/ / Doktorantura və dissertanturaya xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
Doktorantura və dissertanturaya xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
20.06.2025 [23:10]
İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlarda ümumilikdə 2144 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1797 nəfər (1773 nəfər ingilis dili, 9 nəfər fransız dili, 15 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 344 nəfər (342 nəfər ingilis dili, 1 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. Üç əcnəbi isə iyunun 23-də Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, serebral iflic) 3 namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanacaq.Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra onlara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştirakçılara 1 saat 30 dəqiqə vaxt verilir.
İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 25 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Qeyd 1. İyunun 22-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi şifahi formada kompüter proqramı vasitəsilə iyulun 1-dən 4-dək həyata keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.
Qeyd 2. İmtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur.
Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyyəti nəzərə alınmaqla).
Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 23-də keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01

