Fəlsəfənin izində...
15.11.2025 [09:15]
Həyatın və yaxşı yaşamağın bələdçisi
İnsanların ağlına gələ bilməyən bir çox hadisələr yaşanır. Bu hadisələri həll etməyə çalışan elmlər sırasında fəlsəfənin xüsusi əhəmiyyəti var. Fəlsəfə bizi həmişə diqqətli, ehtiyatlı və tənqidi davranmağa yönəldir. Belə ki, insanlar düşünərkən inkişaf edər, yəni düşünmə əsnasında irəliləyərlər. Fəlsəfənin əsl hədəfi bir şeyi ortaya çıxarmaq deyil, insanları düşünməyə və araşdırmaya sövq etməkdir.
Düzgün seçim etməyə şərait yaradır
Fəlsəfə terminini ilk dəfə yunan riyaziyyatçısı Pifaqor işlədib. Fəlsəfənin yunan dilindən tərcüməsi isə “müdriklik sevgisi” mənasını ifadə edir. Amma bu, çox səthi və qeyri-fəlsəfi tərifdir. Əksinə, fəlsəfənin orijinal tərifi onun praktikasında, yəni öz təcrübəsində görünür. Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri kimi problemlərin qoyuluşuna və həllinə yönəlmiş mənəvi fəaliyyətin xüsusi sahəsidir.
İnsan öz həyatının müəyyən anlarında seçim zərurəti qarşısında qalır və öz seçimindən asılı olaraq azadlığını reallaşdırır. Fəlsəfə insanların daha düzgün seçim etməsinə kömək etməlidir. Bu məsələnin həlli üçün fəlsəfə ən ümumi ideyaları, idealları, prinsipləri, baxışları, kateqoriyaları, təcrübə formalarını aşkara çıxarır. Eyni zamanda, davranış meyarlarını, dəyərləri müəyyənləşdirir və onları zəkanın tənqidi süzgəcindən keçirilərək yenidən qiymətləndirilməsinə kömək edir. Bir sözlə, fəlsəfə qaranlıq otaqda qara bir obyekti axtarmaq kimidir. Həqiqətən də fəlsəfə bir axtarışdır, prosesdir, fəlsəfə həmişə soruşur.
Fəlsəfi məsləhətləşmə...
Tarixdən də məlumdur ki, qədimdə insanların gündəlik həyatını dəyərləndirmək, mövcud problemləri, sualları həll etmək, olan hadisələrin mahiyyətini açıqlamaq məhz filosofların işi olub. Nümunə üçün Platonun “Dialoqlar”ını xatırlamaq yetər. Kanada əsilli akademik Lou Marinoff bir müsahibəsində deyirdi: “Antik dünyada fəlsəfə həyatın və daha yaxşı yaşamağın bələdçisi idi. Fəlsəfi praktika həmin şeyi təkrar səhnəyə qaytarır. Beləliklə, bizə elə gəlir ki, biz çox qədim bir iş görürük, yeni tərzdə olsa da”.
Əslində, qədim dövrdə həm Şərqdə, həm də Qərbdə filosoflar hikməti müzakirələr və söhbətlər vasitəsilə axtarıb, cilalayıblar. Öz vətənlərində öyrəndikləri ilə kifayətlənməyənlər hətta uzaq ölkələrdəki ustadların da görüşlərinə gedər, onların müzakirələrinə qoşular, sonra bütün biliklərini öz xalqının milli təfəkkürünə uyğunlaşdırıb yeni bir hikmət təqdim edərmişlər. Buna nümunə kimi istər antik dövr yunan, istərsə də qədim hind və Çin filosoflarını göstərmək olar. Qısa desək, onlar həqiqəti söhbətlərdə, canlı ünsiyyətdə axtarıb tapıblar, çünki zaman-məkan fövqündə olan düşüncələr, ideyalar milliyyətindən, dinindən asılı olmadan hər insanın axtardığını ehtiva edir. Burada bütün dövrlər üçün keçərli olan əhəmiyyətli bir məqamı vurğulayaq: Filosofla söhbət, ünsiyyət zamanı iki istiqamətdə proses gedir-bir tərəfdən söhbət zamanı dinləyici ona lazım olan həqiqəti dərk edir, düzgün istiqaməti görür, digər tərəfdən filosof yeni təcrübələr vasitəsilə öz fəlsəfəsinə daha bir qat əlavə edə bilir.
23 il öncə...
2002-ci ildə UNESCO-nun təşəbbüsü ilə Dünya Fəlsəfə Günü təsis edilib. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı Dünya Fəlsəfə Günü kimi qeyd edilir. Bu gün təfəkkürün, müxtəlif mədəniyyətlərin və hər bir insanın inkişafı üçün fəlsəfənin əhəmiyyətini vurğulayır.
Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri köməyimizə çatır. Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsrlərin yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar var. Ölkəmizdə fəlsəfi fikir tarixində İslam dininin müddəaları xüsusi yer tutur. Əbülhəsən Bəhmənyar, Əbuhəfs Sührəvərdi, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəcəbəli Təbrizi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və başqaları Azərbaycanda fəlsəfi fikrin inkişafında mühüm rol oynayıblar.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

