QƏRBİ AZƏRBAYCANIN İLK PEDAQOQ QADINI
25.06.2026 [09:15]
TƏRLAN XANIM SULTANOVA
Qərbi Azərbaycanda milli maarifçilik mühitinin formalasmasında, neçə-neçə nəsillərin tərbiyəsində böyük rol oynamış ilk azərbaycanlı qadın pedaqoq Tərlan xanım Məhəmmədəli qızı Sultanova olmusdur. Tərlan xanım Sultanova 1881-ci ildə İrəvan quberniyasının Üçmüədzin qəzasının Əkərək kəndində anadan olmusdur. İrəvanda çox məşhur nəsillərin nümayəndələrindən biri Tərlan xanım Məhəmmədəli qızı Sultanova (ilk soyadı Muğanlinski) olub. Atası Məhəmmədəli bəy Sultanov (Muğanlinski) Sankt-Peterburq Hərbi Tibb Akademiyasını bitirdikdən sonra bir müddət Üçmüədzin qəzasında həkim işləmişdi. Tərlan xanımın anası isə məşhur Topçubaşovlar nəslindən idi. Bu nəsillər Azərbaycan elminə, mədəniyyətinə xeyli sayda alim, ziyalı və ictimai xadimlər bəxş etmişdir.
Tərlan xanım ilk təhsilini İrəvanın tanınmış maarif xadimlərindən olan qardaşı İsfəndiyar bəydən almış, sonra isə İrəvan qızlar gimnaziyasını bitirmişdir. Bu, ömrünü xalqın maariflənməsinə həsr etmiş Tərlan xanımın həyatında yeni mərhələnin başlanğıcı olur. O gimnaziyada oxuduğu dövrdə rus və fransız dillərinə mükəmməl yiyələnir. Bu, həm də onun maarifçi missiyasını həyata keçirmək üçün bir fürsətə çevrilir. Tərlan xanımın taleyi, həyatı gimnaziya təhsilindən sonra nəinki İrəvanla, bütövlükdə Azərbaycan təhsili ilə bağlı olub. O İrəvanda gənc azərbaycanlı xanımların təhsili uğrunda mübarizənin ən güclü simalarından biri olmuşdur. 1913-cü ildə isə İrəvanda qızlar üçün açılmış ikinci rus-tatar (türk) məktəbi təşkil edilir və Tərlan xanım 1918-ci ilə kimi həmin rus-tatar (türk) qızlar məktəbinin müdiri vəzifəsində çalışır. Tərlan xanım bu məktəbin inkişafında xüsusi rol oynamışdır. O, maarifçilik ideyaları uğrunda mübarizədə qarşısına çıxan bütün çətinliklərə mərdliklə sinə gərmişdi. Həmin rus-tatar (türk) qızlar məktəbində tədris olunan fənlərdən başqa şagirdlərə tikmə, toxuma və sair əl işləri də öyrədilirdi. Məktəbdə şagirdlərin əl işlərinə nəzarəti ayrıca, ştatda olan pedaqoji rəhbərlik həyata keçirirdi. Tərlan xanım qızlar məktəbində Azərbaycan dilini tədris etməklə yanaşı həm də şagirdlərin əl işlərinə rəhbərlik etmişdir. Onun təşəbbüsü və səyi sayəsində İrəvan quberniyasının bir çox yerlərindən onlarla azərbaycanlı qızları təhsilə cəlb edilmişdir. Tərlan xanım azərbaycanlı balalarının təhsilə cəlb edilməsi və maariflənməsi üçün böyük zəhmət və əmək sərf etmişdir. Onun rəhbərlik etdiyi bu məktəbdə təhsil almış bir çox azərbaycanlı qızlar - Zəhra Ağayeva, Fatma Əliyeva, Darçın İsmixanova, Əfşan Qazıyeva, Laçın Qazıyeva, Nuşu Əliyeva, Dilgüşad Əliyeva, Rübabə Muxtarova, Rübabə Tağıyeva, Münəvvər Qədimbəyova, Sona Mirzə bəy qızı Mirzəbəyova (Qocayeva) və başqaları sonralar İrəvanda qadın hərəkatının öncüllərindən olmuş və regionda Türk qadınlarının təhsilinin inkişafında mühüm rol oynamışdılar. Böyük zəhmət, min bir əziyyət hesabına yaradılan bütün azərbaycanlı məktəbləri kimi, həmin məktəbin də fəaliyyəti 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri total qırğınlar zamanı dayandırıldı. 1918-ci ildə Sultanovlar ailəsi də ermənilərin vəhşi qırğınlarından - qəddar ölümdən xilas olmaq üçün Bakı şəhərinə köçməyə məcbur olmusdu. Lakin Bakıda yaşadığı illərdə də maarif cəbhəsini tərk etməmiş, Ceyran xanım Bayramova, Xavər xanım Şabanova kimi tərəqqipərvər qadınlarla birlikdə azərbaycanlı qızların savadlanması üçün çox iş görmüşdür.
1923-cü ildə Tərlan xanımın qardaşı Əziz bəy “xalq düşməni” kimi güllələndiyinə görə o, böyük sarsıntı keçirir və səhhətində ciddi problemlər yaranır. Sonralar, 1937-ci ildə Tərlan xanımın qardaşı İsfəndiyar bəy də həyat yoldaşı ilə birlikdə Qazaxıstana sürgün edilmiş və 1946-cı ildə orada vəfat etmişdir. Tərlan xanımın həyatı əziyyətlərlə, sınaqlarla keçib. Amma buna baxmayaraq, o, öz amalından dönməyib. Bu ağır sarsıntılardan sonra həkimlərin məsləhətilə Tərlan xanım 1923-cü ildə qardaşı İsfəndiyar bəylə birlikdə Şimali Osetiyaya - Vladiqafqaza köçür. O vaxt şəhərdəki rus-tatar məktəbinin direktoru Baxşı Köçərlinski Tərlan xanımla görüşür, onu məktəbdə işləməyə dəvət edir. Tərlan xanım bu təklifi ürəkdən bəyənir və böyük həvəslə razılıq verir. İki ildən sonra Tərlan xanımın şəxsi təşəbbüsü ilə şəhərdə sırf azərbaycanlı məktəbi təşkil edilir. Altı il burada işlədikdən sonra Tərlan xanım yenidən Bakıya qayıdır. 1930-cu ildə Bakı şəhərinə köçən Tərlan xanım buradakı 132 nömrəli məktəbdə müəllim və direktor müavini kimi çalışır. Tərlan xanım sonralar Bakı şəhərindəki 160 nömrəli məktəbdə fasiləsiz olaraq 25 il - ömrünün sonuna kimi müəllimlik edir. Səmərəli pedaqoji fəaliyyətinə və bu sahədəki xidmətlərinə görə Tərlan xanım Azərbaycanın Əməkdar müəllimi fəxri adına layiq görülmüş və “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Tərlan xanımın qızı Fəridə Sultanzadə uzun müddət M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun rektoru olmuşdur.
Azərbaycanlı xanımların maariflənməsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Tərlan xanımın xidmətləri danılmazdır. Təhsil tariximizdə adı ehtiramla yad edilən ziyalılardan biri olan Tərlan xanım 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Cəlal Zəngi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Oktyabr 20:36
Siyasət
22 Oktyabr 20:34
Dünya
22 Oktyabr 19:35
Dünya
22 Oktyabr 18:13
YAP xəbərləri
22 Oktyabr 17:55
Dünya
22 Oktyabr 17:25
Dünya
22 Oktyabr 16:31
Dünya
22 Oktyabr 15:19
Siyasət
22 Oktyabr 15:06
YAP xəbərləri
22 Oktyabr 14:46
Sosial
22 Oktyabr 14:33
Sosial
22 Oktyabr 14:32
Sosial
22 Oktyabr 14:31
İqtisadiyyat
22 Oktyabr 14:28
Hadisə
22 Oktyabr 14:28
Dünya
22 Oktyabr 14:22
YAP xəbərləri
22 Oktyabr 14:05
Dünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:57
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52

