“Molla Nəsrəddin lətifələri” kitabının təqdimatı olub
13.07.2018 [09:39]
İyulun 12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və SOCAR AQŞ-nin təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və “mollanasreddin.az” portalının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər dünyada ictimai və humanitar elmlər içərisində folklora marağın xeyli artdığını deyib. Cəmiyyətdə ictimai nikbinlik əhval-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil və liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi və sosial inteqrasiyanın təmin edilməsində folklorun böyük rola malik olduğunu bildirən A.Əlizadə Molla Nəsrəddin lətifələrinin toplanılmasının, kataloqlaşdırılmasının və araşdırılmasının bu baxımdan əhəmiyyətini vurğulayıb. AMEA-nın prezidenti Folklor və İnformasiya Texnologiyaları institutlarının birgə əməkdaşlığı nəticəsində “mollanasreddin.az” portalının yaradılmasını yüksək dəyərləndirib.
Kitabı tədbir iştirakçılarına təqdim edən AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev bildirib ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən artıq lətifə toplanılıb. Qeyd edib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda lətifələr mənəvi-əxlaqi və didaktik prinsiplər əsas götürülməklə xüsusi olaraq seçilib. Dil-üslub baxımından müasir ədəbi dilin tələblərinə uyğunlaşdırılan lətifələrdə işlənən bir sıra arxaik sözlərin izahı da verilib. Kitabda 48 rəngli illüstrasiya əks olunub.
İlk dəfə müasir dizayn və texnoloji tələblər səviyyəsində hazırlanmış “mollanasreddin.az” portalını da qonaqlara təqdim edən Hikmət Quliyev burada Molla Nəsrəddin haqqında ən mühüm məlumatlar və qeyri-türk xalqları içərisində yayılmış çoxsaylı lətifələrin, bu lətifələrlə bağlı dünyanın müxtəlif dillərində olan araşdırmaların, bir sıra incəsənət sahələrində Molla Nəsrəddinlə bağlı motivlər, həmçinin Azərbaycan milli satirik mətbuatının əsasını təşkil edən “Molla Nəsrəddin” jurnalı barədə müxtəlif formatlı elektron resursların yer aldığını bildirib. H.Quliyev portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün axtarış sistemi, interaktiv əlaqə üçün forum imkanının da yaradıldığını qeyd edib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan Azərbaycan beynəlxalq miqyasda yalnız yeraltı sərvətləri, nefti və qazı, yəni iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə tanınır. Son iki yüz ildə Azərbaycanın dünya miqyasında neftlə müəyyənləşən geosiyasi və iqtisadi mövqeyi hazırda hamımızın gözləri qarşısında muğamla, musiqi ilə, idmanla, folklorla, intellektual fəaliyyətlə müşahidə olunan mədəni liderliyə də çevrilməkdədir. O, Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən də danışıb, bu lətifələrin tərbiyəvi məzmunla yanaşı, xalqımızın min illər ərzində qazandığı təcrübə və ətraf aləm haqqında bilikləri, deyim-duyumlar və ictimai münasibətləri barədə zəngin informasiyanı da daşıdığını qeyd edib: “Dünyanın qlobal problemlərlə üz-üzə qaldığı bir vaxtda Molla Nəsrəddin lətifələri mövcud problemlər qarşısında çıxış yolları axtaran insanlara mənəvi və sosial münasibətlər arasında harmoniya yarada bilən müdrik modellər təqdim etmək gücündədir”.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi və təbliği baxımından folklorun rolundan söz açıb. O, Molla Nəsrəddinin bütün türk dünyasının ortaq mənəvi dəyəri, mədəniyyət abidəsi olduğunu qeyd edərək müasir şəraitdə bu dəyərin təbliğinin ümumictimai hadisə olduğunu qeyd edib. Akademik bu baxımdan təqdim olunan kitabın və portalın olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyib.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə Molla Nəsrəddin obrazı və onun mədəniyyətdəki yeri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “Molla Nəsrəddin xalq gülüş mədəniyyətinin elə unikal obrazlarındandır ki, onun təbiətində bir sıra sosial, mədəni, mifoloji, dini təsisatların izlərini tapmaq mümkündür. Bu baxımdan multidissiplinar kontekstdə geniş tədqiq olunmalıdır”.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, “mollanasreddin.az” portalının - “virtual abidə”nin yaradılması bütün dünya azərbaycanlıları üçün bir töhfədir. R.Əliquliyev minilliklər ərzində formalaşaraq meydana gəlmiş bu xalq müdrikliyi nümunələrinin toplanaraq intellektual daşıyıcılar vasitəsilə semantika və məzmun nəzərə alınmaqla modelləşdirildiyini diqqətə çatdırıb. İndiyədək Molla Nəsrəddinlə bağlı məlumatların sistemsiz şəkildə mövcud olduğunu deyən alim AMEA və SOCAR-ın milli ideologiya və milli mənəvi dəyərlərə sahib çıxaraq kitabın və veb-portalın ərsəyə gəlməsinə böyük dəstək verdiklərini qeyd edib. Akademik portalın Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın Azərbaycanın milli mənəvi dəyərlərinin virtual məkanda əks olunması hədəflərinə uyğun olaraq hazırlandığını bildirib.
Təqdimatda filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri Molla Nəsrəddin fenomeninə kütləvi səviyyə ilə yanaşı, intellektual səviyyədə sahiblik etmək zərurətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Alim bildirib ki, hazırda dünyada mətn mərkəzli folklorşünaslıq paradiqmasından icra mərkəzli folklorşünaslıq paradiqmasına keçidin baş verdiyi bir şəraitdə Molla Nəsrəddin həm də sosial-antropoloji aspektlərdən təhlilə cəlb edilməlidir. S.Xavəri bu istiqamətdə araşdırmaların həm elmi, həm də sosial-mədəni baxımdan olduqca yeni nəticələrə gətirib çıxardığını bildirib. Qeyd edib ki, xüsusi elmi prinsiplər əsasında hazırlanmış kitab və portal bu istiqamətdə araşdırmaların aparılması üçün əlverişli şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18

