“Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis edilib
18.09.2018 [10:00]
“Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının növbəti iclasında görkəmli alim Rəfiqə Əliyevanın anadan olmasının 86 illiyi şərəfinə “Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” ictimai mükafatı təsis olunması haqqında qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvləri - Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan üzrə rəsmi nümayəndəliyinin rəhbəri, tanınmış hüquqşünas, redaksiya şurasının fəxri sədri Aureliya Qriqoriu, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi sənət və dizayn kafedrasının dosenti, jurnalın redaksiya şurasının sədri Fəxriyyə Xələfova, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor, “Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü Sevinc Hacıyeva, BDU-nun Qafqaz xalqlarının tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü İradə Hüseynova, “Mənim Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli, “Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktorunun birinci müavini Fikrət Nağıyev və başqaları iştirak ediblər.
Jurnalın redaksiya şurasının sədri Fəxriyyə Xələfova tədbiri açaraq məşhur alim, akademik Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyəti, onun respublikada kimya elminin inkişafına töhfəsi barədə söhbət açıb. Fəxriyyə Xələfova deyib: “Azərbaycanda analitik kimya sahəsində ilk və yeganə qadın akademik Rəfiqə Əliyeva böyük elmi nailiyyətlər qazanıb. O, elmin və təhsilin vəhdətini yaratmış unudulmaz şəxsiyyətlərdən biridir”.
Jurnalın redaksiya şurasının fikrincə, akademik Rəfiqə Əliyeva adına Qızıl orden elmi-tədqiqat fəaliyyətində məxsusi xidmətləri olan, mədəniyyətin və incəsənətin inkişafına, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr vermiş, parlaq idman nailiyyətləri qazanmış, elmi-texniki tərəqqiyə şərait yaradan mühüm kəşflər etmiş, maarif, təhsil, ictimai həyat sahələrində və sosial sferada nailiyyətlərə imza atmış vətəndaşların təltif olunması üçün təsis edilib.
“Mənim Azərbaycanım” jurnalının redaksiya şurasının fəxri üzvü Aureliya Qriqoriu qeyd edib ki, akademik Rəfiqə Əliyeva adına Qızıl orden ilə təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin vətəndaşları da təltif edilə bilər. Namizədliyi irəli sürülən şəxs bu ordenlə “Mənim Azərbaycanım” beynəlxalq jurnalının ekspert-redaksiya şurasının qərarına müvafiq olaraq təltif edilir.
Akademikin ailəsinin adından çıxış edən qızı - BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva tədbir iştirakçılarına minnətdarlığını bildirib və akademik Rəfiqə Əliyevanın məhsuldar elmi fəaliyyəti, onun yüksək mənəvi keyfiyyətləri barədə söhbət açıb, alim haqqında xatirələrini bölüşüb. Sevinc Hacıyeva deyib: “Rəfiqə xanım elə şəxsiyyətlərdəndir ki, onlar dünyalarını dəyişəndən sonra da həyatları davam edir. Ölkəmizin ictimai-sosial həyatında, elmin və təhsilin inkişafında mühüm rol oynamış Rəfiqə xanım onu tanıyanların hər birinin xatirəsində qayğıkeş pedaqoq və alim kimi yaşayır, bu insanlar onu ən xoş duyğularla xatırlayırlar. Rəfiqə xanım onların bəzilərinin müəllimi, digərlərinin elmi rəhbəri və qayğıkeş məsləhətçisi, başqaları üçün çətin, böhranlı anlarda onlara təsəlli verə biləcək dost və əvəzedilməz həmkar, nəhayət, gözəl ana idi. Həyatını kimya elminə həsr etmiş Rəfiqə Əliyeva həm də istedadlı pedaqoq olub. Yarım əsrdən artıq müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş bu alim bütün bilik və bacarıqlarını yüksək ixtisaslı kadrlar hazırlanmasına sərf edirdi. O, öz dərin biliklərini və zəngin təcrübəsini sonrakı nəsillərə çatdırmağı bacaran bir alim kimi böyük elmi məktəb yaradıb. Onun şagirdləri təkcə Azərbaycanda deyil, MDB-nin, ABŞ-ın, Kanadanın, Yaponiyanın, Cənubi Koreyanın, Avstraliyanın, İsrailin, Türkiyənin və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində və universitetlərində çalışırlar. Onlar xalqımıza böyük nüfuz qazandırıblar. Bu cür tale heç də hər bir alimə qismət olmur. 450-dən çox elmi iş, 25 dərslik və dərs vəsaiti, 20 patent - bunlar Rəfiqə Əliyevanın çoxillik fəaliyyətinin diqqətəlayiq nəticələridir. Bundan əlavə, onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb”.
Fəxriyyə Xələfova bildirib ki, Rəfiqə Əliyevanın şərəfinə mükafat təsis etmək təşəbbüsü təbiidir, çünki onun şəxsiyyəti hədsiz ehtirama layiqdir. Onun xatirəsi əbədiləşdiriləcək, onun adı elm, təhsil, maarifçilik tarixinə qızıl hərflərlə yazılıb. Bu orden həm də yeni nailiyyətlər üçün əlavə stimul ola bilər. Dünya praktikasında görkəmli şəxsiyyətlərin şərəfinə ordenlər, medallar və digər mükafatlar təsis olunması metodundan tez-tez istifadə edilir.
“Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli, Azərbaycanın Əməkdar müəllimi İradə Hüseynova, “Mənim Azərbaycanım” beynəlxalq jurnalının baş redaktorunun birinci müavini Fikrət Nağıyev və başqaları öz çıxışlarında qeyd ediblər ki, 2018-ci il sentyabrın 20-də görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əlirza qızı Əliyevanın 86 illiyi tamam olur. “Akademik Rəfiqə Əliyeva adına Qızıl orden” mükafatının təsis olunması haqqında qərar bu yubileyə həsr edilib.
Təsadüfi deyil ki, dünya elminə qiymətli töhfələr vermiş, həyatını öz xalqına həsr etmiş insanlar heç vaxt unudulmur, onların xatirəsi əbədi yaşayır. Onlardan biri də fədakar alim və böyük pedaqoq Rəfiqə Əliyevadır. “Mənim Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının üzvləri deyiblər: “Biz əminik ki, akademik Rəfiqə Əliyevanın adını daşıyan bu yüksək mükafata layiq görülmək zəmanəmizin hər bir xadimi üçün böyük şərəf olacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

