AYB qurultayından GÖZLƏNTİLƏR
30.09.2022 [10:25]
Ədəbi orqanlarda dəyişikliklər zəruridir...
Yeganə BAYRAMOVA
Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə bağlı məlumatlar hər zaman cəmiyyətdə böyük maraqla qarşılanır. Bu gün ən çox müzakirə edilən məsələlərdən biri AYB-nin XIII qurultayıdır ki, onun da keçirilmə vaxtı tez-tez dəyişdirilir.
Xatırladaq ki, hələ 2021-ci ildə AYB sədri, Xalq Yazıçısı Anar Rzayev birliyin XIII qurultayının azad Şuşada keçiriləcəyini bildirmişdi. Daha sonra isə qurultayın 2022-ci ilin oktyabr ayında Şuşada keçirilməsinin planlaşdırıldığı qeyd edildi. Sonra açıqlama gəldi ki, qurultay sentyabrın 30-da Bakıda keçiriləcək, ardınca qurultayın oktyabrın 5-də keçiriləcəyi bildirildi. Ancaq bu tarix də özünü doğrultmadı. Belə ki, AYB-nin XIII qurultayı müvəqqəti olaraq ertələndi. Bu barədə AYB katibliyinin geniş tərkibdə toplantısında qərar verilib.
Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.
İctimaiyyətdəki müzakirələrə görə, qurultayın gecikməsinin səbəbi AYB-nin xaricdən çoxlu sayda qonaq gözləməsi və həmin qonaqların da ölkəmizə gəlməsində müəyyən problemlərin yaranmasıdır.
Sosial şəbəkədən ədəbiyyata gəlib, yazıçılıq vəsiqəsi alırlar...
Atatürk Mərkəzinin baş redaktoru, AYB üzvü Dəyanət Osmanlı qurultaydan gözləntiləri ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Onun sözlərinə görə, qurultayın vaxtının dəyişdirilməsi o qədər də önəmli deyil. Əsas odur ki, qurultay keçirilsin: “Vaxtın dəyişdirilməsi qurultaya hazırlıq prosesi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Yazıçılar Birliyi ədəbi-ictimai nüfuzu böyük olan təşkilatdır və bütün uyğun məsələlərin müzakirəsi və nəticə bu nüfuza, statusa, gələcək fəaliyyətə bağlıdır.
İndi qurultaydan gözləntilər və dövlətin ədəbiyyat siyasətinin istiqamətlərinin sonrakı icrası haqqında düşünmək lazımdır. Çünki dövlətin ədəbiyyat siyasəti bu təşkilat vasitəsi ilə həyata keçirilir. AYB-nin üzvlərinin sayı kifayət qədər artıb. Son iki ildə üzvlüklə bağlı artım öncəki illərlə müqayisədə daha coxdur.
Bu gün Azərbaycan ədəbiyyatında bir sıra problemlər mövcuddur. Ədəbiyyata kütləvi axın müşahidə olunur. Sosial şəbəkələrdən birbaşa ədəbiyyata gəlir, yazıçılıq vəsiqəsi alırlar. Sonra da yazmaq barədə düşünməkdən ziyadə iddialar irəli sürməyə başlayırlar. Əli qələm tutan hər kəs özünü böyük yazıçı sayır. Əvvəl Anardan təqaüd tələb edir, ala bilməyəndə təhqirə keçir. Belə dar dünyagörüşlü yazarlar ədəbiyyatı idarə etmək istəyirlər. Amma bilmirlər ki, hansı haqla, qabiliyyətlə AYB-ni idarə edəcəklər. Dünən alayarımçıq yazmağa başlayan birisi çıxıb Anar haqqında hədyanlar söyləyir. Hadisə axtaran internet medianın çoxluğu və qeyri-peşəkarlığı da onlara imkan yaradır ki, ölkənin, millətin dəyərlərini ləkələsinlər. Əlbəttə ki, belələrini müxtəlif vədlərlə öyrədib ortaya salan, ambisiyaları özündən böyük qüvvələr var. İnsan öncə özünü tanımalı, sonra istək və arzularını dəyərləndirməlidir. Əsl yazıçının düşüncəsi bu olmalıdır ki, mən cəmiyyətə, ədəbiyyat tarixinə nə verə bilərəm?”.
İntriqaçı düşüncə sahibləri AYB-nin imicinə zərbə vururlar!
D.Osmanlı vurğulayıb ki, bu gün Azərbaycanda Yazıçılar Birliyinin mövcudluğunun şərtləri və səbəbləri bəllidir və heç bir postsovet ölkəsində ədəbiyyat dövlət tərəfindən bizdəki kimi qayğı görmür. “Bu da Yazıçılar Birliyinə Azərbaycan ədəbiyyatının, cəmiyyətinin ehtiyacının göstəricisidir. Aktuallığını, aktivliyini itirməyən məsələlərdən biri də AYB-nin strukturuna, ədəbi orqanlara həm yaradıcılıq təcrübəsi, həm ictimai fəallığı, həm də dayanıqlı vətəndaş mövqeyi olan yazarlar cəlb olunmalıdır. Bu baxımdan, həm katiblikdə, həm İdarə Heyətində, həm də ədəbi orqanlarda dəyişikliklər zəruridir. Regionçuluq, intriqaçı düşüncə sahibləri isə AYB-nin imicinə, inkişafına, müasir, dinamik idarəçilik sisteminə keçməsinə ancaq zərbə vura bilərlər, necə ki, vururlar.
Son illərin tarixi prosesləri göstərdi ki, AYB faktiki olaraq ədəbi-ictimai prosesdə çox mühüm yer tutur. Bəzi problemlərə, ədəbiyyata kütləvi axına baxmayaraq, sosial şəbəkələrdən və neqativ ədəbi mühitdən kənarda kifayət qədər intensiv bir ədəbi proses gedir. Bu ədəbi prosesi Yazıçılar Birliyindən başqa heç bir elmi, ictimai-siyasi, mədəni-etik-əxlaqi qurum dəyərləndirmək gücündə deyil.
Bu gün ədəbi proses üçün ən aktual olan qurultaydan gözləntilər məsələsidir. Bəzi yazarların fikri odur ki, təki dəyişiklik olsun, idarəçiliyə kim gəlir gəlsin, təki nəsə dağıdıcı hadisə olsun. Belələrini ədəbiyyatın inkişafı maraqlandırmır. Dəyişikliyi dövrün tələbi reallaşdırır. Əvvəl bu tələbləri qiymətləndirmək lazımdır. Anarın Yazıçılar Birliyinin sədri olduğu dönəmlərdə bu Birlikdə xalqın və ədəbiyyatın taleyi ilə bağlı olduqca mühüm məsələlər müzakirə olunub, həllini tapıb. Mən deyərdim, hətta o dönəmlər çox ağır şərtlər altında keçib. Yazıçılar Birliyinin bugünkü mövcudluğunun ən mühüm amillərindən biri elə budur ki, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə Yazıçılar Birliyi obyektiv mövqe göstərib.
Qeyd etdiyim kimi, 90-cı illərdə digər ölkələrdən fərqli olaraq, müstəqil Azərbaycan dövlətinin lideri Heydər Əliyev elə bir siyasət yürütdü ki, Yazıçılar Birliyi vacib bir qurum kimi yaşadı, onun maddi təminatı həll olundu”.
Qurultay demokratik yolla keçiriləcək
AYB-nin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin sözlərinə görə, qurultay oktyabr ayının sonuna kimi keçirilməlidir: “Qurultayın ertələnməsi isə texniki-təşkilati məsələlərlə bağlıdır. Hazırlıqlar artıq başa çatıb. İlin əvvəlindən bəri on bir mövzu və janr üzrə məruzələr dinlənilib, müzakirə olunub, kitab şəklində çap edilib. Qurultaya nümayəndələr seksiyalar və bölmələr tərəfindən seçim yolu ilə müəyyənləşdirilib, qonaqların siyahısı hazırlanıb”.
E.Hüseynbəyli qeyd edib ki, qurultay ədalətli seçim və demokratik yolla keçiriləcək: “Ölkədə yeganə və ciddi ədəbiyyat qurumu olduğundan ədəbi prosesə həssas yanaşırıq. Bu mənada işlərimiz də çoxdur. Yalnız son bir ildə bir neçə almanax, çox sayda kitablar çap edilib, tədbirlər keçirilib. Bura Bakıda keçirilmiş tədbirlərdən başqa, Şuşada düzənlənən Vaqif Poeziya günlərini, Natəvan günlərini də əlavə etmək olar. Hazırda dünyanın 36, Azərbaycanın isə 8 şairinin qatıldığı “Şuşaya salam!” beynəlxalq şeir günü keçirilir. Qurultaydan sonra da bu fəallıq davam etdiriləcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

