasının eksperti Fam Honq Kuan səmimi qəbula görə təşəkkür edərək Azərbaycana yenidən səfər etməkdən son dərəcə məmnun olduqlarını bildirib.
O, dostluq və tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan ilə Vyetnam arasında münasibətlərin yüksələn xətlə inkişafının məmnunluq doğurduğunu söyləyib.
Ali təhsilini ölkəmizdə aldığını və Azərbaycan xalqının dost münasibətini daim hiss etdiyini bildirən Fam Honq Kuan respublikamızın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Vyetnam nümayəndə heyətinin rəhbəri səfər çərçivəsində Şuşa və Füzuli şəhərlərini ziyarət etdiklərini və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin əyani şahidi olduqlarını qeyd edib.
Laos nümayəndə heyətinin rəhbəri, Laos Xalq Demokratik Respublikasının energetika və mədənlər nazirinin müavini Sonqfat İntsavonq da Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. O, səfər çərçivəsində keçirilən görüşlərin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə olacağını diqqətə çatdırıb.
Sonqfat İntsavonq Azərbaycan ilə Laos arasında müxtəlif sahələrdə mübadilələrin aparılmasının önəmindən bəhs edib və ölkələrarası əməkdaşlığı dərinləşdirmək üçün geniş potensialın mövcud olduğunu söyləyib.
S.İntsavonq Azərbaycanda ali təhsil aldığı illərin onun üçün unudulmaz və əlamətdar olduğunu qeyd edərək ölkəmizin qısa müddət ərzində sürətli inkişaf yolu keçdiyini vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.
Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

