Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Davos Dünya İqtisadi Forumu COVID-19 səbəbindən təxirə salınıb

Davos Dünya İqtisadi Forumu COVID-19 səbəbindən təxirə salınıb

20.12.2021 [17:09]

“Omikron” ştamı səbəbindən Ümumdünya İqtisadi Forumunun illik toplantısı bu il də baş tutmayacaq. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, 2022-ci ilin yanvarında keçirilməsi planlaşdırılan Davos Dünya İqtisadi Forumu COVID-19 səbəbindən təxirə salınıb.

Qeyd edək ki, illik toplantı 2022-ci il yanvarın 17-21-də İsveçrənin Davos-Klosters şəhərində baş tutmalı idi. İndiki pandemiya şəraitində üzbəüz görüşün keçirilməsi son dərəcə çətin olduğu, “Omikron” ştamının sürətlə yayılması səbəbindən qlobal forum 2022-ci ilin yayın əvvəlinə planlaşdırılır.

Xatırladaq ki, artıq ikinci ildir Davosda keçiriləcək Ümumdünya Forumunu COVID-19 məhdudiyyətlərinə görə təxirə salınır.

Paylaş:
Baxılıb: 922 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30