Xalq-hakimiyyət birliyi ölkəmizdə bütün problemlərin həllinin əsas formuludur
26.07.2012 [22:17]
Cənubi Qafqaz regionunun lider dövləti Azərbaycan son illərdə iqtisadi-siyasi müstəvidə mühüm uğurlar əldə edib. Bu uğurlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən, regionlarımızın inkişafında müstəsna rol oynayıb. Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi, bu il ölkəmizdə “Eurovision” musiqi yarışmasının keçirilməsi, o cümlədən, iqtisadi müstəvidə böyük irəliləyişlərin əldə olunması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Qısa müddətdə bu qədər mühüm irəliləyişə nail olunmasında ölkəmizdə hökm sürən demokratik şərait, vətəndaş cəmiyyəti, xalq-hakimiyyət vəhdətinin əhəmiyyəti böyükdür.
Qeyd edək ki, bu gün ölkəmizdəki demokratik inkişafın, möhkəm sabitliyin əsasında Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində atılan addımlar dayanır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə hər zaman demokratik prinsiplərə sadiqlik nümayiş etdirilir, ölkə daxilində aparılan siyasi islahatlar nəticəsində Azərbaycan Qərb standartlarına yiyələnib. ölkəmizdə həyata keçirilən seçki islahatı, vətəndaş cəmiyyətinin, qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğı, mətbuata dövlət dəstəyi və diqqət bunu deməyə əsas verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə demokratik inkişafın təminatında, onun daha da irəliləməsində, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında maraqlı olduğunu ortaya qoyur, bunun təmin olunması istiqamətində iradə nümayiş etdirir. Təbii ki, bu uğurların əldə olunmasında Prezidentin xalq tərəfindən tam dəstəklənməsi mühüm rol oynayır.
Bəli, bu gün Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin apardığı inkişafı hədəfləyən siyasi kursu birmənalı şəkildə dəstəkləyir. ölkə vətəndaşlarının sosial rifahına yönəlik daxili, milli maraqlarımızı müdafiə edən xarici siyasət kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı seçildiyi zaman bildirdiyi kimi hər bir azərbaycanlının Prezidentidir. Bu mənada 2013-cü ildə keçiriləcək prezident seçkilərində nəinki Yeni Azərbaycan Partiyasının, bütövlükdə Azərbaycan xalqının bir namizədi var-Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov KİV-ə açıqlamasında bildirib ki, YAP-ın 2013-cü il prezident seçkilərində namizədi Azərbaycan xalqının ürəyincə olan bir namizəddir: “Dəfələrlə bəyan etmişik ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin namizədliyi nəinki partiyanın 600 min üzvü, eyni zamanda, xalqın əksəriyyəti tərəfindən dəstəklənir”.
Bunun da ciddi əsaslarının olduğunu deyən Əli Əhmədov qeyd edib ki, bu əsasların kökündə o dayanır ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf mərhələsini yaşamaqdadır, uğurlu xarici siyasət yürüdülür.
Bəli, bu gün ölkəmizdə sabit ictimai-siyasi vəziyyət mövcuddur. Xalqla iqtidar arasında vəhdət var. Məhz aparılan dövlət siyasəti, ölkədə vahid milli ideologiyanın formalaşması, ali hakimiyyət tərəfindən insan hüquq və azadlıqlarının qorunması sayəsində ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur. Bu gün ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf bütünlüklə ölkə ərazisini əhatə edir. ölkəmizdə həyata keçirilən və regionların sosial inkişafını özündə ehtiva edən Dövlət Proqramının birinci hissəsinin uğurlu icrasının ardından bu istiqamətdə ikinci bir proqram qəbul olunub. 2009-2013-cü illəri əhatə edən yeni “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılır. Proqramın icrasına cəlb olunmuş mühüm dövlət strukturları və icra orqanları qarşıya qoyulmuş vəzifələrin maksimum dərəcədə yerinə yetirilməsi üçün bütün güclərini səfərbər ediblər. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilir.
Bundan başqa ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlik layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Sovet dövründən əmanət bankında batan əmanətlərin yüksək şərtlərlə qaytarılmasının özü xalq-hakimiyyət birliyinin bütün problemlərin həllinə yol açdığının göstərcisidir. Bu, bir daha sübut edir ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasi kurs Azərbaycan xalqının milli maraqlarına, dövlət, xalq mənafeyinə əsaslanır.
Təbii ki, görülən bütün bu işlər, ölkədə insanlar üçün yaradılan şərait kompleks şəkildə vətəndaşların rahatlığına, yüksək yaşayışının təmininə yönəldilib. Bütün bu işlərin həyata keçirilməsində isə Prezident İlham Əliyevin şəxsi səyi, təşəbbüsü əsas rola malikdir. Prezident İlham Əliyevin apardığı qəti, birmənalı milli maraqlara söykənən siyasət nəticəsində Azərbaycanda xalq-hakimiyyət vəhdəti yaranıb. Bu gün xalq-hakimiyyət birliyi ölkəmizdə bütün problemlərin aradan qaldırılmasının əsas formuludur. Prezident İlham Əliyev 28 May - Respublika Günü ilə bağlı verilən qəbuldakı çıxışında bu məqamı xüsusi vurğulayb. Dövlət başçısı öz çıxışında qeyd edib ki, Azərbaycan müstəqil ölkə kimi inkişaf edir: “Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir. İyirmi illik tariximiz bir daha onu göstərir ki, biz düz yoldayıq. Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz hamımız elə etməliyik ki, bu yol işıqlı, nurlu, açıq olsun”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25

