Regionların inkişafına davamlı diqqət və qayğı
11.04.2024 [15:16]
Mübariz ABDULLAYEV
Aparılan uğurlu siyasət sayəsində bütün sahələrdə böyük uğurlar qazanan müstəqil Azərbaycan özünəməxsus unikal inkişaf modelinə malikdir. Hazırda bütün dünyada da maraqla izlənilən bu modelin ən xarakterik cəhətlərindən biri isə regional inkişafla bağlıdır. Biz bir sıra hallarda ayrı-ayrı ölkələrdə sosial-iqtisadi inkişaf baxımından paytaxt və regionlar arasında kəskin fərqlər olduğunu müşahidə edirik. Azərbaycan isə fərqli yol tutub. Son 20 ildə Prezident İlham Əliyevin siyasi iradəsi, qəbul etdiyi mühüm qərarlar, ardıcıllıqla aparılan islahatlar və böyük həcmli investisiya qoyuluşu sayəsində bütün ölkə üzrə tarazlı inkişaf təmin olunub.
Regionlara 140 səfər
Azərbaycanda sürətli inkişafın bütün ölkə üzrə təmin edilməsi strategiyası konseptual səciyyə daşıyır. 2004-cü ildən başlayaraq respublikamızda Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlar əsasında regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları qəbul edilərək onların icrası yüksək səviyyədə təmin olunub. Regionların potensialı və tarixi əmək ənənələri nəzərə alınmaqla hazırlanan proqramların icrası çərçivəsində ayrı-ayrı bölgələr üzrə çoxsaylı tədbirlər reallaşdırılıb, infrastruktur təminatı gücləndirilib ki, bu da son nəticədə ölkənin dinamik inkişafını şərtləndirib.
İndiki mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası, ora Böyük Qayıdışın təmin olunması ölkə gündəliyinin mühüm proriteti kimi müəyyənləşdirilsə də, digər bölgələrə də diqqət və qayğı azalmayıb. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilər kimi, başqa bölgələrə də tez-tez səfərlərə getməsi bunu bir daha təsdiqləyir. Bu səfərlər zamanı dövlətimizin başçısı ayrı-ayrı regionlarda nəzərdə tutulan layihələrin icrası ilə şəxsən tanış olur və Özünün tapşırıq və tövsiyələrini verir. Son illərin statistikasına diqqət yetirsək, görərik ki, Azərbaycan Prezidenti hər il təqribən 15 rayona (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) səfərlər həyata keçirir, açılış və təməlqoyma mərasimlərinə qatılır. Dövlətimizin başçısının bölgələrə səfərləri Naxçıvan, Gəncə–Daşkəsən, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala və digər istiqamətlər olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Prezident İlham Əliyev bölgələrə 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayona, ümumilikdə, 47 səfər həyata keçirilib. Bütövlükddə, dövlətimizin başçısı işğaldan azad edilən ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək regionlara 140-a yaxın səfər edib. Dövlət başçısının bölgələrə müntəzəm hal alan səfərləri regional inkişafa güclü impuls verir.
Regional inkişaf rəqəmlərdə
Azərbaycan əhalisinin təxminən yarısı bölgələrdə yaşayır. Bu baxımdan regionlarda əmək bazarının inkişafı, məşğulluğun təmin olunması müstəsna önəm daşıyır. Regional inkişaf proqramları çərçivəsində yaradılan müasir infrastruktur bütün ölkə üzrə iqtisadi inkişafa güclü təkan verib.O cümlədən regionlarda ənənələrə uyğun təsərrüfat sahələri canlandırılıb, kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük kimi əmək tutumu böyük, gəlir imkanları daha çox olan istiqamətləri inkişaf etdirilib. Bütün ölkə üzrə aqrar sektorun yeni yanaşmalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Qeyd edək ki, bəhs olunan dövrdə respublika üzrə 51 aqropark yaradılıb. Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi ilə Çindən ABŞ-a qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir. 2023-cü ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin təqribən 1 milyard ABŞ dollarına çatması bu istiqamətdə həyata keçirilən siyasətin nəticəsidir.
Vətəndaş məmnunluğunun artması
İqtisadi inkişafla paralel şəkildə, regionlarda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər görülür. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, ötən 20 ildə ölkə üzrə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Eyni zamanda, kənd yollarının abadlaşdırılması, su, qaz, elektrik təminatının gücləndirilməsi bölgələrdə yaşayan insanların həyat səviyyəsini yüksəldir və vətəndaş məmnunluğunu artırır.
Regionlara bu günlərdə baş tutan səfər çərçivəsində Prezident İlham Əliyev Hacıqabulda 8 məntəqəni birləşdirən avtomobil yolunun açılışında iştirak etdi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə suyun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış oldu. Sonra Gəncədə Ekoloji Parkın tikintisi ilə tanışlıq oldu, İdman Sarayının açılışını etdi və şəhər stadionunun təməlini qoydu. Qəbələdə isə elektrik yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, avtomobil yolu və yeni məktəb binası istifadəyə verildi. Bütün bu obyektlər sosial və iqtisadi təyinatlı olmaqla, regional inkişafa təkan verəcək, eyni zamanda həmin rayonların sakinlərinin sağlam, firavan yaşayışına xidmət göstərəcək.
Gəncədə yaradılan Ekoloji Park
Səfər çərçivəsində Prezident İlham Əliyevin Gəncədə tikintisi ilə tanış olduğu Ekoloji Park Azərbaycanın öz inkişafında müasir çağırışlara əsaslandığını bir daha təsdiqləyir. Kompleksin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib. Həmçinin Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb. Gəncədə Ekoloji Parkın yaradılmasını yüksək dəyərləndirdiyini bildirən ekoloq Elşad Məmmədov vurğulayıb: “Son zamanlar təbiətə antropogen təsirlərin artdığı bir dövrdə şəhər ərazilərində ekoloji parkların yaradılması vacibdir. Bu, ilk növbədə, ekosistemin qorunmasına öz töhfəsini verəcək. Quşların, balıqların və bəzi həşəratların saxlanması üçün də əlverişli yer olacaq. Buna görə də Gəncədə yeni açılacaq Ekoloji Park olduqca vacib əhəmiyyətə malikdir. Mən də öz növbəmdə bir Gəncə sakini kimi bu cür unikal kompleksin tikintisinə görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

