Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
16.02.2021 [09:28]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) kampusunu ziyarət edib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, Hikmət Hacıyev ali məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yüksək keyfiyyətli tədris üçün yaradılan şərait, innovasiyaların təhsildə tətbiqi, gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib. Bakı Ali Neft Məktəbinin tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya Mərkəzinə, müasir texnoloji kitabxanasına, çoxprofilli konfrans zallarına, neft tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.
Daha sonra Hikmət Hacıyev BANM-in tələbə, professor-müəllim heyəti və əməkdaşlarının iştirak etdiyi görüşə qatılıb. Karantin qaydalarına uyğun şəkildə sadəcə bir qisim iştirakçı ilə təşkil edilən canlı görüş paralel olaraq onlayn formatda da yayımlanıb. Onlayn görüşə 900-dək iştirakçı qatılıb.
İlk olaraq tədbir iştirakçılarını salamlayan rektor Elmar Qasımov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə qazanılan böyük Zəfərdə ölkəmizin informasiya müharibəsindəki üstünlüyündən də bəhs edib. O, geniş miqyasda təşkilatlanmış formada həyata keçirilən təbliğat-təşviqat, informasiya mübadiləsi, ordunun və xalqın ruh yüksəkliyinin qorunub saxlanılmasında düzgün informasiya siyasətinin həyata keçirildiyini və Hikmət Hacıyevin bu işdə xüsusi rolunu qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ölkə başçısının yürütdüyü gənclər siyasətinin və təhsilə olan qayğısının nəticəsində bu gün Bakı Ali Neft Məktəbində müasir tədrisin komponentlərini özündə birləşdirən istər tədris metodologiyası baxımından, istər infrastruktur nöqteyi-nəzərindən çox mükəmməl bir ab-hava mövcuddur. O, hər zaman Bakı Ali Neft Məktəbinin fəaliyyətini, əsasən də tələbə qəbulu imtahanları zamanı yüksək bal toplayan abituriyentlərin BANM-i seçməsini xüsusi diqqətlə izlədiyini vurğulayıb. “Bu gün şahidi oldum ki, burada təhsil almaq üçün bütün mükəmməl şərait yaradılıb. Bizim təhsil aldığımız dövrlə müqayisədə sizə potensialınızı tam şəkildə ifadə etmək üçün çox gözəl mühit yaradılıb. Bakı Ali Neft Məktəbində Azərbaycanın gələcək mühəndisləri, innovativ inkişafına təkan verə biləcək gəncləri görməkdən və onlar arasında gender bərabərliyinin qorunmasından əlahiddə olaraq şadam. Biz öyrəşmişdik ki, mühəndislər arasında daha çox kişiləri görək, amma bu gün qadın mühəndislərin də olması olduqca qürurvericidir. Bildiyiniz kimi, dünya elm və innovasiyalar əsasında inkişaf edir və elmdə, innovasiyada qalib olan ölkələr digər sahələrdə də qalibiyyətlərini təmin edirlər. Bu sahədə dünya ölkələrində kəskin və ciddi rəqabət müşahidə olunur. Artıq hər bir ölkənin potensialı tapılan neftin, daş kömürün həcmi ilə deyil, məhz insan resurslarının potensialı ilə ölçülür. Buna görə də hesab edirəm ki, 650-700 bal toplayaraq bu məbədə qəbul olunan tələbələr ölkəmizin innovativ inkişafını təmin edənlər olacaqlar. Mən istərdim ki, sizin aranızda Azərbaycanın ilk “Nobel” mükafatı laureatları da olsun”, - deyə H.Hacıyev tələbələrlə tövsiyələrini də bölüşüb.
O, böyük Zəfərin qazanılmasında Azərbaycan Respublikası Prezidentinin 17 illik hakimiyyəti dövründə yetişən, ölkə başçısından ilhamlanan gənclərin rolundan danışarkən tələbə-mühəndisləri Ermənistanın vandalizm siyasətinin fəsadlarının aradan qaldırılması üçün innovativ həllər təklif etməyə səsləyib.
Tədbir çərçivəsində Hikmət Hacıyevə Bakı Ali Neft Məktəbinin “Fəxri qonağı” plaketi təqdim olunub.
Daha sonra Prezidentin köməkçisi BANM-in təşkil etdiyi “Vətən yaxşıdır” onlayn bədii qiraət müsabiqəsinin qalibinə diplom və mükafatını təqdim edib.
Görüş müxtəlif mövzuları əhatə edən sual-cavab sessiyası ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31

