BİR GƏNCİN “PAYIZ NƏFƏSİ”...
01.08.2015 [10:27]
Aliyə Əsədova istedadlı gənc yazarlarımızdandır. Əlbəttə, “istedadlı” sözünü, bəlkə bir çox gənc yazara şamil edilən görürük və bəzən şübhəyə düşürük... lakin şeirlər kitablaşınca, necə deyərlər gənc yazarın yaradıcılığı sistemli, bütöv mənzərə şəklində görününcə, həqiqət daha aydın şəkildə üzə çıxır. Bu anlamda, Aliyə Əsədova “istedadlı gənc yazar” yaraşdırmasını öz kitabları ilə təsdiq və haqq etmiş gənclərdəndir, deyə bilərik.
Aliyənin “Payız nəfəsi”nə “önsöz”ü, çağdaş ədəbi-ictimai fikrimizdə daha çox cılğa həqiqət(lər)i yazan, kiminsə haqqında yazdığı zaman (sözün yaxşı anlamında) həssaslıq nümayiş etdirən yazıçı-publisist Südabə Ağabalayevanın yazması təsadüfi deyil. “Azərbaycan” jurnalının şöbə müdiri Südabə Ağabalayeva “Aliyənin yolu” adını verdiyi “önsöz”də belə qeyd edir: “Aliyə fikirlərini qırıq-qırıq ifadə edir. Bu fraqmentallıq ən qısa vaxt ərzində fikrin çox şaxələnməsinə gətirib çıxarır; adətən, zəngin müşahidə və yaradıcı fantaziyanın genişliyini işarələndirir.
Aliyə assosiativ düşüncəni poetik qəlibə salmağa meyillidir... amma bu qəlib ilk baxışda nəzərəçarpan, ilk ağlagələn qafiyə sahmanı deyil. Aliyə ağlagəlməz vəziyyətləri, rabitəsiz, rəngarəng nəsnələri eyni vaxtda görə-görə, göstərə-göstərə sirli bir ahəng içində yollara bürünüb gedir...”
Bax, Aliyənin istedadı da məhz bu məqamlarda şəkillənir. Odur ki, izlədiyi fərqli yolda ona uğurlar diləyərkən, “istedadın sənə yar olsun!” deyir, onun öz fərqliliyini həmişə qoruyacağına güvəncimizi bildiririk.
Uğurlar, Aliyə!
* * *
P.S. Bu günlərdə (iyulun 25-də) Bakıdakı “KitabEvim.Az” kitab dükanında Aliyə Əsədovanın “Payız nəfəsi”nin ikinci “imza günü” keçirilib.
Qeyd edək ki, gənc yazarın ikinci kitabı olan “Payız nəfəsi”nə daxil olan şeirlər həm Azərbaycan, həm də ingiliscə verilib. Şeirləri ingilis dilinə gənc yazarın özü və Sevil Gültən çevirib. Kitabın redaktoru (və “önsöz” yazarı) Südabə Ağabalayevadır. Kitabın rəssamlıq işi isə gənc yazarın özünə aiddir.
* * *
ÜŞÜYƏN SÜMÜKLƏR
Gücüm varmış
indi bilmədiklərimin
dərdinə qalmağa,
Bir bilsən
dərd necə üşüyür..?
İndi gəzmək istədim -
yer var yaxşı ki,
addımbaşı dərdləri
ayaqlamağa...
Şərf, əlcək istədin
yarımçıq yuxumda,
Son dəfə üşüyən
barmaqların
necədi indi?
Narahatsan?
Əti didib yeyən
qanı içib sovuran
yer var -
adı Torpaq,
dərd torpaq qədər
torpaq qədər dərd var -
dərd boydadı məzar...
məzar torpağına
“sağ ol” dedim gələndə,
bu keşikçi torpaqların
borcu var əslində
başdaşını saxlamağa,
sümüyünü qorumağa,
bir “sağ ol” da deyəcəm
baş qoyduğun torpağa.
Bilsən ki,
torpaq necə üşüyür...
Xəbər lenti
Hamısına baxGündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40

